Bu ölkədə 300-ə yaxın uçuş ləğv edildi

Bu ölkədə 300-ə yaxın uçuş ləğv edildi
DÜNYA
13:42 31.05.2026
342
Yaponiyada Okinavaya tayfun yaxınlaşması ilə əlaqədar ən azı 290 uçuş ləğv edilib.

AZXEBER.COM xəbər verir ki, bu barədə NHK televiziya kanalı məlumat yayıb.

Ləğv edilmiş uçuşların 31 may - 2 iyun tarixləri arasında Okinavaya yola düşməsi və ya ordan uçması etməsi planlaşdırılırdı.

Milli Meteorologiya Administrasiyasının məlumatına görə, tayfunun episentri Okinavanın cənubunda yerləşir və şimala doğru hərəkət edir. Tayfunun iyunun 1-də Amami adalarına, ertəsi gün isə Okinava prefekturasının əsas adasına çatacağı gözlənilir.

OXŞAR XƏBƏRLƏR