Artıq noyabr ayı daxil olub. Ötən illərin bəzilərində bu ayda soyuq hava şəraiti müşahidə etsək də, bu il dəyişkən hava müşahidə edilir. Havanın temperaturu bəzi günlərdə aşağı olsa da, bəzi günlərdə isti hava hökm sürür.
Bununla belə, bu qış havanın ötən illərlə müqayisədə daha fərqli keçəcəyi ilə bağlı da proqnozlar var.
Bəs mütəxəssislərin gözləntiləri nədir?
İqlimşünas, ekoloq Qorxmaz İbrahimli AZXEBER.COM-a açıqlamasına hava şəraiti ilə bağlı gözləntilərdən danışıb.
O, qeyd edib ki, bir günün, bir ayın temperatur amplitudasının dəyişməsi ilə ilin və çox ilin proqnozunu vermək olmaz:
"Əlbəttə, bu il yağıntılar az düşdü, qeyri-bərabər oldu. Xüsusən, Abşeron yarımadasında ötən qış demək olar ki qarsız keçdi. Buna baxmayaraq, biz növbəti ilin neçə keçəcəyini sadəcə ehtimal edə bilərik.
Güman edirik ki, bu il qış daha bol yağıntılı, qarlı keçər. Amma yalnız bununla olmur, çünki bunun üçün ən azı onillik dövr araşdırılmalıdır".
Ekoloq həmçinin qeyd edib ki, havanın bu cür keçməsinin iqlim dəyişikliyi ilə əlaqəsi yoxdur:
"Noyabr ayının bölgələrdə yağıntılı başlaması birinci dekadasının bu cür keçəcəyini göstərir. Məsələn bundan 12 il əvvəl noyabr ayı çox isti keçmişdi. Ona görə də bunları iqlim dəyişikliyi ilə əlaqələndirmək olmur. Çünki biz mülayim qurşaqda yerləşirik. Bura daim kənardan, yüksək təzyiq zonasından hava axınlarının təzyiqi altındadır. Şimal soyuq hava axınları daxil olur. Ümid edirik ki, bu il daha bol yağıntılı və qarlı olar".
Aydın Nuri