Cavid Huseynov: Millinin təlim məşq toplanışı həmişə yüksək səviyyədə təşkil olunub

Cavid Huseynov: Millinin təlim məşq toplanışı həmişə yüksək səviyyədə təşkil olunub
İDMAN
14:42 11.09.2021
1610
Tanınmış futbolçu, Milli Komandanın keçmiş üzvü Cavid Hüseynov AZXEBER.COM-a müsahibə verib.

Həmin müsahibəni təqdim edirik:

- Millinin keçmiş futbolçusu kimi, millinin son oyunları ilə əlaqədar fikirlərinizi almaq istəyərdik. Son 3 oyunu necə dəyərləndirirsiniz?

- Son üç oyunu götürsək, Lüksemburq komandasına qarşı mən də hamı kimi millimizdən qələbə gözləyirdim. Təəssüflər olsun ki, bu, baş tutmadı. Daha sonra İrlandiya  ilə hesabda öndə ola-ola oyun bərabərliklə yekunlaşdı. Buna da çox üzüldük. "Portuqaliya" komandasına qarşı da oynamaq, həqiqətən, həm səfərdə, həm də evdə  çox çətindir. Mən sözün əsl mənasında gözləyirdim ki, bu üç oyundan heç olmasa, 4 xal toplayarıq. Amma bu, baş vermədi.

- Nəticələrdə baş məşqçinin taktiki seçimi nə qədər rol oynadı?

- Əlbəttə, hər bir nəticəyə görə baş məşqçi cavabdehdir. Düşünürəm ki, daha yaxşısını edə bilərdi. Düzdür, oyundan sonra bunu demək asandır. Hərçənd, biz onun içində deyilik. Milli komandanın tərkibində oyunçuların hansı səviyyədə olmasını baş məşqçi görür, analiz edir, son olaraq o cavabdehdir. İlk onbirliyi o meydana buraxır. Amma kənardan fikir bildirməli olsaq, zaman-zaman ilk onbirliklə bağlı bir futbolçu kimi mübahisə edərdim. Yenə deyirəm, bu, baş məşqçinin seçimidir. Əgər ona güvənilirsə, o, bugünkü gündə baş məşqçi təyin olunubsa, bütün öhdəliklər də, seçimlər də ona verilir. Bütün nəticədən də o cavabdehdir.

- Millinin son 3 oyundakı nəticələrdə, millinin vaxtilə içində olan biri kimi necə düşünürsünüz, AFFA-nın rolu nə qədərdi? 

- Bugünkü gündə milli komandaya yığılan futbolçular öz klublarında yaxşı səviyyədə olan oyunçulardır. İstər hücum planında, istər müdafiə planında bütün üzdə olan futbolçular milli komandaya dəvət alıb. Potensiallı futbolçulardır. Bu komanda ilə də uğur əldə etmək mümkündür. Sadəcə olaraq, davamlı şəkildə işləmək lazımdır. Burada hər birimizin rolu önəmlidir. Biz azarkeş olaraq milli komandaya inanmalıyıq. Burada təkcə AFFA-nın üzərinə yük düşmür, futbolun içərisində olan, futbolla yaşayan hər kəsin üstünə yük düşür. Ancaq əl-ələ verib, milli komandaya inam göstərib yaxşı nəticə gözləmək lazımdır. Mən inanıram ki, yaxın gələcəkdə milli komandamız bunun öhdəsindəm gələcək. Çünki dəfələrlə vurğulayıram ki, indiki futbolçuların potensialına çox inanıram.

- Millinin hazırlıq prosesi hansı səviyyədə təşkil olunur?

- Sözün düzü, bir komandaya təlim-məşq toplanışları lazımdır, onun qidalanması lazımdır, bazası lazımdır. Bu da hərtərəfli olur, millinin təlim-məşq toplanışı həmişə yüksək səviyyədə təşkil olunur. Mərdəkanda yerləşən milli komandanın bazasını götürək, orada hər bir şərait var. Məşq keçmək üçün, futbolçuların özünü yaxşı hiss etməsi üçün hər şey edilir. O ki qaldı təlim-məşq toplanışılarını da biz hər zaman xarici ölkələrdə keçmişik. Çox yüksək səviyyədə olub. Bunu yalan deməyə ehtiyac yoxdur.

Aydın Nuri
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Britaniya Səudiyyə Ərəbistanında “Typhoon” qırıcıları yerləşdirəcək
19:14 20.10.2026
Britaniya Səudiyyə Ərəbistanında “Typhoon” qırıcıları yerləşdirəcək
"Reuters": İran ABŞ-la danışıqları bilərəkdən uzadır
18:54 20.10.2026
"Reuters": İran ABŞ-la danışıqları bilərəkdən uzadır
Rəsmi Moskva ABŞ-ın Raul Kastro barəsində həbs orderi verməsini qınayıb
18:45 20.10.2026
Rəsmi Moskva ABŞ-ın Raul Kastro barəsində həbs orderi verməsini qınayıb
Fransada iğtişaşlarda iştirak edən 149 nəfər həbs cəzasına məhkum edilib
18:31 20.10.2026
Fransada iğtişaşlarda iştirak edən 149 nəfər həbs cəzasına məhkum edilib
"Reuters": Uitkoff Ukrayna üzrə danışıqlar üçün Norveçə gedib
18:19 20.10.2026
"Reuters": Uitkoff Ukrayna üzrə danışıqlar üçün Norveçə gedib
Zelenski Ukraynanın NATO-ya üzvlükdən imtinasının şərtini açıqlayıb
17:54 20.10.2026
Zelenski Ukraynanın NATO-ya üzvlükdən imtinasının şərtini açıqlayıb
“Qarabağ” – “Neftçi” oyununa görə 8700 manatlıq cərimə
17:49 20.10.2026
“Qarabağ” – “Neftçi” oyununa görə 8700 manatlıq cərimə
Bu marşrutlarının hərəkət sxemi dəyişdirildi
17:35 20.10.2026
Bu marşrutlarının hərəkət sxemi dəyişdirildi
Bu yolda hərəkət məhdudlaşdırılacaq
17:32 20.10.2026
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Şagirdlər buraxılış imtahanından niyə narazıdır? – Ekspertdən AÇIQLAMA
17:22 20.10.2026
Şagirdlər buraxılış imtahanından niyə narazıdır? – Ekspertdən AÇIQLAMA
Qışda bu məhsullar bahalaşa bilər – İqtisadçıdan xəbərdarlıq
17:22 20.10.2026
Qışda bu məhsullar bahalaşa bilər – İqtisadçıdan xəbərdarlıq
TƏBİB-lə bağlı qərar büdcəyə necə təsir edəcək - Qənaət, yoxsa əlavə xərc?
17:06 20.10.2026
TƏBİB-lə bağlı qərar büdcəyə necə təsir edəcək - Qənaət, yoxsa əlavə xərc?
Əhliman Əmiraslanov Bişkekdə TÜRKPA-nın iclasında çıxış etdi
16:55 20.10.2026
Əhliman Əmiraslanov Bişkekdə TÜRKPA-nın iclasında çıxış etdi
Fransanın cənub-şərqində güclü yağışlar daşqınlara səbəb oldu
16:52 20.10.2026
Fransanın cənub-şərqində güclü yağışlar daşqınlara səbəb oldu
“375 oturacaqlı qatarda 9 yer fərq yaratmır” – ADY-dən VIP yerlərlə bağlı AÇIQLAMA
16:44 20.10.2026
“375 oturacaqlı qatarda 9 yer fərq yaratmır” – ADY-dən VIP yerlərlə bağlı AÇIQLAMA
20 Oktyabr – Zəngilan şəhəri günü: Tarixi Zəfərin qürur səhifəsi
16:32 20.10.2026
20 Oktyabr – Zəngilan şəhəri günü: Tarixi Zəfərin qürur səhifəsi