Ceyhun Bayramov ATƏT-in baş katibi ilə görüşüb

Ceyhun Bayramov ATƏT-in baş katibi ilə görüşüb
SİYASƏT
21:30 04.12.2025
106
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in baş katibi Feridun Sinirlioğlu ilə görüşüb.
 
AZXEBER.COM xəbər verir ki, bu barədə məlumatı Azərbaycan Xarici İşlər Nazirliyi "X" sosial şəbəkə hesabında paylaşıb.

Məlumata görə, Vyanada keçirilən ATƏT-in 32-ci Nazirlər Şurası iclası çərçivəsində baş tutmuş görüşdə tərəflər Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığının cari gündəliyi və perspektivləri, ATƏT-in hazırda üzləşdiyi çağırışlar, regional və beynəlxalq təhlükəsizlik məsələləri, geniş regiondakı vəziyyət, habelə Azərbaycan-Ermənistan sülh prosesi barədə fikir mübadiləsi aparıblar.

OXŞAR XƏBƏRLƏR