COVID-19 ilə mübarizə aparan italiyalı həkimlər Azərbaycana gəliblər - FOTO

COVID-19 ilə mübarizə aparan italiyalı həkimlər Azərbaycana gəliblər - FOTO
SAĞLAMLIQ
23:41 03.08.2020
1891
Prezident İlham Əliyevin Nazirlər Kabineti yanında Operativ Qərargaha göstərişinə uyğun olaraq, yeni növ koronavirusla mübarizə sahəsində çalışan daha bir qrup xarici mütəxəssis Azərbaycandadır.
 
AZXEBER.COM xəbər verir ki, COVID-19 sahəsində çalışan 6 italiyalı tibb mütəxəssisi avqustun 3-də Azərbaycana gəlib. İtaliyalı mütəxəssislər COVID-19 infeksiyasının geniş yayılmasının qarşısının alınması istiqamətindəki tədbirlər çərçivəsində ölkəmizə gəliblər.

İtaliyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfirinin müavini Umberto Boeri jurnalistlərə müsahibəsində Azərbaycan və İtaliya arasındakı münasibətlərin inkişaf etdiyini bildirib: "Bu gün Mülki Müdafiə İdarəsinin tibbi heyəti Azərbaycanın COVID-19 epidemiyası ilə mübarizə səylərini dəstəkləmək məqsədilə Maliyyə Qvardiyası tərəfindən təşkil edilən xüsusi bir reyslə Bakıya gəldi. Komanda Piemonte, Toskana, Valle d'Aosta regionlarından və iyun ayından etibarən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi ilə yüksək səviyyəli əməkdaşlıq proqramına başlamış və yoluxucu xəstəliklərin araşdırılmasında dünya səviyyəli bir mərkəz olan Roma "Lazzaro Spallanzani" Milli İnfeksiya Xəstəlikləri İnstitutundan gələn həkimlər və tibb bacıları daxil olmaqla altı nəfərdən ibarətdir.

Bizdə belə Atalar sözü var: "Əsil sadiq dost ağır gündə bilinir”. İtaliya pandemiyanın ən ağır həftələrində Azərbaycan kimi dost ölkələrin göstərdiyi dəstəyi unutmur. Beynəlxalq həmrəyliyin dəyəri tariximizin və xalqımızın qan yaddaşının ayrılmaz bir hissədir. İtaliya ölkələrimiz arasındakı dostluğu əməli fəaliyyətlərlə bir daha təsdiqləyir”.

İtaliyadan gələn həkim briqadasının əlaqələndiricisi, kardioloq Nikolo Tomazoni vurğulayıb ki, briqada pandemiyaya qarşı mübarizədə İtaliyanın təcrübəsini dost Azərbaycan ilə bölüşəcək. Vurğulayıb ki, italiyalı tibb işçiləri azərbaycanlı həmkarları ilə birgə COVID-19-a qarşı birgə mübarizə aparacaqlar.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib ki, altı mütəxəssis təxminən iki həftə ərzində Azərbaycanda qalacaq və azərbaycanlı həmkarları ilə birlikdə COVID-19-a qarşı mübarizədə və onun qarşısının alınmasında məsləhət, kömək və təlim fəaliyyətlərini həyata keçirəcək, həmçinin yerli orqanlarla əməkdaşlıq edəcəklər. Səfər çərçivəsində Nazirlər Kabineti yanında Operativ Qərargah, Azərbaycanın Səhiyyə Nazirliyi və digər qurumlarla görüşlər keçiriləcək.

"Səfər müddətində xəstəliyin müalicə və profilaktikası istiqamətində bizim mövcud protokollarımız üzərində müzakirələr aparılacaq. Pandemiyanın gələcək proqnozu barədə onların düşüncələri, Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən irəli sürülən proqnozlar bizim üçün maraqlıdır. Payızda xəstəliyin digər respirator xəstəliklərlə yanaşı getməsi ehtimalı var. Bununla bağlı bizim müəyyən hazırlığımız, protokollarımız var”, - deyə İdarə Heyətinin sədri vurğulayıb.

Yerlərdə pandemiya ilə bağlı xüsusi rejimli xəstəxanaların da ayrıldığını söyləyən Ramin Bayramlı deyib: "Qonaqlarımız həmin xəstəxanalarda da olacaq və bizim mütəxəssislərimizin yerlərdə həyata keçirdiyi tədbirlər, xəstəxanalarımızın təchizatı, həkimlərimizin hazırlıq səviyyəsi ilə tanış olacaqlar. Eyni zamanda, təcrübə mübadiləsi aparılacaq. Düşünürük ki, italiyalı həmkarlarımızla birgə xüsusi rejimli xəstəxanalarımızda mütəxəssislərimiz üçün vebinarlar təşkil edək. Gündəlik fəaliyyətlə bağlı bizim mərkəzi təbii qərargahda da müzakirələr aparılacaq. Əminik ki, italiyalı mütəxəssislərin bu dəstəyi və bizimlə birgə çalışması COVID-19-la mübarizəyə mühüm töhfələr verəcək”.
 

 

 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
“Himayədar ailə” qayğı modelinin əhəmiyyəti ilə bağlı növbəti ictimai dinləmə keçirilib
16:06 30.10.2026
“Himayədar ailə” qayğı modelinin əhəmiyyəti ilə bağlı növbəti ictimai dinləmə keçirilib
City Garden Narimanov-da təməldən mənzillər FAİZSİZ kreditlə satışda!
16:03 30.10.2026
City Garden Narimanov-da təməldən mənzillər FAİZSİZ kreditlə satışda!
Azərbaycanda bu sürücülərə avtomobil idarə etmək qadağan oluna bilər
15:34 30.10.2026
Azərbaycanda bu sürücülərə avtomobil idarə etmək qadağan oluna bilər
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib - FOTOLAR
15:32 30.10.2026
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib - FOTOLAR
Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar
15:29 30.10.2026
Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar
Oktyabr ayında mediada ən fəal deputatlar məlum oldu - SİYAHI
15:11 30.10.2026
Oktyabr ayında mediada ən fəal deputatlar məlum oldu - SİYAHI
Cümhuriyyət Günündə verilən mesaj: Abbasın Kipr səfəri hansı məna daşıyır?
15:10 30.10.2026
Cümhuriyyət Günündə verilən mesaj: Abbasın Kipr səfəri hansı məna daşıyır?
Şəhid anası vəfat etdi
14:49 30.10.2026
Şəhid anası vəfat etdi
Həftəsonu bürcləri nələr gözləyir? - 3 bürcə xoş xəbər var
14:43 30.10.2026
Həftəsonu bürcləri nələr gözləyir? - 3 bürcə xoş xəbər var
Uşaq bağçasında azyaşlıya qarşı fiziki zorakılıqla bağlı cinayət işi açıldı
14:40 30.10.2026
Uşaq bağçasında azyaşlıya qarşı fiziki zorakılıqla bağlı cinayət işi açıldı
Qaxda silsilə oğurluqlar edən şəxs saxlanılıb
14:22 30.10.2026
Qaxda silsilə oğurluqlar edən şəxs saxlanılıb
Arıqlama iynələri və saxta dərmanlar: Sağlamlığınızı riskə atmayın!
14:16 30.10.2026
Arıqlama iynələri və saxta dərmanlar: Sağlamlığınızı riskə atmayın!
“Şuşa nümunəsi göstərir ki, Ankara da zaman-zaman…” - Deputat
13:55 30.10.2026
“Şuşa nümunəsi göstərir ki, Ankara da zaman-zaman…” - Deputat
“Ceyhun Bayramov Azərbaycanı yüksək səviyyədə təmsil edəcək” - Deputat
13:54 30.10.2026
“Ceyhun Bayramov Azərbaycanı yüksək səviyyədə təmsil edəcək” - Deputat
“Hərə öz işi ilə məşğul olsun” – Bakı sakinlərindən xarici qüvvələrə cavab – VİDEOSORĞU
13:53 30.10.2026
“Hərə öz işi ilə məşğul olsun” – Bakı sakinlərindən xarici qüvvələrə cavab – VİDEOSORĞU
Bələdiyyədən torpaq alanlar çıxarış ala biləcək? – AÇIQLAMA
13:38 30.10.2026
Bələdiyyədən torpaq alanlar çıxarış ala biləcək? – AÇIQLAMA