13:17 çərşənbə, 29 Yanvar 2020
MEDİA

Daha bir jurnalist azadlığa çıxdı

14:58, 06.12.20192701
Daha bir jurnalist azadlığa çıxdı

2016-cı ildə Azərbaycan Dövlət Təhlükəsizlik Xidməti əməkdaşlarının həyata keçirdiyi əməliyyat nəticəsində həbs edilən «Gündəlik Bakı» qəzetinin baş redaktoru Habil Vəliyev azadlığa çıxıb.

Unikal.org-un əldə etdiyi məlumata görə, Nərimanov rayon Məhkəməsinin qərarı ilə, H.Vəliyevin cəzasının qalan hissəsi şərti məhkumetmə ilə əvəz edilərək o, azadlığa buraxılıb.

Qeyd edək ki, Habil Vəliyev Bakı Ağır Cinayətlərə Dair Məhkəmənin hökmü ilə 4 il müddətinə azadlıqdan məhrum edilib. Bu il Dekabrın 5-də onun cəza çəkmə müddətinin 3 ili tamam olub. H.Vəliyevin vaxtından əvvəl azadlığa çıxması üçün cəza çəkdiyi 10 saylı müəssisənin rəisi, polkovnik Fikrət Qafarovun təqdimatı ilə onun sənədləri ərazi üzrə Nərimanov rayon məhkəməsinə göndərilmişdi.


WordPress Hostinq
7.99 AZN -dən başlayan qiymətlərlə
• Pulsuz Domen
• Pulsuz SSL Sertifikat
• 20GB Disk Həcmi
• 1 Hesabdakı saytlar
• Limitsiz E-poçt
Daha ətraflı informasiya üçün: https://hostimul.com/az/hosting-azerbaycan/

XƏBƏR LENTİ