AZXEBER.COM Xezerxeber.az-a istinadən xəbər verir ki, sosial şəbəkələrdə "Bazar qiymətlərindən ucuz evimin damını satıram" başlıqlı elanlar yayılıb. Belə ki, paytaxtın müxtəlif ərazilərində birmərtəbəli həyət evinin damını satanlar var.
Qiymətləndicilər Cəmiyyətinin idarə heyətinin sədri Vüqar Oruc deyir ki, belə təkliflər adətən söküntü işlərinə hesablanmış ərazilərdə olur.
Çünkü əlaqədar qurumların apardıqları təhlillər əsasında həmin tikilinin sonradan daha çox kompensasiya əldə etmək məqsədi ilə inşa edildiyi aşkarlanır. Vüqar Oruc bildirib ki, ümumiyyətlə fərdi evlərin damı tək satıla və sənədləşdirilə bilməz.
Vüqar Oruc qeyd edib ki, sənədləri olmayan əmlak alqı-satqı predmeti ola bilməz. Eyni zamanda dam üçün xüsusi sənəd də verilə bilməz. Sənədsiz bir yeri təkcə sözlərə inanaraq, almaq həm təhlükəli, həm də qanunsuz addımdır.











































