Deputat Ramiz Mehdiyev - Əli Kərimli birliyi haqda faktları açıqladı

Deputat Ramiz Mehdiyev - Əli Kərimli birliyi haqda faktları açıqladı
SİYASƏT
20:53 29.11.2025
529
Xəbər verdiyimiz kimi, Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimlinin evində Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən axtarış aparılıb. Əməliyyat siyasətçi barəsində aparılan araşdırma çərçivəsində həyata keçirilib. Axtarış zamanı Kərimli saxlanılmayıb və proses onun Ramiz Mehdiyevin cinayət işi üzrə aparılan istintaqa bağlanması ilə izah olunur.

Milli Məclisin deputatı Kamal Cəfərov AZXEBER.COM-a açıqlamasında bildirib ki, Ramiz Mehdiyev və Əli Kərimlinin formalaşdırdığı siyasi davranış xətti əslində eyni məqsədlərə xidmət etdiklərini göstərir:

 "Ramiz Mehdiyev və Əli Kərimli formal olaraq fərqli ideologiyaların təmsilçiləri kimi görünsə də, onların uzun illər ərzində formalaşdırdığı siyasi davranış xətti əslində eyni məqsədlərə xidmət edən və bir-birini tamamlayan strategiyalar üzərində qurulub. Ramiz Mehdiyev uzun illər siyasi sistem daxilində özünəməxsus "paralel" idarəçilik mexanizmi qurmağa çalışmış, siyasi prosesləri idarə etmək iddiası göstərmiş və heç kəsə sirr deyil ki, müxtəlif üsullardan istifadə edərək qərarverici strukturlar üzərində nəzarət həyata keçirməyə çalışmışdır. Digər tərəfdən, Əli Kərimli daim institusional siyasi prosesdən kənarda qalaraq radikal ritorika və kütləvi təzyiq taktikasına üstünlük verən xətti ilə tanınıb. Bu paralel iki siyasi xətt əslində strateji səviyyədə bir-birini tamamlayan davranış modellərini ortaya qoydğunu göstərir: hakimiyyətə təsir göstərmək iddiası, siyasi institutları deyil, şəxsi nüfuz amillərini önə çıxarmaq, daxili sabitliyi pozmağa yönəlmiş davamlı gərginlik mühiti yaratmaq, xarici regional proseslərdən isə daxili siyasi təzyiq vasitəsi kimi istifadə etmək. Bu oxşarlıqlar onların fəaliyyətində təsadüfi paralellər deyil, sistemli şəkildə uzlaşan eyni siyasi xətdir”.

Deputat qeyd edib ki, Ramiz Mehdiyev və Əli Kərimli xəttinin son aylarda yenidən aktivləşməsi də təsadüfi deyil:

"Ramiz Mehdiyevin Prezident Administrasiyasına rəhbərlik etdiyi dövrlərdə AXCP-nin mitinq fəaliyyətinə yaradılan süni "pəncərələr”, ictimai rezonansın şişirdilməsi, mitinq iştirakçıları ilə bağlı saxta statistik təqdimatlardır. Eyni zamanda, vaxtilə gündəmə gətirilən Qafqaz baharı, Rusiyada yaradılan "Milyarderlər İttifaqı”, "Ziyalılar Forumu”, "Milli Şura” layihəsi və digər keçməyən təşəbbüslər həmin dövrdə ölkədə baş verən gərginliklərin arxasında xaricdən idarə edilən anti-milli əməkdaşlıq mexanizminin və xəyanətin dayandığını göstərir.
Ramiz Mehdiyev və Əli Kərimli xəttinin son aylarda yenidən aktivləşməsi də təsadüfi deyil və regionda baş verən geosiyasi dəyişikliklərin yan təsiridir. 

Parlamentari bildirib ki, hazırda Cənubi Qafqaz ciddi transformasiya mərhələsindən keçir:

"Regional güclər arasında balansın dəyişməsi, xüsusilə də Rusiya–Ukrayna müharibəsinin post-konflikt mərhələsinə keçid etməsi fonunda Moskvanın bölgədə təsir dairələrini yenidən bərpa etmək cəhdlərinin güclənəcəyi ehtimal olunur.
Belə bir şəraitdə, xüsusilə də radikal mövqeləri və qeyri-institusional davranış ənənələri ilə tanınan yerli anti-milli siyasi aktorların, Rusiyada yaşayan azərbaycanlıların və bəzi diaspora nümayəndələrinin bu məsələdə alətə çevriləcəyi ehtimalı ciddidir. Açıq demək lazımdır ki, Ramiz Mehdiyev-Əli Kərimli xəttində illərdir müşahidə edilən paralellər, onların siyasi davranış modelləri və bu davranışların xarici təsir tərəfindən idarə edilməsi artıq təkcə siyasi müzakirə məsələsi deyil — bu, dövlət təhlükəsizliyi məsələsidir”.

K.Cəfərov bildirib ki, Azərbaycan dövlətinə qarşı olan xəyanətin çərçivəsi haqqında hüquqi tədbirlər görüləcək:

"Ümid edirik ki, Azərbaycan dövlətinə qarşı olan xəyanətin çərçivəsi, o cümlədən Ramiz Mehdiyevə hələ də gizli formada dəstək verən, gizli qapılar arxasında rəğbətini açıq formada ifadə edən, xarici dövlətlərin tapşırığını hər an icra etməyə hazır olan və barələrində ciddi nüfuzdan salacaq materiallar mövcud olan şəxslərin dairəsi də qısa zamanda müəyyənləşərək haqlarında  zəruri hüquqi tədbirlər görüləcəkdir. Dəyişən dünya nizamında Azərbaycan dövlətinin güclü, ədalətli və ən əsası müstəqil siyasətinə qarşı mübarizə aparan ölkə daxilində bütün radikal qrupların və təsir dairələrinin vaxtında zərərsizləşdirilməsi milli təhlükəsizlik baxımından tamamilə legitimdir və həyati əhəmiyyət daşıyır”.

 
Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Əhməd İsmayılov: Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir
14:56 05.11.2026
Əhməd İsmayılov: Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir
Metroda “Qarabağın Dirçəlişi: Azərbaycan İntibahının Hekayəsi” fotosərgisi keçirilir
14:49 05.11.2026
Metroda “Qarabağın Dirçəlişi: Azərbaycan İntibahının Hekayəsi” fotosərgisi keçirilir
Gürcüstanla bağlı təhlükəli ssenari: Avropa İttifaqı hansı addımı atmağa hazırlaşır?
14:37 05.11.2026
Gürcüstanla bağlı təhlükəli ssenari: Avropa İttifaqı hansı addımı atmağa hazırlaşır?
Daha bir marşrutun avtobusları yenilənir
14:19 05.11.2026
Daha bir marşrutun avtobusları yenilənir
“İşləməyən şəxslər də vəfat edəndə dəfn pulu ödənilsin”
14:08 05.11.2026
“İşləməyən şəxslər də vəfat edəndə dəfn pulu ödənilsin”
Gədəbəyin icra başçısı "Gəncə təndiri"ni ziyarət etdi, tənqid olundu
14:05 05.11.2026
Gədəbəyin icra başçısı "Gəncə təndiri"ni ziyarət etdi, tənqid olundu
Məzuniyyət günlərini pula dəyişmək tarixə qovuşur? - 32 ildə dəyişənlər
14:01 05.11.2026
Məzuniyyət günlərini pula dəyişmək tarixə qovuşur? - 32 ildə dəyişənlər
Siqaret, telefon, avtomobil... – Daha hansı mallara aksiz vergisi ödəyirik?
13:46 05.11.2026
Siqaret, telefon, avtomobil... – Daha hansı mallara aksiz vergisi ödəyirik?
Dünya ölkələri vətəndaşlarına xəbərdarlıq edir - “Hər şey birdən çökə bilər”
13:44 05.11.2026
Dünya ölkələri vətəndaşlarına xəbərdarlıq edir - “Hər şey birdən çökə bilər”
"İsmayıl məqamı" sənədli filmi təqdim olundu - FOTOLAR
13:40 05.11.2026
"İsmayıl məqamı" sənədli filmi təqdim olundu - FOTOLAR
Sosial ödənişlər artır - Bu yeniliklər gözlənilir
13:22 05.11.2026
Sosial ödənişlər artır - Bu yeniliklər gözlənilir
Ərdoğandan Azərbaycana səfəri barədə - Açıqlama
13:19 05.11.2026
Ərdoğandan Azərbaycana səfəri barədə - Açıqlama
Leysan, şimşək, dolu - Sabahın havası
13:14 05.11.2026
Leysan, şimşək, dolu - Sabahın havası
Zelenski: ABŞ yardımı artsa, Putin geri çəkilə bilər
12:59 05.11.2026
Zelenski: ABŞ yardımı artsa, Putin geri çəkilə bilər
Rəcəb Tayyib Ərdoğan Azərbaycana gələcək
12:41 05.11.2026
Rəcəb Tayyib Ərdoğan Azərbaycana gələcək
DTX Biləsuvarda dron vasitəsilə narkotik qaçaqmalçılarını saxladı
12:38 05.11.2026
DTX Biləsuvarda dron vasitəsilə narkotik qaçaqmalçılarını saxladı