Deputatlar heç düşünür ki, vətəndaşlar necə dolanır? - Canlı yayımda xanım deputata maraqlı sual - VİDEO

SİYASƏT
16:36 03.12.2019
6438
Milli Məclisin deputatı Sona Əliyeva AZXEBER.COM-un "Vətəndaş soruşur ki..." rubrikasının qonağı olub.
 
Deputat sosial şəbəkədə ona gələn bütün suallara cavab verib.
 
Sualları və xanım deputatın cavablarını təqdim edirik:

 

- Sona xanım Milli Məclisdə hansı qadın deputatla rəfiqəsiniz?

- Bütün qadın deputatlarla çox gözəl münasibətim var. Lakin Pərvin Kərimzadə, Dilarə Cəbrayılova və Ülviyyə Ağayeva ilə rəfiqəyik.

- Bu günlərdə büdcə müzakirələrində iştirak etdiniz. Hansı təkliflə çıxış etdiniz?

- Mən bir neçə təkliflə çıxış etmişəm. Əsas təkliflərimdən biri də tək anaların işlə təmin olunması məsələsi idi. Ümumiyyətlə, ailə başçısını itirmiş uşaqların aylıq müavinətlərinin artırılması ilə bağlı təkliflər irəli sürmüşəm. Eyni zamanda öz seçki dairəmdə məktəblərin təmiri, suvarma sisteminin yaxşılaşdırılması, Qarabağ əlillərinin sanator müayinələri və s məsələlərlə çıxış etdim.

- Mətbuatda şəxsi həyatınızla bağlı gündəmə gəlmisiniz. Hazırda ananızla münasibətiniz varmı?

- Çox təəssüf edirəm ki, media hər zaman məni qalmaqallı adam kimi tanıyıb. Belə yerdə mən bir dahinin fikrini demək istəyirəm. "Media mənə özgə don geyindirib və mən ömrümün axırınadək o donda gəzməyə məcuburam ". Mən yalnız bunu deyə bilərəm ki, mənim ümumiyyətlə həyatda pis münasibətdə olduğum adam yoxdur.

- Vikipediyada adınızı yazanda heç bir məlumat çıxmır. Bu nəylə bağlıdır?

- Vikipediyada özümlə bağlı məlumat yerləşdirmədiyim üçün bu haqda məlumatım yoxdur.

- Şəmkirin Qaryağdı deyilən ərazisində yaşıyırsız. Yolların necə bərbad olmasından xəbəriniz varmı? Bu illər ərzində buna niyə bir çözüm etməmisiniz?

- Mən doğurdan da Şəmkirin Qaryağdı ərazisində yaşayıram və yolların bərbad olmasıyla bağlı dəfələrlə İcra Hakimiyyətinə müraciət etmişəm. Şəmkirdə yaşamağıma baxmayaraq, Şəmkir kənd Seçki Dairəsini təmsil etdiyim üçün daha çox seçicilərin müraciətlərini aidiyyatı üzrə orqanlara çatdırıram.

- Facebookda aktivsiniz. Deputatlara yazılan şərhləri oxuyursuzmu? Onlarla münasibətiniz necədir?

- Bütün deputatlarla çox yaxşı münasibətim var. Hamısını oxumağa vaxtım olmasa da bəzilərini oxuyuram.

- Müsahibənizdə demisiniz ki, üç övladım var. Onların xaricdə yoxsa Azərbaycanda təhsil almasını istəyirsiniz?

- Mənim artıq bir qızım Türkiyədə tibb təhsili alır. Mənim istəyimdən asılı olmayaraq uşaqlarım istədiyi yerdə təhsil alır. Mən də onların seçimlərinə çox hörmətlə yanaşıram.

- Bir deputat olaraq Şəmkir üçün nə etmisiniz?

- Təbii ki, biz bunların hamısını burda sadalaya bilmərik. Amma son olaraq Şəmkir Mərkəzi Xəstəxanasının tikintisi ilə bağlı cənab prezident sərəncam imzalamışdı. Buna baxmayaq tikinti başlamırdı. Biz bununla bağlı məsələni hökümətin hesabında qaldırdıq. Artıq Mərkəzi Xəstəxana tikilib və hazırdır. Yəqinki bu il açılışı olacaq. Mən düşünürəm ki, ilk seçim müddətində elə də az iş görməmişəm.

- Milli Məclisdə Təhsil Komitəsinin üzvüsünüz. Niyə hamı övladını rus bölməsinə qoyur? Sizin övladlarınız hansı dildə təhsil alır?

- Mənim övladlarım Azərbaycan bölməsində təhsil alıb və məktəbdə oxuyan övladımda Azərbaycan bölməsində təhsil almağa davam edir. Düşünürəm ki, insanlar gələcəkdə övladlarının dil biliyi baxımdan daha yaxşı imkanları olsun deyə rus bölməsinə qoyurlar. Çünki dil biliyi olan insanların imkanları daha geniş olur.

- Növbəti seçkilərdə iştirak etməyi düşünürsünüz?

- Növbəti seçkilərdə YAP namizədliyimi irəli sürərsə iştirak etməyi düşünürəm.

- Şəmkirin İcra Başçısının müavini olmusunuz. Hazırda isə deputatsınız. İlk illər onlarla münasibətiniz necədir?

- Şəmkirin İcra Başçısının humanitar məsələlər üzrə müavini olmuşam. Hazırda rayon İcra Hakimiyyəti və keçmiş iş yoldaşlarıma münasibətlərim çox yaxşıdır.

- Millət vəkili olaraq hansı problemi qaldırıb, həllinə nail olmusunuz?

- Ümumiyyətlə, mənim Milli Məclisdə daha çox qaldırdığım məsələlər təhsil, elm, qadın hüquqları ilə bağlı olub. Autizmli, əlilliyi olan uşaqlarla bağlı mövzularda çox həssasam. Düşünürəm ki, qaldırdığım məsələlər bir çoxu öz həllini tapıb.

- Deputatlar heç düşünürlər ki işsizlər nəylə dolanır?

- Əlbəttə, düşünürlər. Şəxsən mən çox düşünürəm. Bir deputat olaraq aidiyyatı qurumlara daimi olaraq yazıb bildiririk. Çalışırıq ki, öz gücümüz və səlahiyyətlərimiz çərçivəsində bu məsələlərin həllinə nail olaq.

- Milli Məclisdə İnsan hüquqlarının üzvüsüz. Sizcə qadına şiddətə səbəb nədir?

- Mən düşünürəm ki, bunun səbəbi cəmiyyətdə həm qadınların həmdə kişilərin patriarx düşüncəyə sahib olmasıdır.

- Deputatlar dəfələrə maaşlarından gileylənib. Siz deputat maaşınızdan razısınız?

- Bəli, mən razıyam və heç zaman gileylənmirəm. Ümumiyyətlə insan olaraqda şikayətçi adam deyiləm, hər şeyə qane oluram.

- Uşaq pulunun bərpası haqqda nə düşünürsüz?

- Mən də sizin kimi düşünürəm ki, olsa yaxşı olar.

OXŞAR XƏBƏRLƏR