DSX general Abbasəli Novruzovun vəfatı ilə əlaqədar başsağlığı yayıb - FOTO

DSX general Abbasəli Novruzovun vəfatı ilə əlaqədar başsağlığı yayıb - FOTO
SOSİAL
23:37 16.08.2026
904
Dövlət Sərhəd Xidməti general Abbasəli Novruzovun vəfatı ilə əlaqədar başsağlığı yayıb.

AZXEBER.COM xəbər verir ki, başsağlığında deyilir:

"Azərbaycan sərhəd mühafizəsinin inkişafında mühüm xidmətləri olmuş, uzun illər dövlət sərhədlərimizin etibarlı mühafizəsinə şərəflə xidmət etmiş, Azərbaycan Respublikası milli təhlükəsizlik nazirinin müavini - Sərhəd Qoşunlarının komandanı vəzifəsində çalışmış general-mayor Abbasəli Ramazan oğlu Novruzov 16 avqust 2026-cı il tarixində, ömrünün 90-cı ilində vəfat etmişdir.

Abbasəli Ramazan oğlu Novruzov 25 may 1937-ci ildə Qərbi Azərbaycanın Əzizbəyov rayonunun Zeytə kəndində anadan olmuşdur.

Həyatının böyük hissəsini sərhədçi peşəsinə həsr edən Abbasəli Novruzovun hərbi xidmət yolu sıravi əsgər kimi başlamış, yüksək peşəkarlığı, zəngin təcrübəsi, prinsipiallığı və Vətənə sədaqəti sayəsində məsul vəzifələrədək yüksəlmişdir. SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin Sərhəd Məktəbinin hüquq bölməsini, daha sonra Dövlət Təhlükəsizlik Akademiyasını bitirmiş, hüquqşünas, hərbi tərcüməçi və əməliyyatçı kimi xidmət etmişdir.

Peşəkar fəaliyyətinə və hüquq sahəsində xidmətlərinə görə 1979-cu ildə "Azərbaycan SSR əməkdar hüquqşünası" fəxri adına, həmçinin "SSRİ DTK-nın fəxri əməkdaşı" adına layiq görülmüşdür.

Müstəqilliyimizin ilk illərində dövlət sərhədlərinin mühafizəsinin möhkəmləndirilməsi, milli sərhəd mühafizə sisteminin formalaşdırılması və Sərhəd Qoşunlarında idarəetmənin təkmilləşdirilməsi xüsusi əhəmiyyət daşıyırdı. Belə mürəkkəb bir dövrdə ümummilli lider Heydər Əliyevin qərarı ilə Abbasəli Novruzov 8 aprel 1994-cü ildə yenidən sərhəd mühafizəsi sıralarına qaytarılmış, Azərbaycan Respublikası milli təhlükəsizlik nazirinin müavini - Sərhəd Qoşunlarının komandanı vəzifəsinə təyin edilmişdir.

Azərbaycanın müstəqil dövlət olaraq öz sərhədlərini milli qüvvələri hesabına qoruması prinsipini ardıcıl müdafiə edən Abbasəli Novruzov beynəlxalq və regional görüşlərdə ölkəmizin dövlətçilik maraqlarını qətiyyətlə ifadə etmişdir. Onun "Azərbaycan müstəqil dövlətdir, öz sərhədlərini özü qorumalıdır" mövqeyi müstəqil milli sərhəd mühafizə sisteminin qurulmasına yanaşmasının əsas mahiyyətini əks etdirmişdir və Azərbaycan Respublikasının xüsusi xidmət orqanlarında uzunmüddətli səmərəli fəaliyyətinə, dövlət təhlükəsizliyinin, sərhədlərimizin etibarlı mühafizəsinin təmin olunmasında xidmətlərinə görə "Şöhrət" ordeni və "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilmişdir.

General-mayor Abbasəli Ramazan oğlu Novruzovun uzun və şərəfli xidmət yolu, dövlət sərhədlərimizin mühafizəsinin təşkilində göstərdiyi xidmətlər və Azərbaycan sərhədçisinin peşəkar ənənələrinin formalaşmasına verdiyi töhfələr daim ehtiramla xatırlanacaqdır.

Abbasəli Ramazan oğlu Novruzovun əziz xatirəsi onu tanıyanların, silahdaşlarının və sərhədçilərin qəlbində daim yaşayacaqdır.

Dövlət Sərhəd Xidmətinin rəhbərliyi general-mayor Abbasəli Novruzovun vəfatından kədərləndiyini bildirir, mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.

Allah rəhmət eləsin!

General-mayor Abbasəli Novruzovun dəfn mərasimi 17 Avqust 2026-cı il tarixində, saat 10:00-da Hərbi Memorial Məzarlıqda keçiriləcəkdir".

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Həsən Zeynalov Ehtiram Quliyevin yerinə keçəcəyi ilə bağlı iddialara CAVAB VERDİ
17:48 19.10.2026
Həsən Zeynalov Ehtiram Quliyevin yerinə keçəcəyi ilə bağlı iddialara CAVAB VERDİ
DTX Masazırda avtomobillərin yandırılmasını təşkil edən şəxsi xaricdə saxladı
17:37 19.10.2026
DTX Masazırda avtomobillərin yandırılmasını təşkil edən şəxsi xaricdə saxladı
“Turan”ın prezidenti kişi voleyboluna üstünlük verməməsinin səbəbini açıqladı
17:35 19.10.2026
“Turan”ın prezidenti kişi voleyboluna üstünlük verməməsinin səbəbini açıqladı
“Turan” Çempionlar Liqasında tarix yazmağa hazırlaşır – Prezidentdən açıqlama
17:27 19.10.2026
“Turan” Çempionlar Liqasında tarix yazmağa hazırlaşır – Prezidentdən açıqlama
Novo Azərbaycanın “Az Çəki, Çox Həyat” kampaniyası çərçivəsində Gənclik Mall-da keçirilən aktivliyi uğurla yekunlaşıb
17:15 19.10.2026
Novo Azərbaycanın “Az Çəki, Çox Həyat” kampaniyası çərçivəsində Gənclik Mall-da keçirilən aktivliyi uğurla yekunlaşıb
Mətbuat Şurası Türkiyə mediasında Azərbaycana qarşı aparılan qərəzli kampaniya barədə bəyanat yaydı
17:15 19.10.2026
Mətbuat Şurası Türkiyə mediasında Azərbaycana qarşı aparılan qərəzli kampaniya barədə bəyanat yaydı
Tovuzda tarixi qarşılaşmaya hazırlıq: İdman kompleksi yeniləndi - FOTOLAR
17:11 19.10.2026
Tovuzda tarixi qarşılaşmaya hazırlıq: İdman kompleksi yeniləndi - FOTOLAR
“Falçılıq” adı altında dələduzluq edən şəxs saxlanılıb
16:55 19.10.2026
“Falçılıq” adı altında dələduzluq edən şəxs saxlanılıb
Yoluxucu xəstəliklərlə bağlı həyəcan: Mütəxəssislərdən vacib xəbərdarlıq
16:43 19.10.2026
Yoluxucu xəstəliklərlə bağlı həyəcan: Mütəxəssislərdən vacib xəbərdarlıq
Məktəblilər üçün beynəlxalq informatika müsabiqəsinə qeydiyyat başladı
16:38 19.10.2026
Məktəblilər üçün beynəlxalq informatika müsabiqəsinə qeydiyyat başladı
Xaricdən maşın gətirmək əvvəlki kimi asan deyil – Ekspertdən AÇIQLAMA
16:38 19.10.2026
Xaricdən maşın gətirmək əvvəlki kimi asan deyil – Ekspertdən AÇIQLAMA
Bakıda “The World of Adrenaline” beynəlxalq sirk proqramı təqdim olunub
16:35 19.10.2026
Bakıda “The World of Adrenaline” beynəlxalq sirk proqramı təqdim olunub
Paytaxtın bu ərazisində mənzillər kəskin ucuzlaşdı
16:13 19.10.2026
Paytaxtın bu ərazisində mənzillər kəskin ucuzlaşdı
İran bayraqları, fars dilində şüarlar... -  Almaniyadakı aksiyada diqqətçəkən MƏQAMLAR
16:09 19.10.2026
İran bayraqları, fars dilində şüarlar... - Almaniyadakı aksiyada diqqətçəkən MƏQAMLAR
Pensiyaçılara şad xəbər - Bu tarixdə
15:59 19.10.2026
Pensiyaçılara şad xəbər - Bu tarixdə
Tramp Fransanı sərhədlərini dərhal bağlamağa çağırıb
15:43 19.10.2026
Tramp Fransanı sərhədlərini dərhal bağlamağa çağırıb