Dünyanı gəzdi, Azərbaycandakı bilet qiymətlərindən narazı qaldı - Deputat həmin turistlə görüşdü

Dünyanı gəzdi, Azərbaycandakı bilet qiymətlərindən narazı qaldı - Deputat həmin turistlə görüşdü
SİYASƏT
16:22 02.08.2025
4025
"Taina Liekari finlandiyalı turistdir. Ginnesin rekordlar kitabına düşmək üçün 40 min km piyada olaraq ölkələri gəzməlidir. Madrid şəhərindən başlayıb və bu günə kimi 6 min km qət edib". 

Bunu Milli Cəbhə Partiyasının (MCP) sədri, deputat Razi Nurullayev deyib.

Deputat qeyd edib ki, o Gürcüstanda olarkən "Qırmızı Körpü"dən keçərək gəlmək istəyib, amma quru sərhədlərimiz bağlı olduğu üçüb Bakıya təyyarə ilə gəlməli olub:

"Bileti min manatdan baha alıb və narazı qalıb. Sonra maşınla Bakıdan Qazaxa gedib və yarımçıq qalan marşrutunu "Qırmızı Körpü"nün Azərbaycan tərəfindən davam etdirib. 

Mən həm millət vəkili olaraq, həm də Azərbaycan-Finlandiya Parlamentlərarası Dostluq Qrupunun rəhbəri olaraq Bakıdan Qazaxa 500 km məsafə qət edərək, Tiana Liekarini Qazax şəhərində ziyarət etdim və xeyli söhbət etdik. Çox razı qaldı və inana bilmirdi ki, bir deputat, partiya sədri 500 km qət edərək onu görməyə və qayğıları ilə maraqlanmağa gəlib. Çox şad oldu".

R.Nurullayev əlavə edib ki, bu hərəkəti ilə Azərbaycan dövləti ölkəmizdə olan hər bir xarici vətəndaşa, turistə hörmətlə yanaşdığını bildirmək istəyir:

"Ona dedim ki, artıq Turizm Agentliyinə də xəbər etmişəm və onlar da məsələdən xəbərdardırlar. Artıq Turizm Agentliyi onun üçün Qazax-Bakı yolu boyunca turizm marşrutu üzrə məlumat hazırlayıb və mənə göndərib. Mən də onu Taina Liekariyə təqdim etdim.

Məndən xahiş etdi ki, bir gün onunla piyada məsafə qət edim və yaxın günlərdə 40-50 km məsafəni onunla birlikdə qət edəcəm.

Bakıya çatan zaman da lazimi köməkliklər göstərəcəyik. Hər gün əlaqə saxlayaraq qayğıları ilə maraqlanacam. Onun bloqunu xeyli insan izləyir və qeyd edirlər ki, Azərbaycana gəlmək istəyirlər. Onun üçün də bizim də borcumuz onlara Azərbaycan qonaqpərvərliyini göstərməkdir".
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bakının mərkəzinə yaxın ərazidə evlər 41 min manata– SƏBƏB budur
16:03 05.11.2026
Bakının mərkəzinə yaxın ərazidə evlər 41 min manata– SƏBƏB budur
Zəngilan Aqroparkı yaradılıb - FƏRMAN
15:57 05.11.2026
Zəngilan Aqroparkı yaradılıb - FƏRMAN
Prezident bir qrup media nümayəndəsini təltif edib - SƏRƏNCAM
15:54 05.11.2026
Prezident bir qrup media nümayəndəsini təltif edib - SƏRƏNCAM
Azərbaycanda 2027-ci ildə bu şəxslərə 1500 manat veriləcək - Deputatdan açıqlama
15:43 05.11.2026
Azərbaycanda 2027-ci ildə bu şəxslərə 1500 manat veriləcək - Deputatdan açıqlama
Prezident qanuna dəyişiklikləri təsdiqlədi
15:38 05.11.2026
Prezident qanuna dəyişiklikləri təsdiqlədi
Yelo Bank-dan Zəfər Günü hədiyyəsi: 44 gün faizsiz nağd kredit!
15:36 05.11.2026
Yelo Bank-dan Zəfər Günü hədiyyəsi: 44 gün faizsiz nağd kredit!
"Crescent Mall"da nə baş verib? – Açıqlama
15:20 05.11.2026
"Crescent Mall"da nə baş verib? – Açıqlama
Azərbaycanda saatlıq maaş tətbiq ediləcək – 1 saatın qiyməti bu qədər ola bilər
15:18 05.11.2026
Azərbaycanda saatlıq maaş tətbiq ediləcək – 1 saatın qiyməti bu qədər ola bilər
"Azərbaycan bu gün qalib, bütövləşən ölkə olaraq yeni hədəflərə doğru inamla addımlayır"
15:11 05.11.2026
"Azərbaycan bu gün qalib, bütövləşən ölkə olaraq yeni hədəflərə doğru inamla addımlayır"
Əhməd İsmayılov: Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir
14:56 05.11.2026
Əhməd İsmayılov: Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir
Metroda “Qarabağın Dirçəlişi: Azərbaycan İntibahının Hekayəsi” fotosərgisi keçirilir
14:49 05.11.2026
Metroda “Qarabağın Dirçəlişi: Azərbaycan İntibahının Hekayəsi” fotosərgisi keçirilir
Gürcüstanla bağlı təhlükəli ssenari: Avropa İttifaqı hansı addımı atmağa hazırlaşır?
14:37 05.11.2026
Gürcüstanla bağlı təhlükəli ssenari: Avropa İttifaqı hansı addımı atmağa hazırlaşır?
Daha bir marşrutun avtobusları yenilənir
14:19 05.11.2026
Daha bir marşrutun avtobusları yenilənir
“İşləməyən şəxslər də vəfat edəndə dəfn pulu ödənilsin”
14:08 05.11.2026
“İşləməyən şəxslər də vəfat edəndə dəfn pulu ödənilsin”
Gədəbəyin icra başçısı "Gəncə təndiri"ni ziyarət etdi, tənqid olundu
14:05 05.11.2026
Gədəbəyin icra başçısı "Gəncə təndiri"ni ziyarət etdi, tənqid olundu
Məzuniyyət günlərini pula dəyişmək tarixə qovuşur? - 32 ildə dəyişənlər
14:01 05.11.2026
Məzuniyyət günlərini pula dəyişmək tarixə qovuşur? - 32 ildə dəyişənlər