Dövlətdən dəstək uman, Dövlətə dəstək verməyən QHT-lər - Niyə susurlar?

Dövlətdən dəstək uman, Dövlətə dəstək verməyən QHT-lər - Niyə susurlar?
GƏNCLİK
15:41 25.09.2014
1797
“Azərbaycanda QHT-lərin fəaliyyətinə əngəllər yaradılır”, “Vətəndaş cəmiyyəti təhlükə altındadır”, “QHT təmsilşiləri təqib və təzyiqlərlə üzləşiblər”, “QHT nümayəndələrinin səsi boğulur”... Son günlər bu kimi tezislərə tez-tez rast gəlirik.Söhbətin nədən getdiyi yəqin ki, aydındır. Avropa Parlamentinin bir neçə gün öncə qəbul etdiyi qətnamə, ATƏT-dən istiqamətlənən bəyanatlar, eyni dairələrdən qaynaqlanan müxtəlif aksiyalar, “Human Rights Watch”, “Freedom House” kimi təşkilatların iddiaları və nəhayət ABŞ Prezidenti Barak Obamanın Azərbaycanda QHT-lərin vəziyyətinin ağır olması barədə dediklər ölkəmizə qarşı yeni bir təzyiq kampaniyasının başladığından xəbər verir. Əlbəttə, iddia oluna bilər ki, ölkədə bir neçə QHT təmsilçisi həbsdədir və guya Avropa və Amerika bu səbəbdən ciddi naragatlıq keçirir. Əslində isə səsləndirilən bəyanatların arxasında tamam başqa maraqlar gizlənib.Azərbaycanın müstəqil mövqeyi, kiminsə istək və arzularına uyuşmayan davranışları Qərb dairələrinin ölkəmiz üçün müəyyənləşdiridyi çərçivənin standartlarına cavab vermir. Diqqət edək: Avropa və Qərb ölkələri Azərbaycanda məhz QHT-lər vasitəsilə yaratdıqları təsir rıçaqlarından məhrum olunublar. Milyonların Azərbayacana gələn yolu bağlanıb, həmin pulların hansı məqsədlərə yönəldiyi araşdırılır və təbii ki, bu da xarici dairələrə daxili vəziyyəti nəzarətdə saxlamaq şansı tanmır. Yaranmış vəziyyət heç şübhəsiz ki, Azərbaycanın müstəqil siyasət yürütmək imkanlarını artırır ki, bu da heç bir halda ölkədə istədikıləri vaxt daxili gərginlik yatamaq üçün baza axtarışında olanlara gərəkli deyil. Vəssalam, bu “səs-küyün” bu qədər sədə izahı var... Daha dərinlərə baş vurmağa ehtiyac yoxdur.Azərbaycanda QHT-rin ağır durumda olduğuna dair iddiaların əsassız olduğunu sübut etmək üçün dəridən-qabıqdan çıxmamaq da olar. Gözlə görünən həqiqətlər var ki, bunu insan haqlarından danışa-danışa insanları qan gölündə boğanların nə və necə deməsindən asılı olmayaraq inkar etmək mümkün deyil. Bəli, xarici təşkilatların, donor qurumların əli daha bizim QHT-lərə çatmır. Azərbaycan vətəndaş cəmiyyəti təmsilçilərinin müxtəlif istiqamətləri əks etdirən layihə və təşəbbüsləri QHT-lərə Dövlət Dəstəyi Şurası və digər yerli fondlar tərəfindən maliyyələşdirilir. Məslən, bu sırada Gənclər Fondunun da adını çəkmək olar. Maliyyələşmə prosesi artıq bir neçə ildir ki, davam edir və effektivliyi də göz önündədir. Fəaliyyəti şəffaf, dövlətə və onun maraqlarına qarşı çıxmaq niyyətində olmayan, Azərbaycan maraqlarının təmin olunmasına, ölkəmizin mövqelərinin möhkəmlənməsinə çalışan QHT-lər üçün bundan artıq əlverişli fəaliyyət şəraitini təsəvvür etmək çətindir. Yerli QHT-lər hər il Dəstək Şurasına müxtəlif sahələri əhatə edən layihələr təqdim edirlər. Ekoloji sahədən tutmuş təhsil sahəsinə qədər böyük bir spektrı əhatələyən maliyyələşmə siyasətinin nəticəsdidir ki, daha yerli QHT-lər əvvəlki kimi partizansayağı işləmirlər - ölkədə strukturlaşmış vətəndaş cəmiyyəti institutları formalaşıb.Elə isə sual olunur: Azərbaycana qarşı yönəlmiş qərəzli bəyanatlar və ölkəmizə təzyiq məqsədi daşıyan çıxışlar yerli QHT-lər tərəfindən nədən sükutla qarşılanır? Prosesləri izləmək və bütövlükdə ölkənin vətəndaş cəmiyyəti barədə səsləndirilən qərəzli fikirlərə münasibət bildirmək, etiraz etmək bu qədərmi çətindir? Azərbaycanda bir neçə böyük QHT Koalisiyaları, alyanslar və Milli QHT Forumu var. 3-4 gündür xarici təşkilatlar dayanmadan Azərbaycanda QHT-lərin boğulduğunu iddia edir, dürlü-dürlü bəyanatlar yayırlar. Bir QHT tapılmır ki, öz təcrübəsindən və ona yaradılmış şəraitdən çıxış edərək deyilənlərin əsassız olduğunu bildirsin. Bir neçə ildir ki, QHT Şurası tərəfindən maliyyələşirlər, az qala şalvarı geyinməyin qaydaları mövzusunda layihələri də dəstəklənir, amma belə bir mürəkkəb dönəmdə səslərini çıxarmır və sanki kimlərdənsə tapşırıq gözləyirlər. Niyə? Həqiqəti danışmaq üçün gərək mütləq kimsə tapşırıq versin? QHT-lərin vəziyyəti xüsusunda ölkədəki real vəziyyət ifadə etmək üçün sifarişmi lazımdır? Əslində indi yerli QHT-lər bir araya gəlməli, birgə bəyanatlar qəbul etməli, həmin o xarici təşkilatlara məktublar ünvanlayıb mətbuata müsahiblər verməliydilər. Olmadı, eşitmədik, görmürük. Amma layihələr elanı başlayan kimi düzüləcəklər Azay Quliyevin qapısına. Növbəyə dayanacaqlar, dövlətdən dəstək istəyəcəklər. Dövlətin dəstəyə ehtiyacı olan vaxt isə susurlar......Bu adamlar deyəsən hələ də bilmirlər ki, şəxsi təşəbbüs deyilən bir anlayış da var!
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Paşinyan və Pezeşkian İrəvanda ikitərəfli münasibətləri müzakirə ediblər
14:52 16.10.2026
Paşinyan və Pezeşkian İrəvanda ikitərəfli münasibətləri müzakirə ediblər
Maddi çətinliklər ailə münasibətlərini necə sarsıdır? - Psixoloqdan AÇIQLAMA
14:50 16.10.2026
Maddi çətinliklər ailə münasibətlərini necə sarsıdır? - Psixoloqdan AÇIQLAMA
Park Yasamalda 2 otaqlı studiyalardan başlayaraq hazır mənzillər satışda!
14:47 16.10.2026
Park Yasamalda 2 otaqlı studiyalardan başlayaraq hazır mənzillər satışda!
“Azərbaycanda da uçan avtomobillərin olması bizi təəccübləndirməməlidir”
14:12 16.10.2026
“Azərbaycanda da uçan avtomobillərin olması bizi təəccübləndirməməlidir”
“Aktiv və sağlam uzunömürlülük: dövlət siyasəti və sosial innovasiyalar” mövzusunda dəyirmi masa keçirilib
14:09 16.10.2026
“Aktiv və sağlam uzunömürlülük: dövlət siyasəti və sosial innovasiyalar” mövzusunda dəyirmi masa keçirilib
Hərbçilərin maaş artımına 550 milyon manat ayrılacaq - Ədalət Verdiyev
13:45 16.10.2026
Hərbçilərin maaş artımına 550 milyon manat ayrılacaq - Ədalət Verdiyev
AZAL İsrail prezidentinin uçuşu barədə Türkiyəyə məlumat verməli idimi? - "Haber Global" detalları açıqlayıb
13:44 16.10.2026
AZAL İsrail prezidentinin uçuşu barədə Türkiyəyə məlumat verməli idimi? - "Haber Global" detalları açıqlayıb
Prezident fərman imzaladı
13:14 16.10.2026
Prezident fərman imzaladı
Hacıbəy Heydərli yeni vəzifəyə seçildi
13:09 16.10.2026
Hacıbəy Heydərli yeni vəzifəyə seçildi
Mətbuat Şurasının yeni sədrindən ilk - AÇIQLAMA
13:08 16.10.2026
Mətbuat Şurasının yeni sədrindən ilk - AÇIQLAMA
Azercell-dən “MiFi” və “Wi-Fi” cihazı əldə et, internetdən daha əlverişli şərtlərlə yararlan
13:08 16.10.2026
Azercell-dən “MiFi” və “Wi-Fi” cihazı əldə et, internetdən daha əlverişli şərtlərlə yararlan
Prezident Gürcüstanın yeni səfirini qəbul etdi - FOTOLAR
12:58 16.10.2026
Prezident Gürcüstanın yeni səfirini qəbul etdi - FOTOLAR
Prezident paralimpiya hərəkatının inkişafında xidməti olan bir qrup şəxsi təltif edib
12:57 16.10.2026
Prezident paralimpiya hərəkatının inkişafında xidməti olan bir qrup şəxsi təltif edib
Almaniya səfiri Göygöldə olub - FOTOLAR
12:56 16.10.2026
Almaniya səfiri Göygöldə olub - FOTOLAR
Prezident yeni səfiri qəbul etdi - Fotolar
12:53 16.10.2026
Prezident yeni səfiri qəbul etdi - Fotolar
Vakansiya adı altında qadınlara qeyri-etik təklif - Ekspert risklərdən danışdı
12:51 16.10.2026
Vakansiya adı altında qadınlara qeyri-etik təklif - Ekspert risklərdən danışdı