Ədliyyə Nazirliyindən şikayət var: "Rusdilli Jurnalistlər Birliyi"nin qeydiyyatı yubadılır

Ədliyyə Nazirliyindən şikayət var: "Rusdilli Jurnalistlər Birliyi"nin qeydiyyatı yubadılır
SOSİAL
13:57 17.01.2022
855
Utro.az portalının baş redaktoru Habil Ağazadə Prezident İlham Əliyevə müraciət ünvanlayıb.

Qaynarinfo-nun verdiyi xəbərə görə, müraciətdə Habil Ağazadə Azərbaycanda fəaliyyət göstərən rusdilli jurnalistlərin ictimai birliyini yaratmaq istiqamətində üzləçşdiyi problemlərdən bəhs olunur.

"Mən 2020-ci ildən bəri Azərbaycan mediasının bütün rusdilli nümayəndələrini birləşdirəcək "Rusdilli Jurnalistlər Birliyi"ni yaratmaqı qarşıma məqsəd qoymuşam. Respublikada müxtəlif jurnalist ittifaqların və birliklərin mövcud olduğuna baxmayaraq, bu günə kimi rusdilli jurnalistləri birləşdirəcək vahid bir təşkilat yaradılmamışdır.

Biz bu boşluğu doldurmaq qərarına gəldik, lakin bir çox süni şəkildə yaradılmış problemlərlə qarşılaşacağımizı gözləmirdik. Qarşımıza qoyduğumuz məqsəd yalnız dövlətimizin mənfəəti və maraqlarının təmin olunmasına xidmət edir. Bildiyiniz kimi, Azərbaycanda, bir çox postsovet ölkələrindən fərqli olaraq, rusdilli məktəbləri və rus dilində işıq üzü görən mətbu orqanlarını qoruyub saxlamaq mümkün olub, bu gün isə rusdilli jurnalistləri birləşdirmək zərurəti meydana gəlmişdir.

Birlik qeydiyyatdan keçdikdən sonra biz tam şəkildə işə başlamağa hazırıq. Planlarımız çoxdur, lakin əsas məqsədlərimizdən biri rusdilli vətəndaşlara Azərbaycan haqqında həqiqətləri çatdırmaqdır. 44 günlük Vətən Müharibəsi dövründə ölkəmiz nəinki düşmənin təcavüzü ilə, həm də dünya ictimaiyyətinin və xarici oxucuların gözündə Azərbaycanı qaraldırmağa çalışan xarici mediada bir çox saxtakarlıqla qarşılaşdıqda, rus dilində nəşr olunan Azərbaycan mediasının köməyi böyük idi. Hamımız ölkəmizin müdafiəsinə qalxmışdıq. Məhz o dövrdə media sahəsində xarici dilləri mükəmməl bilən kadrlara ehtiyac var idi.

2020-ci ildə mən və Rusdilli Jurnalistlər Birliyinin digər təsisçiləri, o cümlədən "Новое Время" qəzetinin baş redaktoru, Azərbaycanın əməkdar jurnalisti Şakir Ağayev qeydiyyat üçün tələb olunan sənədləri toplamağa başladıq. Lakin dörd dəfə ərizə təqdim etməyimizə baxmayaraq, bu günə qədər sözügedən birlik bilinməyən səbəblərdən Ədliyyə Nazirliyində qeydiyyatdan keçməmişdir. Hər dəfə nazirlik qeydiyyatı həyata keçirməkdən yazılı şəkildə imtina edib. Bütün bunlar ölkədə Sizin təşəbbüsünüzlə keçirilən islahatlara ziddir. Bü islahatlar isə ölkəmizdəki bütün dövlət strukturlarının işini daha da şəffaf, xidmətlərin vətəndaşlar üçün daha da əlçatan olması məqsədini daşıyır. Ancaq Ədliyyə Nazirliyinin işi sanki dövlət siyasətiylə ziddiyyət təşkil edərək vətəndaşların qarşısına maneələr qoymaqdan ibarətdir.

Cənab Prezident, Sizdən bu problemi həll etmək üçün köməklik etməyinizi xahiş edirəm. İnanırıq və ümid edirik ki, bu məsələ tezliklə həll olunacaq və biz dövlətimizin maraqlarını təmin olunmasına xidmət edən məqsəd və ideyalarımızı həyata keçirmək üçün fürsət əldə edəcəyik". 
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bir sıra publik hüquqi şəxslərin əsasında büdcə təşkilatları yaradılıb - FƏRMAN
16:08 25.06.2026
Bir sıra publik hüquqi şəxslərin əsasında büdcə təşkilatları yaradılıb - FƏRMAN
DİM apellyasiya müraciətlərini ödənişli edə bilər - “Bu, insanları müraciətdən çəkindirəcək” (RƏY)
16:01 25.06.2026
DİM apellyasiya müraciətlərini ödənişli edə bilər - “Bu, insanları müraciətdən çəkindirəcək” (RƏY)
Məzun gecəsi üçün verdikləri 50 minə yaxın pul ələ keçirildi - Rəsmi açıqlama
16:00 25.06.2026
Məzun gecəsi üçün verdikləri 50 minə yaxın pul ələ keçirildi - Rəsmi açıqlama
Prezidentin geri çağırdığı məşhur səfir kimdir? - DOSYESİ
15:53 25.06.2026
Prezidentin geri çağırdığı məşhur səfir kimdir? - DOSYESİ
“Nar”ın dəstəyi ilə inklüziv kulinariya master-klası keçirildi - FOTOLAR
15:52 25.06.2026
“Nar”ın dəstəyi ilə inklüziv kulinariya master-klası keçirildi - FOTOLAR
Azərbaycan universitetləri beynəlxalq reytinqlərdə uğurlarını davam etdirirlər
15:47 25.06.2026
Azərbaycan universitetləri beynəlxalq reytinqlərdə uğurlarını davam etdirirlər
FHN Aqşin Fatehin restoranını bağladı
15:43 25.06.2026
FHN Aqşin Fatehin restoranını bağladı
Prezident bu ölkədəki səfiri geri çağırdı
15:19 25.06.2026
Prezident bu ölkədəki səfiri geri çağırdı
Rövşən Rzayev 66 yaşlı Aparat rəhbəri ilə bağlı qərar verdi - FOTO
15:16 25.06.2026
Rövşən Rzayev 66 yaşlı Aparat rəhbəri ilə bağlı qərar verdi - FOTO
Azercell Silahlı Qüvvələr Günü münasibətilə “Əsgərcell” təklifini istifadəyə verir
15:10 25.06.2026
Azercell Silahlı Qüvvələr Günü münasibətilə “Əsgərcell” təklifini istifadəyə verir
Avropada istidən ölənlərin sayı artdı
14:49 25.06.2026
Avropada istidən ölənlərin sayı artdı
Kahramanmaraşda faciəvi yanğın: 3 nəfər həyatını itirdi
14:42 25.06.2026
Kahramanmaraşda faciəvi yanğın: 3 nəfər həyatını itirdi
Azərbaycanda hərbçilərlə bağlı qərar - Prezident təsdiqlədi
14:40 25.06.2026
Azərbaycanda hərbçilərlə bağlı qərar - Prezident təsdiqlədi
Mütəxəssislər xəbərdarlıq edir: Skoliozun ən kritik dövrü bu yaş arasıdır
14:38 25.06.2026
Mütəxəssislər xəbərdarlıq edir: Skoliozun ən kritik dövrü bu yaş arasıdır
Azərbaycanda Rəqəmsal İstehlak Vərdişləri və Mobil Mikro Maliyyələşmə
14:36 25.06.2026
Azərbaycanda Rəqəmsal İstehlak Vərdişləri və Mobil Mikro Maliyyələşmə
Həşəratların hücumuna məruz qalan aktyor xəstəxanalıq oldu
14:20 25.06.2026
Həşəratların hücumuna məruz qalan aktyor xəstəxanalıq oldu