Əli Əhmədov: “Bu əməllər arxadan vurulan bıçağı xatırladır”

Əli Əhmədov: “Bu əməllər arxadan vurulan bıçağı xatırladır”
SİYASƏT
13:11 15.07.2020
954
"İyul ayının 14-də gecə saatlarında Azərbaycan gənclərinin Ordumuza dəstək məqsədilə çoxminli yürüşü keçirilib. Gənc vətənpərvər insanlarımızın Azərbaycan Ordusuna dəstək yürüşü ordu-xalq birliyinin bariz ifadəsi, əsgərlərimizin Vətənimizin naminə rəşadətlərinin ilham mənbəyi kimi qürurverici hadisədir”.

"Report”un xəbərinə görə, bunu Baş Nazirin müavini, Yeni Azərbaycan Partiyası sədrinin müavini - İcra Katibi Əli Əhmədov "Facebook” səhifəsində yazıb.

Onun sözlərinə görə, bu yürüş həm də erməni quldur ordusuna, bütünlükdə işğalçılara Azərbaycanın gücünü, mətanətini və qətiyyətini nümayiş etdirdi:

"Lakin bəzi məkrli qüvvələrin saf niyyətli vətənpərvər gənclərimizin Ordumuza və əsgərlərimizə mənəvi dəstək yürüşündən öz çirkin məqsədləri üçün istifadə etmək cəhdləri təəssüf doğurmaya bilməz. Yürüşün keçirildiyi bir vaxtda səsləndirilən təhrikçi çağırışlar, ictimai asayişi pozmaq cəhdləri kimlərinsə ölkədə sabitliyə zərbə vurmaq, xalqın birliyi və həmrəyliyinə nifaq salmaq arzusu olub, mahiyyət etibarilə düşmən dəyirmanına su tökməkdən başqa bir şey deyil. Xalqımızın Vətən uğrunda həlak olan qəhrəmanlarını son mənzilə yola saldığı, əsgərlərimizin yağı düşmənlərinin hücumlarının qarşısını alıb onlara sarsıdıcı zərbələr endirdiyi həssas bir zamanda daxili sabitliyi pozmağa cəhd göstərənlərin əməlləri arxadan vurulan bıçağı xatırladır”.

Ə. Əhmədov qeyd edib ki, insanlarımızın xoşniyyətli yürüşündən bəd məqsədlərlə istifadə etmək, qarşıdurma yaratmaq, süni surətdə ictimai narazılıq toxumu səpmək yolu ilə xalqın birliyini pozmaq istəyənlərə ar olsun: "Unutmasınlar ki, Vətənini, Xalqını, Dövlətini, Prezidentini ürəkdən sevən hər bir Azərbaycanlı onlara qarşıdır, onlara nifrət edir. Bu isə on minlər, yüz minlər, milyonlar deməkdir”.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Zelenski Ukraynanın NATO-ya üzvlükdən imtinasının şərtini açıqlayıb
17:54 20.10.2026
Zelenski Ukraynanın NATO-ya üzvlükdən imtinasının şərtini açıqlayıb
“Qarabağ” – “Neftçi” oyununa görə 8700 manatlıq cərimə
17:49 20.10.2026
“Qarabağ” – “Neftçi” oyununa görə 8700 manatlıq cərimə
Bu marşrutlarının hərəkət sxemi dəyişdirildi
17:35 20.10.2026
Bu marşrutlarının hərəkət sxemi dəyişdirildi
Bu yolda hərəkət məhdudlaşdırılacaq
17:32 20.10.2026
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Şagirdlər buraxılış imtahanından niyə narazıdır? – Ekspertdən AÇIQLAMA
17:22 20.10.2026
Şagirdlər buraxılış imtahanından niyə narazıdır? – Ekspertdən AÇIQLAMA
Qışda bu məhsullar bahalaşa bilər – İqtisadçıdan xəbərdarlıq
17:22 20.10.2026
Qışda bu məhsullar bahalaşa bilər – İqtisadçıdan xəbərdarlıq
TƏBİB-lə bağlı qərar büdcəyə necə təsir edəcək - Qənaət, yoxsa əlavə xərc?
17:06 20.10.2026
TƏBİB-lə bağlı qərar büdcəyə necə təsir edəcək - Qənaət, yoxsa əlavə xərc?
Əhliman Əmiraslanov Bişkekdə TÜRKPA-nın iclasında çıxış etdi
16:55 20.10.2026
Əhliman Əmiraslanov Bişkekdə TÜRKPA-nın iclasında çıxış etdi
Fransanın cənub-şərqində güclü yağışlar daşqınlara səbəb oldu
16:52 20.10.2026
Fransanın cənub-şərqində güclü yağışlar daşqınlara səbəb oldu
“375 oturacaqlı qatarda 9 yer fərq yaratmır” – ADY-dən VIP yerlərlə bağlı AÇIQLAMA
16:44 20.10.2026
“375 oturacaqlı qatarda 9 yer fərq yaratmır” – ADY-dən VIP yerlərlə bağlı AÇIQLAMA
20 Oktyabr – Zəngilan şəhəri günü: Tarixi Zəfərin qürur səhifəsi
16:32 20.10.2026
20 Oktyabr – Zəngilan şəhəri günü: Tarixi Zəfərin qürur səhifəsi
Mourinyo: “Arda Gülər oynasaydı, bizə 5 qol vurardılar”
16:28 20.10.2026
Mourinyo: “Arda Gülər oynasaydı, bizə 5 qol vurardılar”
Bakı-Sumqayıt qatarında sıxlıq: Sərnişinlər ayaq üstə, VIP yerlər isə boş – VİDEO
16:25 20.10.2026
Bakı-Sumqayıt qatarında sıxlıq: Sərnişinlər ayaq üstə, VIP yerlər isə boş – VİDEO
Mədəniyyət Nazirliyinin tabeliyində yeni Kompleks yaradılır
16:18 20.10.2026
Mədəniyyət Nazirliyinin tabeliyində yeni Kompleks yaradılır
She’s Next layihəsinin dördüncü dalğası üçün qeydiyyat başladı
16:12 20.10.2026
She’s Next layihəsinin dördüncü dalğası üçün qeydiyyat başladı
Xəyal etdi, inandı, qazandı — “Sürətlə Yeni Mövsümə” lotereyasının "Changan Q07" qalibi danışdı
16:12 20.10.2026
Xəyal etdi, inandı, qazandı — “Sürətlə Yeni Mövsümə” lotereyasının "Changan Q07" qalibi danışdı