Əli Kərimlini bu qədər həbs gözləyir

Əli Kərimlini bu qədər həbs gözləyir
SİYASƏT
16:35 01.12.2025
620
Xəbər verdiyimiz kimi, Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılan AXCP sədri Əli Kərimli həbs edilib.
 
Səbail Rayon Məhkəməsi bu dəqiələrdə qərarını açıqlayıb.

Təqsirləndirilən şəxsin istintaqdan yayınma, şahidlərə təsir etmə ehtimalları nəzərə alınaraq vəsatət əsaslı sayılıb.
Qərara əsasən Əli Kərimli barəsində 2 ay 13 gün həbs qətimkan tədbiri seçilib. O, məhkəmədən birbaşa DTX-nin istintaq təcridxanasına aparılıb.

Əli Kərimliyə yönəldilən ittihamlar ciddi maddələri əhatə etdiyindən, sübutlar təsdiqlənəcəyi təqdirdə onu uzunmüddətli azadlıqdan məhrumetmə cəzası gözləyə bilər. Bəs, ittihamlar sübuta yetiriləcəyi halda, o, neçə il azadlıqdan məhrum oluna bilər? 

AZXEBER.COM-un məlumatıma görə Əli Kərimli haqqında ittihamlar təsdiqlənərsə, onu ömürlük həbs cəzası gözləyə bilər:

Belə ki, əgər sözügedən şəxslərə Cinayət Məcəlləsinin 278.1-ci maddəsi üzrə ittiham irəli sürülmüşdürsə və onlar xüsusilə ağır cinayət kateqoriyasına daxil edilən bu əməldə təqsirli bilinsələr, qanunvericilik 12 ildən 20 ilədək müddətə azadlıqdan məhrum etmə və ya istisna hallarda ömürlük azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur. Həmin maddənin sanksiyası dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsi və ya hakimiyyətin zorla ələ keçirilməsi kimi yüksək ictimai təhlükəlilik dərəcəsinə malik əməllərin qarşısının alınmasına yönəlmişdir və buna görə də dövlət təhlükəsizliyinə qarşı cinayətlərin ən ağır hüquqi nəticələrlə müşayiət olunan qrupuna daxildir.

Eyni zamanda, istintaqın nəticələri, məhkəməyə təqdim olunacaq sübutların xarakteri, təqsirləndirilən şəxslərin davranışı, habelə yüngülləşdirici və ağırlaşdırıcı hallar cəzanın konkret həcminin müəyyən edilməsində mühüm rol oynayır. Hazırkı mərhələdə Əli Kərimli barəsində yalnız ittiham irəli sürülmüş və həbs qətimkan tədbiri seçilmişdir. Onun təqsirinin sübuta yetirilməsi və cəzanın növü barədə yekun qərar yalnız məhkəmənin gələcək hökmü ilə müəyyən olunacaq. Bu mərhələdə hüquqi olaraq qeyd edilə biləcək yeganə məqam odur ki, mövcud ittiham maddəsinin sanksiyası nəzəri baxımdan 12–20 il və ya ömürlük azadlıqdan məhrumetmə kimi geniş cəza diapazonu ehtiva edir.

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Əhməd İsmayılov: Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir
14:56 05.11.2026
Əhməd İsmayılov: Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir
Metroda “Qarabağın Dirçəlişi: Azərbaycan İntibahının Hekayəsi” fotosərgisi keçirilir
14:49 05.11.2026
Metroda “Qarabağın Dirçəlişi: Azərbaycan İntibahının Hekayəsi” fotosərgisi keçirilir
Gürcüstanla bağlı təhlükəli ssenari: Avropa İttifaqı hansı addımı atmağa hazırlaşır?
14:37 05.11.2026
Gürcüstanla bağlı təhlükəli ssenari: Avropa İttifaqı hansı addımı atmağa hazırlaşır?
Daha bir marşrutun avtobusları yenilənir
14:19 05.11.2026
Daha bir marşrutun avtobusları yenilənir
“İşləməyən şəxslər də vəfat edəndə dəfn pulu ödənilsin”
14:08 05.11.2026
“İşləməyən şəxslər də vəfat edəndə dəfn pulu ödənilsin”
Gədəbəyin icra başçısı "Gəncə təndiri"ni ziyarət etdi, tənqid olundu
14:05 05.11.2026
Gədəbəyin icra başçısı "Gəncə təndiri"ni ziyarət etdi, tənqid olundu
Məzuniyyət günlərini pula dəyişmək tarixə qovuşur? - 32 ildə dəyişənlər
14:01 05.11.2026
Məzuniyyət günlərini pula dəyişmək tarixə qovuşur? - 32 ildə dəyişənlər
Siqaret, telefon, avtomobil... – Daha hansı mallara aksiz vergisi ödəyirik?
13:46 05.11.2026
Siqaret, telefon, avtomobil... – Daha hansı mallara aksiz vergisi ödəyirik?
Dünya ölkələri vətəndaşlarına xəbərdarlıq edir - “Hər şey birdən çökə bilər”
13:44 05.11.2026
Dünya ölkələri vətəndaşlarına xəbərdarlıq edir - “Hər şey birdən çökə bilər”
"İsmayıl məqamı" sənədli filmi təqdim olundu - FOTOLAR
13:40 05.11.2026
"İsmayıl məqamı" sənədli filmi təqdim olundu - FOTOLAR
Sosial ödənişlər artır - Bu yeniliklər gözlənilir
13:22 05.11.2026
Sosial ödənişlər artır - Bu yeniliklər gözlənilir
Ərdoğandan Azərbaycana səfəri barədə - Açıqlama
13:19 05.11.2026
Ərdoğandan Azərbaycana səfəri barədə - Açıqlama
Leysan, şimşək, dolu - Sabahın havası
13:14 05.11.2026
Leysan, şimşək, dolu - Sabahın havası
Zelenski: ABŞ yardımı artsa, Putin geri çəkilə bilər
12:59 05.11.2026
Zelenski: ABŞ yardımı artsa, Putin geri çəkilə bilər
Rəcəb Tayyib Ərdoğan Azərbaycana gələcək
12:41 05.11.2026
Rəcəb Tayyib Ərdoğan Azərbaycana gələcək
DTX Biləsuvarda dron vasitəsilə narkotik qaçaqmalçılarını saxladı
12:38 05.11.2026
DTX Biləsuvarda dron vasitəsilə narkotik qaçaqmalçılarını saxladı