Əliyar Ağayev “Espanyol”un matçında

Əliyar Ağayev “Espanyol”un matçında
İDMAN
14:04 21.10.2019
4698
Azərbaycanlı FIFA dərəcəli referi Əliyar Ağayev daha bir beynəlxalq təyinat alıb.
 
AZXEBER.COM xəbər verir ki, UEFA 32 yaşlı hakimə Avropa Liqası oyununu həvalə edib.

Belə ki, Ağayev H qrupu çərçivəsində keçiriləcək "Ludoqorets” – "Espanyol” qarşılaşmasında iş başında olacaq. Razqradda baş tutacaq matçda ona Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcək. Dördüncü hakim funksiyasını isə Orxan Məmmədov yerinə yetirəcək.

Hakimlərimizin işinə fransalı hakim-inspektor Paskal Qaribian qiymət verəcək.

Qeyd edək ki, "Ludoqorets” – "Espanyol” oyunu oktyabrın 24-də "Ludoqorets Arena”da keçiriləcək.
OXŞAR XƏBƏRLƏR