Elton: “Qadınla-kişi arasında söz-söhbət olubsa, günah kişidədir”

Elton: “Qadınla-kişi arasında söz-söhbət olubsa, günah kişidədir”
MAQAZİN
16:33 17.05.2022
541
"Bu gün 10 duet oxunursa, 1-i yaxşı olur. Duetdə mütləq stil, tərz olmalıdır. Səslər bir-birinə yaraşmalıdır. Mahnı başladısa, insanı özü ilə aparmadısa o duet deyil! Tamaşaçı özü gəlib sənə deməlidir ki, bu duetin nə gözəldir?! Ürəyimiz istəyirsə, bir duet oxuyaq. Bu belə olmalı deyil. Onun üçün bəlkə də 10 il gözləməlisən ki, səninlə duet oxuyacaq olan insan doğulub, həyata gəlsin. İnşallah xalq artistləri Flora Kərimova və Brilliant Dadaşova ilə duet oxumaq istəyirəm. İnanıram ki, yaxın günlərdə bunların hazırlıqlarına başlayacağıq”.

Bunu Moderator.az-a açıqlamasında tanınmış müğənni, Əməkdar artist Elton Hüseynəliyev bildirib. O daha sonra sözlərinə əlavə edib.

"Mən-mən” deyən insanlardan qaçıram. Qorxuram həmin insanlardan. Elə insanları Allah da sevmir. İnsan sözünün mənası unutqan deməkdir. İnsan səhvini başa düşürsə o peşman olur. Peşmanlıq insanlıq deməkdir. Amma o peşmanlığı düzəltmək şərtilə. Bir nəfərin xətrinə deyəndə, gəlib üzr istəmək yerinə, deyirlər ki, gəl halallaşaq. Hər zaman çalışmışam ki, xətrinə dəydiyim insandan üzr istəyim. Biri var süni olasan, sünilik yaxşı xüsusiyyət deyil. Süni insanlar heç vaxt heç kimin xətrinə də dəyməz, üzr də istəməz. Mən düşünürəm ki, qadınla-kişi arasında söz-söhbət olubsa, orada bütün günahlar kişidədir. Baxış, münasibət belə olmalıdır. Çünki xanımlar bizim başımızın tacıdır”, - deyə Əməkdar artist bildirib.

O daha sonra ən pis xasiyyətindən danışıb.

"Hər yerə gecikirəm, bu xasiyyətim məndən asılı deyil. Bunu hamı bilir, hamı deyir. Özüm də etiraf edirəm. Elə yerlər var ki, ora gecikmək olmaz, amma dostum, yaxın adamım gözləyəndə məndə arxayınlıq yaranır. Hər yerə vaxtı-vaxtında çatmaq lazımdır. Amma bu hələ ki, mümkün deyil. Nə qədər geciksəm də, işlərimi çatdıra bilirəm”, - deyə Elton Hüseynəliyev bildirib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Fazil Mustafa: “Əmək hüquqlarını qorumaq istəyərkən sahibkarlar da çətinlik çəkir”
14:47 02.11.2026
Fazil Mustafa: “Əmək hüquqlarını qorumaq istəyərkən sahibkarlar da çətinlik çəkir”
Pezeşkiana çağırış edən QHT rəhbərləri danışdı: “Azərbaycanlı uşaqlar öz dilində oxusun”
14:32 02.11.2026
Pezeşkiana çağırış edən QHT rəhbərləri danışdı: “Azərbaycanlı uşaqlar öz dilində oxusun”
Azərbaycanda bu sürücülər də imtahan verəcək
14:09 02.11.2026
Azərbaycanda bu sürücülər də imtahan verəcək
“Türkiyə-Azərbaycan münasibətlərini korlamağa çalışırlar” - Deputat
13:46 02.11.2026
“Türkiyə-Azərbaycan münasibətlərini korlamağa çalışırlar” - Deputat
Ceyranbatan gölündə meyit tapılması xəbəri ilə bağlı RƏSMİ AÇIQLAMA
13:46 02.11.2026
Ceyranbatan gölündə meyit tapılması xəbəri ilə bağlı RƏSMİ AÇIQLAMA
İki ölkədə işləyənlərin pensiyası necə hesablanacaq? – Deputatdan AÇIQLAMA
13:38 02.11.2026
İki ölkədə işləyənlərin pensiyası necə hesablanacaq? – Deputatdan AÇIQLAMA
Şoyqu: Qərbin müstəmləkə gücləri öz-özünə dağılır
13:36 02.11.2026
Şoyqu: Qərbin müstəmləkə gücləri öz-özünə dağılır
Krediti olub işsiz qalanlara ŞAD XƏBƏR – Borcu belə ödəyə biləcəklər
13:30 02.11.2026
Krediti olub işsiz qalanlara ŞAD XƏBƏR – Borcu belə ödəyə biləcəklər
Kreml: Zelenski zəng edərsə, Putin telefonuna cavab verəcək
13:18 02.11.2026
Kreml: Zelenski zəng edərsə, Putin telefonuna cavab verəcək
Azərbaycan QHT-ləri İranın Azərbaycandakı Səfirliyinə imzaladıqları açıq məktubu təqdim edib
13:14 02.11.2026
Azərbaycan QHT-ləri İranın Azərbaycandakı Səfirliyinə imzaladıqları açıq məktubu təqdim edib
“Jurnalistlər Ekstremal Şəraitdə” İB-dən REAL TV və APA əməkdaşlarına qarşı təzyiqlərlə bağlı AÇIQLAMA
12:59 02.11.2026
“Jurnalistlər Ekstremal Şəraitdə” İB-dən REAL TV və APA əməkdaşlarına qarşı təzyiqlərlə bağlı AÇIQLAMA
Ərdoğan İlham Əliyevi və xalqı Azərbaycan səmasından təbrik etdi - VİDEO
12:48 02.11.2026
Ərdoğan İlham Əliyevi və xalqı Azərbaycan səmasından təbrik etdi - VİDEO
Özəl məktəblərdə də vahid məktəbli geyimi tətbiq olunacaq? - AÇIQLAMA
12:37 02.11.2026
Özəl məktəblərdə də vahid məktəbli geyimi tətbiq olunacaq? - AÇIQLAMA
Noyabrda ardıcıl 4 gün iş olmayacaq
12:35 02.11.2026
Noyabrda ardıcıl 4 gün iş olmayacaq
“Cəmiyyət səhv edir, Sahibə xanım haqlı idi”
12:31 02.11.2026
“Cəmiyyət səhv edir, Sahibə xanım haqlı idi”
Paşinyan: Ermənistan TRIPP layihəsinin icrasına faktiki olaraq başlayıb
12:26 02.11.2026
Paşinyan: Ermənistan TRIPP layihəsinin icrasına faktiki olaraq başlayıb