Elza Seyidcahanın şeiri Kərkükdə dərc olundu: “Təyyarə ilə ora gedib, solo konsert verəcəm”

Elza Seyidcahanın şeiri Kərkükdə dərc olundu: “Təyyarə ilə ora gedib, solo konsert verəcəm”
MAQAZİN
20:07 17.09.2026
64
Əməkdar artist, bəstəkar-müğənni Elza Seyidcahan "Cənnət əhli” adlı şeiri İraq türkmənlərinin "Kərkük” qəzetində dərc olunub.

Məsələ ilə bağlı Musavat.com-a danışan Elza Seyidcahan şeirinin Kərkükdə yayımlanmasının onun üçün gözlənilməz olduğunu deyib:

"Mənim də xəbərim yox idi. Qəzetin şəklini göndərdilər ki, şeirim "Kərkük” qəzetində dərc olunub. Şeirim tərcümə ilə verildiyindən bəzi sözlər ixtisar olunub. Amma mən yenə də İraq türklərinin müstəqil siyasi qəzeti olan "Kərkük” qəzetinə təşəkkürümü bildirirəm. Çox sağ olsunlar! Bundan sonra daha məsuliyyətlə, öz yolumu saxlamaq şərtilə daha çox çalışacam. Çünki bizim ədəbiyyatımız çox zəngindir, çox sayda dahilərimiz var. Əsas odur ki, insan özünü tapsın. Mən uşaqlıadan şeiriyyət, ədəbiyyat aşiqiyəm. Yəni, şairanə qız olmuşam, şairanə danışmışam və böyüyərək də bunu püxtələşdirmişəm.

Oxuculara təşəkkürümü bildirirəm, bütün oxuculara ki, mənim poeziyamı, mənim qələmimdən süzülən kəlmələri, sözləri sevirlər, müzakirə edirlər, təhlil edirlər. Hətta nəzirələr yazırlar, tamaşalar hazırlayırlar, müzikllar, obrazlar hazırlayırlar. Bu məni çox sevindirir”.

Əməkdar artist Kərkükə getmək və orada öz yaradıcılığını təqdim etmək arzusunu da açıqlayıb. Elza Seyidcahanın sözlərinə görə, gələcəkdə Kərkükdə solo konsert vermək istəyir:

"O gün olsun ki, təyyarə ilə Kərkükə konsertə gedim. Solo konsertimdə həm mahnılarımı, həm də şeirlərimi orada səsləndirmək arzusuna nail olum”.
OXŞAR XƏBƏRLƏR