Ərdoğan: "Qərb ölkələri erməni terroruna münasibət bildirmirlər"

Ərdoğan: "Qərb ölkələri erməni terroruna münasibət bildirmirlər"
DÜNYA
14:25 05.11.2019
4916

"Ötən il Türkiyə lirəsinin məzənnəsinə güclü hücum olmasına baxmayaraq, milli gəlirimizi 790 milyard dollar səviyyəsində saxlamağı bacardıq”.

"Report” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sədri olduğu hakim Ədalət və İnkişaf Partiyasının Böyük Millət Məclisindəki fraksiyasının genişləndirilmiş toplantısında bildirib.

"Ölkəmizi digər sahələrlə yanaşı, iqtisadiyyatı da irəliyə apardıq. 2003-2018-ci illər arasında iqtisadiyyatımızı orta hesabla 5,6 faiz böyütmüşük. İxracata görə dünyanın 13-cü ən böyük iqtisadiyyatına malikik. Türkiyə hazırda iqtisadiyyatı inkişaf etmiş 20 ölkə arasındadır. 

Hakimiyyətimiz dövründə 9 milyon insanı yeni işlə təmin etdik və məşğulluq rəqəmini 29 milyona çatdırdıq. İxracatımızı 36 milyard dollardan 171 milyard dollara qədər artıraraq, ümumi ticarətin həcmini 180 milyard dollara çatdırdıq. Tariximizdə ilk dəfə olaraq cari balansımız 5 milyard dollar civarında profisit verdi. Bu cari tarazılıq problemini terrorizmlə mübarizə qədər kritik bir yaşamaq problemi olaraq görürük. Ona görə də bu məsələdə qətiyyətli mövqeyimizi sona qədər davam etdirəcəyik”, - Ərdoğan vurğulayıb.

R.T.Ərdoğan Türkiyənin terrorçuluğa qarşı apardığı mübarizəyə də toxunub. O deyib ki, bütün terrorçuları məhv edənədək əməliyyatları dayandırmayacağıq: "Heç kim bizdən bunu dayandıracağımızı gözləməsin. ASALA terror qruplaşması bizim 40-dan çox diplomatımızı qətlə yetirib. Ancaq ABŞ və Qərb erməni terroruna münasibət bildirmədi. Suriya ərazisindən Türkiyəyə terror təhlükəsi yaranan zaman bütün dünyandan, o cümlədən G-20-dən (inkişaf etməkdə olan 20 ölkə) yardım istədik. Zahirdə bunu hamı müsbət qarşıladı, ancaq əməldə heç kim kömək etmədi. Ölkəmizə gətirdiyimiz "Patriot”u söküb geri apardılar. Onlar ölkəmizin təhlükəsizliyini və bizi təhdid edənlərin yanında durdular”.

R.T.Ərdoğan Türkiyənin terrora qarşı mübarizə aparıb, ən çox itkilər verən dövlət olduğunu vurğulayaraq, bu istiqamətdə uğurlar əldə etdiklərini deyib: "On minlərlə günahsız vətəndaşımız və məmurumuz terrorçular tərəfindən qətlə yetirilib. Diyabakırdakı əyalət təşkilatını niyə tərk etdiniz? Niyə oradakı analarla görüşmədiniz? Çünki işinizə yaramır. Siz ikiüzlü də deyil, çoxüzlüsünüz. 

Əsgərimizi geri çəkirik dedilər. Çəkdilərmi? Xeyir! Noyabrın 4-də hökumətin toplantısına biz mövqeyimizi qəti şəkildə ifadə etdik. Bunlar onsuz da İŞİD-lə bərabər hərəkət edirlər. Biz isə 3 min İŞİD terrorçusunu məhv etdik. 

Bizə adi bir tapançanın satışını belə əngəllədilər. Madam ki, strateji müttəfiqik, bizə qarşı niyə belə hərəkət edirsiniz? Hava hücumundan müdafiə sistemini bizə satmadılar. Gedib, Rusiyadan "S-400" Zenit-Raket Kompleksi aldıq. "F-35" layihəsindən bizi sıxışdırmaq istəyirlər. Bunun da alternativi var. Təki pulun olsun. Bu da azmış kimi indi də tarixlə bizə təzyiqlər edirlər. Bütün bunlara baxmayaraq, "Barış pınar"ı əməliyyatını davam etdiririk. Parlamentlərində heç bir hüquq əsası olmayan qərarlar qəbul edirər. Qəzetlərində Türkiyəyə qarşı yazılar yazırlar. PKK/YPG-PYD terrorçu kimi qəbul edilməyənədək əməliiyat davam edəcək. İndi İŞİD-i özləri yaratdıqlarını etiraf edirlər".

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Liviyada təhlükəsizlik qurumunun azı 9 əməkdaşı ölüb
18:29 19.10.2026
Liviyada təhlükəsizlik qurumunun azı 9 əməkdaşı ölüb
Baş Prokurorluq 7 nəfəri beynəlxalq axtarışa verdi
18:25 19.10.2026
Baş Prokurorluq 7 nəfəri beynəlxalq axtarışa verdi
Nəsrin Cavadzadə Türkiyədə onu təhqir edənləri məhkəməyə verdi
18:24 19.10.2026
Nəsrin Cavadzadə Türkiyədə onu təhqir edənləri məhkəməyə verdi
Rəsmi Moskva: Avropadakı iğtişaşlar xaosa doğru gedir
18:13 19.10.2026
Rəsmi Moskva: Avropadakı iğtişaşlar xaosa doğru gedir
Qazaxda 88 yaşlı qadının meyiti tapılıb
17:53 19.10.2026
Qazaxda 88 yaşlı qadının meyiti tapılıb
Həsən Zeynalov Ehtiram Quliyevin yerinə keçəcəyi ilə bağlı iddialara CAVAB VERDİ
17:48 19.10.2026
Həsən Zeynalov Ehtiram Quliyevin yerinə keçəcəyi ilə bağlı iddialara CAVAB VERDİ
DTX Masazırda avtomobillərin yandırılmasını təşkil edən şəxsi xaricdə saxladı
17:37 19.10.2026
DTX Masazırda avtomobillərin yandırılmasını təşkil edən şəxsi xaricdə saxladı
“Turan”ın prezidenti kişi voleyboluna üstünlük verməməsinin səbəbini açıqladı
17:35 19.10.2026
“Turan”ın prezidenti kişi voleyboluna üstünlük verməməsinin səbəbini açıqladı
“Turan” Çempionlar Liqasında tarix yazmağa hazırlaşır – Prezidentdən açıqlama
17:27 19.10.2026
“Turan” Çempionlar Liqasında tarix yazmağa hazırlaşır – Prezidentdən açıqlama
Novo Azərbaycanın “Az Çəki, Çox Həyat” kampaniyası çərçivəsində keçirilən aktivliyi uğurla yekunlaşıb
17:15 19.10.2026
Novo Azərbaycanın “Az Çəki, Çox Həyat” kampaniyası çərçivəsində keçirilən aktivliyi uğurla yekunlaşıb
Mətbuat Şurası Türkiyə mediasında Azərbaycana qarşı aparılan qərəzli kampaniya barədə bəyanat yaydı
17:15 19.10.2026
Mətbuat Şurası Türkiyə mediasında Azərbaycana qarşı aparılan qərəzli kampaniya barədə bəyanat yaydı
Tovuzda tarixi qarşılaşmaya hazırlıq: İdman kompleksi yeniləndi - FOTOLAR
17:11 19.10.2026
Tovuzda tarixi qarşılaşmaya hazırlıq: İdman kompleksi yeniləndi - FOTOLAR
“Falçılıq” adı altında dələduzluq edən şəxs saxlanılıb
16:55 19.10.2026
“Falçılıq” adı altında dələduzluq edən şəxs saxlanılıb
Yoluxucu xəstəliklərlə bağlı həyəcan: Mütəxəssislərdən vacib xəbərdarlıq
16:43 19.10.2026
Yoluxucu xəstəliklərlə bağlı həyəcan: Mütəxəssislərdən vacib xəbərdarlıq
Məktəblilər üçün beynəlxalq informatika müsabiqəsinə qeydiyyat başladı
16:38 19.10.2026
Məktəblilər üçün beynəlxalq informatika müsabiqəsinə qeydiyyat başladı
Xaricdən maşın gətirmək əvvəlki kimi asan deyil – Ekspertdən AÇIQLAMA
16:38 19.10.2026
Xaricdən maşın gətirmək əvvəlki kimi asan deyil – Ekspertdən AÇIQLAMA