Ətin qiyməti niyə artıb? - ŞƏRH

Ətin qiyməti niyə artıb? - ŞƏRH
İQTİSADİYYAT
11:57 22.02.2023
976
Azərbaycanın bölgələrində ətin bir kiloqramı 12-13 manatdan 14-15 manata qalxıb. Qeyd edilir ki, bazarlarda mal və quzu ətinin qiymətində 1-2 manat artım var. Bildirilir ki, səbəb fermerlərin diri satılan mal-qaranı baha qiymətə təqdim etməsidir.

İqtisadçı-ekspert Akif Nəsirli AZXEBER.COM-a açıqlamasında ətin qiymətinin səbəblərindən danışıb.

O qeyd ki, ətin qiymətinin bahalaşmasında maya dəyəri ilə bağlı səbəblər var:

"Ətin qiymətinin bahalaşmasının həm ümumi, həm də bir başa bu sektorun özü ilə bağlı səbəbləri var. Yəni ətin birbaşa maya dəyəri ilə bağlı səbəblər var. Ümumi səbəb ondan ibarətdir ki, bazarda ümumi qiymətlərdə artım var. Yanvar ayı ərzində ərzaq məhsullarının qiyməti də artıb. Bu qiymət artımı fonunda ətin qiymətinin sabit qalması mümkün deyil.

Çünki ət satan da bizim alver etdiyimiz bazarlarda, marketlərdə öz ailəsi üçün, biznesi üçün alış-veriş edir. Bu, onun yaşayış və biznes xərclərini artırır. Ona görə də, o da məcburdur ki, ətin qiymətini bahalaşdırsın. Yəni ətin maya dəyərinə ümumi bazarın təsiri altında təzyiq var”. 

Ekspert qeyd edib ki, qış fəslində otun qiymətinin artması da ətin qiymətinə təsir edib:

"Digər tərəfdən, indi qış fəslidir, ötən ilin yayında ot tədarükü azalıb.  Otun ən məhsuldar biçini olan birinci biçin 40-50 faiz itkiyə gedib, ziyanvericilərin hücumuna məruz qalıb. 100 faiz birinci biçini götürsək, onun bütün illərdə olduğunun 60 faizi həcmində fermerlər ot tədarükü edə biliblər. Bu da birinci biçin dövründə bir kip otun 5 manata qədər bahalaşması ilə müşahidə olundu. Növbəti biçinlər bunu bir qədər konpensasiya etdi və bir kipin qiyməti 3-4 minat civarında sabitləşdi. Hazırda yonca kipinin qiyməti 7-8 manatdır. Yəni bu yaydakından iki dəfədən də çox baha qiymətdir və ətin qiymətinə təsir edir”. 

"Ümumiləşdirsək, ətin qiymətinin bahalaşmasına təsir edən amil bazardakı ümumi bahalaşmadır, bir də birbaşa ətin maya dəyərinə təsir edən otun, yemin bahalaşmasıdır. O ki qaldı yazda yeni mövsüm başlayanda ucuzlaşmasına, mən düşünmürəm ki, yazda və ya yayda ətin uzuclaşsın. Çünki qeyd edilənlərin fonunda ətin qiymətinin yenidən ucuzlaşmasını gözləmək lazım deyil”, - deyə A.Nəsirli əlavə edib.

Aydın Nuri
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Moskva Tokiodan ABŞ raket sistemlərini çıxarmağı tələb etdi
19:11 18.09.2026
Moskva Tokiodan ABŞ raket sistemlərini çıxarmağı tələb etdi
Fitso xəstəlik səbəbindən Ukraynaya səfərini ləğv edib
18:54 18.09.2026
Fitso xəstəlik səbəbindən Ukraynaya səfərini ləğv edib
Aİ-nin Qırmızı dənizdəki missiyasının xəbərdarlıq səviyyəsi yüksəldilib
18:39 18.09.2026
Aİ-nin Qırmızı dənizdəki missiyasının xəbərdarlıq səviyyəsi yüksəldilib
Ukrayna Avropa İttifaqının 3.3 milyard avroluq maliyyə paketini əldə edib
18:23 18.09.2026
Ukrayna Avropa İttifaqının 3.3 milyard avroluq maliyyə paketini əldə edib
İspaniya millisinin Millətlər Liqası üçün heyəti açıqlanıb
18:12 18.09.2026
İspaniya millisinin Millətlər Liqası üçün heyəti açıqlanıb
Sentyabrın 21-dək bunu etməyənlər cərimələnəcək
17:54 18.09.2026
Sentyabrın 21-dək bunu etməyənlər cərimələnəcək
Makronun həyat yoldaşı ilə bağlı məhkəmədə bəraət qazanan jurnalist vəfat etdi
17:43 18.09.2026
Makronun həyat yoldaşı ilə bağlı məhkəmədə bəraət qazanan jurnalist vəfat etdi
AZAL “Mərkəzi Asiya və MDB-nin ən yaxşı regional aviaşirkəti” adına layiq görüldü
17:39 18.09.2026
AZAL “Mərkəzi Asiya və MDB-nin ən yaxşı regional aviaşirkəti” adına layiq görüldü
“Qarabağ” və “Neftçi” oynayır: Favoritlər kimlərdir?
17:28 18.09.2026
“Qarabağ” və “Neftçi” oynayır: Favoritlər kimlərdir?
Rabitəbank 32-ci filialını Bakıxanovda açdı - FOTOLAR
17:19 18.09.2026
Rabitəbank 32-ci filialını Bakıxanovda açdı - FOTOLAR
Marsol Group və TESİAD üzvləri arasında B2B görüş keçirildi - FOTOLAR
17:12 18.09.2026
Marsol Group və TESİAD üzvləri arasında B2B görüş keçirildi - FOTOLAR
Elm ocağı ikinci evdirsə, səhv edən tələbəyə niyə qapı göstərildi? - Şahanə Ziyad yazır
17:08 18.09.2026
Elm ocağı ikinci evdirsə, səhv edən tələbəyə niyə qapı göstərildi? - Şahanə Ziyad yazır
Bəzi ərazilərdə sel və daşqın gözlənilir - Xəbərdarlıq
16:55 18.09.2026
Bəzi ərazilərdə sel və daşqın gözlənilir - Xəbərdarlıq
ABŞ İran liderlərinə viza verdi – Bu münasibətlərə təsir edəcək?
16:47 18.09.2026
ABŞ İran liderlərinə viza verdi – Bu münasibətlərə təsir edəcək?
Trendyol və Temu bağlamaları gömrükdə gecikir? – RƏSMİ AÇIQLAMA
16:38 18.09.2026
Trendyol və Temu bağlamaları gömrükdə gecikir? – RƏSMİ AÇIQLAMA
30 ildən sonra doğma torpaqlara dönüş: Böyük Qayıdış necə başladı?
16:31 18.09.2026
30 ildən sonra doğma torpaqlara dönüş: Böyük Qayıdış necə başladı?