"Eurovision-2012" ilə bağlı promo-videolar üçün seçimin ilk turu başa çatdı

MƏDƏNİYYƏT
12:30 07.01.2012
3087
Bakı Biznes Mərkəzində “Eurovision Mahnı Müsabiqəsi-2012” ilə bağlı Azərbaycanın tanıtım video çarxlarının çəkilişləri üçün keçirilən seçimlərdə (kastinq) müxtəlif yaş kateqoriyasından olan 388 nəfər iştirak edib. AZXEBER.COM-un İTV-yə istinadən verdiyi xəbərə görə, seçimlərə saat 10.00-da start verilib və 20.00-dək fasiləsiz keçirilib.Hər bir iştirakçının “Eurovision Song Contest Bakı-2012” yazılmış plakatın qarşısında fotoları çəkilib. Seçimin nəticələri əsasında iştirakçılar ikinci mərhələyə dəvət olunacaq. İkinci mərhələ barədə əvvəlcədən məlumat veriləcək.

OXŞAR XƏBƏRLƏR