“Facebook”un servisləri vasitəsilə qoruq torpaqları satışına son qoyulur

MEDİA
21:10 11.10.2021
135
"Facebook” şirkəti öz platformları, həmçinin "WhatsApp” və "Instagram” vasitəsilə qoruq torpaqları alverinə son qoymaq üçün tədbir görəcək.

AZXEBER.COM xəbər verir ki, şirkətin verdiyi açıqlamada "Facebook Marketplace” platformunda yerləşdirilən elanların bundan belə ciddi yoxlanılacağı, qoruq torpaqların adına rast gəlindiyi halda belə elanların silinəcəyi bildirilir.

Qeyd edək ki, bu ilin fevral ayında BBC tərəfindən aparılmış araşdırma zamanı adıçəkilən platform vasitəsilə Amazon çayı hövzəsində qorunan tropik meşələrdə geniş torpaq sahələrinin qanunsuz satıldığı üzə çıxmışdı.

OXŞAR XƏBƏRLƏR