Fərid Şahbazlı: “Azərbaycanlı jurnalistlər münaqişə zonasında peşə borclarını yerinə yetirərkən həyatlarını itiriblər”

Fərid Şahbazlı: “Azərbaycanlı jurnalistlər münaqişə zonasında peşə borclarını yerinə yetirərkən həyatlarını itiriblər”
SİYASƏT
19:23 10.10.2025
1065
Polşanın paytaxtı Varşava şəhərində ATƏT-in Demokratik İnstitutlar və İnsan Haqları Ofisinin təşkil etdiyi İnsani Dəyərlərin Tətbiqi üzrə İllik Toplantı öz işini davam etdirir.

Tədbirdə ATƏT-ə üzv olan 57 ölkənin nümayəndələri – səfirlər, diplomatlar, beynəlxalq təşkilatların rəhbərləri, habelə hüquq müdafiəçiləri və ictimai-siyasi fəallar iştirak edirlər.

Növbəti müzakirələr "İfadə azadlığı və jurnalistlərin təhlükəsizliyi” mövzusunda baş tutub. Sessiyada çıxış edən "İslahatçı Gənclər” İctimai Birliyinin sədri, Editor.az İnformasiya Portalının baş redaktoru Fərid Şahbazlı media azadlığı, jurnalistlərin təhlükəsizliyi və dezinformasiyaya qarşı mübarizənin beynəlxalq gündəmdə ən aktual məsələlərdən biri olduğunu bildirib.

Fərid Şahbazlı deyib ki, son illərdə Azərbaycan mediası dərin transformasiya mərhələsini yaşayır. Dövlət səviyyəsində aparılan islahatlar nəticəsində medianın müasir çağırışlara cavab verən yeni hüquqi bazası formalaşdırılıb. Media subyektlərinin şəffaf qeydiyyatı, jurnalistlərin sosial müdafiəsi və rəqəmsallaşma istiqamətində mühüm addımlar atılıb.

Baş redaktor bildirib ki, 30 il müddətində Azərbaycan torpaqları Ermənistanın işğalı altında olub. O vurğulayıb ki, həm Birinci Qarabağ müharibəsi, həm də Vətən müharibəsi zamanı azərbaycanlı jurnalistlər münaqişənin qurbanı olaraq həyatlarını itiriblər. Onlar informasiya cəbhəsində öz peşə borclarını yerinə yetirərkən şəhid olublar. Bu fakt münaqişə zonalarında jurnalist təhlükəsizliyinin nə qədər həssas məsələ olduğunu bir daha göstərir.

Fərid Şahbazlı bildirib ki, Azərbaycan dövləti postmünaqişə dövründə bu istiqamətdə yeni mexanizmlər yaradıb. İşğaldan azad edilmiş ərazilərdə media nümayəndələrinin təhlükəsiz fəaliyyətinə şərait yaradılır, mina təmizlənməsi və risk qiymətləndirməsi proseslərinə media qurumları da cəlb olunur.

Onun sözlərinə görə, eyni zamanda ölkəmiz dezinformasiya kampaniyalarının hədəfində qalır. Sosial şəbəkələr və bəzi xarici media orqanları Azərbaycanla bağlı reallığı ciddi şəkildə təhrif edir. ATƏT əslində ölkələrə təzyiq məqsədi daşıyan bu cür informasiya hücumlarına qarşı effektiv müdafiə mexanizmləri qurmalı, üzv ölkələrə dəstək göstərməlidir.

"Biz inanırıq ki, jurnalistlərin təhlükəsizliyi və saxta xəbərlərlə mübarizə milli deyil, beynəlxalq məsələdir. ATƏT çərçivəsində bu istiqamətdə birgə fəaliyyət və təcrübə mübadiləsi xüsusi əhəmiyyət daşıyır,” – deyə Fərid Şahbazlı çıxışının sonunda qeyd edib.

 

 

 

 



//Editor.az
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Avropa İttifaqı Rusiyaya qarşı 21-ci sanksiya paketini təqdim etdi
18:37 09.06.2026
Avropa İttifaqı Rusiyaya qarşı 21-ci sanksiya paketini təqdim etdi
Aybəniz Haşımovanın paylaşımı sevənlərini qorxutdu - FOTO
18:21 09.06.2026
Aybəniz Haşımovanın paylaşımı sevənlərini qorxutdu - FOTO
“Turan Tovuz” kapitanı ilə yollarını ayırdı
18:10 09.06.2026
“Turan Tovuz” kapitanı ilə yollarını ayırdı
SİMA platformasının istifadəçi bazası 7 milyona yaxınlaşıb
17:56 09.06.2026
SİMA platformasının istifadəçi bazası 7 milyona yaxınlaşıb
“Azərlotereya” və Liv Bona Dea Hospitalı qadın sağlamlığı mövzusunda görüş təşkil etdi - FOTOLAR
17:47 09.06.2026
“Azərlotereya” və Liv Bona Dea Hospitalı qadın sağlamlığı mövzusunda görüş təşkil etdi - FOTOLAR
Pensiya və maaşları istənilən bankdan ala biləcəyik
17:35 09.06.2026
Pensiya və maaşları istənilən bankdan ala biləcəyik
DİN-dən əməliyyat - 72 kq narkotik vasitə dövriyyədən çıxarıldı
17:25 09.06.2026
DİN-dən əməliyyat - 72 kq narkotik vasitə dövriyyədən çıxarıldı
Azərbaycanda “şortik” problemi niyə bitmir? - Sosioloqdan açıqlama
17:10 09.06.2026
Azərbaycanda “şortik” problemi niyə bitmir? - Sosioloqdan açıqlama
“Rəqəmsal məktəb”də şagirdlər üçün rəqəmsal tədris köməkçisi istifadəyə verilib
16:43 09.06.2026
“Rəqəmsal məktəb”də şagirdlər üçün rəqəmsal tədris köməkçisi istifadəyə verilib
İcbari tibbi sığorta çərçivəsində sümük iliyinin transplantasiyasının limiti artırıldı
16:40 09.06.2026
İcbari tibbi sığorta çərçivəsində sümük iliyinin transplantasiyasının limiti artırıldı
Sağlam ürək üçün rasionunuza əlavə etməli olduğunuz qidalar - SİYAHI
16:20 09.06.2026
Sağlam ürək üçün rasionunuza əlavə etməli olduğunuz qidalar - SİYAHI
Bu şəxslərə 600 manat verilir – Əlavə güzəştlər də var
16:11 09.06.2026
Bu şəxslərə 600 manat verilir – Əlavə güzəştlər də var
Ceyhun Salmanovun məhkəməsi: Tarix açıqlandı
16:08 09.06.2026
Ceyhun Salmanovun məhkəməsi: Tarix açıqlandı
Azercell müştəri məmnuniyyəti üzrə beynəlxalq sertifikasiyasını yenilədi
15:49 09.06.2026
Azercell müştəri məmnuniyyəti üzrə beynəlxalq sertifikasiyasını yenilədi
Masallıda 7 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
15:21 09.06.2026
Masallıda 7 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
Hikmət Hacıyev: "Azərbaycanda mina qurbanlarının sayı 3500 nəfəri keçib"
15:06 09.06.2026
Hikmət Hacıyev: "Azərbaycanda mina qurbanlarının sayı 3500 nəfəri keçib"