Fərid Şahbazlı ATƏT-in İllik Toplantısında Azərbaycanda medianın vəziyyətindən danışıb

GƏNCLİK
18:03 17.09.2019
5251
Polşanın paytaxtı Varşava şəhərində ATƏT-in Demokratik İnstitutlar və İnsan Haqları Ofisinin təşkil etdiyi İnsani Dəyərlərin Tətbiqi üzrə İllik Toplantısı öz işini davam etdirir. Tədbirdə ATƏT üzvü olan 57 ölkənin nümayəndələri – səfirlər, diplomatlar, beynəlxalq təşkilatların rəhbərləri, habelə hüquq müdafiəçiləri və ictimai-siyasi fəallar iştirak edirlər.

Növbəti müzakirələr "İfadə azadlığı, azad media və informasiya” mövzusunda baş tutub. Müzakirələrdə çıxış edən "İslahatçı Gənclər” İctimai Birliyinin(İGİB) sədri Fərid Şahbazlı deyib ki, bütün digər ölkələr kimi Azərbaycan üçün də ölkədə söz və mətbuat azadlığının təmin edilməsi, jurnalistlərin fəaliyyəti üçün lazimi imkanları yaradılması məsələsi çox mühümdür.

F. Şahbazlı bildirib ki, Azərbaycanda söz və mətbuat azadlığının təmin edilməsi, internet medianın azad fəaliyyəti üçün geniş imkanlar yaradılıb. O qeyd edib ki, Azərbaycanda rəsmi qeydiyyatdan keçmiş KİV-lərin ümumi sayına görə, ölkəmiz MDB və Şərqi Avropa ölkələri arasında birincilər sırasındadır: "Azərbaycanda transmilli media qurumlarının ölkə ərazisində verilişlərinin yayılmasında heç bir problem yoxdur, eyni zamanda vətəndaşların sosial şəbəkələrdən sərbəst formada istifadə edir. Hazırda 10 milyon əhalisi olan Azərbaycanda sosial şəbəkə istifadəçilərin sayı 3 milyondan artıqdır”.

Fərid Şahbazlı toplantıda səslənən ittihamlara cavab olaraq bildirib ki, Azərbaycanda heç bir jurnalist yazısına görə, həbs edilməyib: "Burada adı hallanan şəxslər konkret fakt üzrə təqsirli bilinərək həbs olunublar. Zaman zaman ölkə Prezidenti humanizm prinsiplərinə əsaslanaraq, əfv fərmanları və amnistiya aktları ilə onları azadlığa buraxıb.
Bundan başqa ayrı-ayrı cinayət işləri ilə əlaqədar aparılan istintaqla bağlı olaraq ölkədən çıxışına məhdudiyyət qoyulan bir sıra jurnalistlərin araşdırmalar bitdikdən sonra bu məhdudiyyəti aradan qaldırılıb.

Bu baxımdan burada Azərbaycanın ünvanına səslənən ittihamları qərəzli hesab edir və ölkəmizə qarşı münasibətdə ədalətli yanaşma göstərilməsini xahiş edirəm”.

Qeyd edək ki, "İslahatçı Gənclər” İctimai Birliyinin İllik Toplantıda iştirakına Gənclər və İdman Nazirliyi dəstək verib.
 

 

 

 


OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

23:38 13.07.2020

Qənirə Paşayeva cəbhədəki gərginlikdən yazdı: "Diplomatik uğurlarımız Ermənistanı ciddi narahat edir"

23:12 13.07.2020

TƏBİB koronavirusla bağlı son məlumatı açıqladı

22:41 13.07.2020

Ukrayna XİN: “Münaqişə Azərbaycanın sərhədləri çərçivəsində həll olunmalıdır” - BƏYANAT

22:35 13.07.2020

Çavuşoğlu: “Can Azərbaycana canımız fəda” - VİDEO

22:13 13.07.2020

Gənclərin koronavirusa daha həssas olduğu üzə çıxdı

21:24 13.07.2020

Ermənilərin 20 nəfərdən çox şəxsi heyəti darmadağın edildi - VİDEO

20:37 13.07.2020

Ermənilərin atdığı top mərmisi bu evə düşüb

19:53 13.07.2020

Yuxarı Ağcakəndə güclü leysan yağıb, təsərrüfata və əhaliyə ziyan dəyib - VİDEO

19:47 13.07.2020

ATƏT Minsk qrupu həmsədrləri: Qarabağda gərginləşməyə yol vermək olmaz

19:31 13.07.2020

XİN: “Ermənistanın törətdiyi təxribat yeni bir aqressiya, təcavüz aktıdır” - VİDEO

19:17 13.07.2020

Gürcüstan prezidenti Azərbaycan-Ermənistan sərhədindəki gərginliklə bağlı bəyanat yaydı

18:35 13.07.2020

Ermənilər Dondar Quşçu kəndini top atəşinə tutublar - RƏSMİ

18:27 13.07.2020

"Ermənistan bu təxribatlarla işğalçı və təcavüzkar siyasətinin məsuliyyətini üzərindən atmağa cəhd edir"

18:25 13.07.2020

"Azərbaycan tərəfi mülki əhalini atəşə tutmur"- Rəsmi

17:59 13.07.2020

Rəhim Qazıyev saxlanıldı və barəsində cinayət işi başlanıldı

17:50 13.07.2020

Sergey Lavrov Azərbaycan və Ermənistanı atəşi dərhal dayandırmağa çağırıb