Film kimi hadisə: Həbsxanadan qaçan mafiya lideri öldürüldü

Film kimi hadisə: Həbsxanadan qaçan mafiya lideri öldürüldü
DÜNYA
13:18 06.01.2023
499
Ciudad Juarez həbsxanasından qaçan Los Mexicles bandasının lideri El Neto pusquda öldürülüb.
 
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Los Mexicles cinayət sindikatının lideri, "El Neto" ləqəbli Ernesto Alfredo Pinon de la Kruz Meksikanın cinayətkar şəhəri Syudad Xuaresdə polislə atışmada öldürülüb.

Hadisə Aztecas məhəlləsində Tolcetas və Tzetzales küçələri yaxınlığında baş verib.

Ötən bazar günü həbsxanadan qaçan El Netonun da olduğu konvoyu patrulda olan polis dayandırıb. Bu arada polislə dəstə üzvləri arasında toqquşma baş verib.

Los Meksiklsin lideri El Netonu daşıyan zirehli maşın qaçmağa başlayarkən, polis maşını da onun arxasınca düşüb. El Netonun avtomobili yol boyu hərəkətdə olarkən yanacaqdoldurma məntəqəsinə çırpılıb.

Burada ağır yaralanan El Neto prokurorluğa aparılarkən yolda dünyasını dəyişib.

El Neto da daxil olmaqla 20-dən çox məhbus 2023-cü il yanvarın 1-də Ciudad Juarezdə həbsxanada baş verən iğtişaşdan sonra qaçıb. Hadisə zamanı 10 mühafizəçi və 7 məhbus həyatını itirib.
 
El Netonun öldürülməsindən sonra Ciudad Juarezdən bir-birinin ardınca zorakılıq xəbərləri gəlməyə başladı. İki iş yeri, bir supermarket və çoxlu avtomobil yandırılıb, Baş Prokurorluğun binasına silahlı basqın edilib.

Meksikalı və meksikalı amerikalıların üzv olduğu Los Mexicles təşkilatı ABŞ-ın Texas ştatında və Meksikanın şimalında 1987-ci ildən fəaliyyət göstərir. Xose Markesin qurduğu təşkilatın sonuncu rəhbəri El Neto olub. Dəstə adam öldürmə, adam oğurluğu, oğurluq, narkotik alveri, vandalizm, çirkli pulların yuyulması və miqrant qaçaqmalçılığı kimi bir çox cinayətlərdə iştirak edirdi. Dəstənin qərargahı Çihuahuada, Syudad Xuares şəhərində yerləşir. Barrio Azteca ilə mübarizə aparan Sinaloa Karteli ilə müttəfiqdir və bu kartelin silahlı qanadı kimi tanınır.
 
Mikayıl

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Şəki kəndində gizlənən tarix: Qərbi Azərbaycanın hansı sirləri buradadır? - VİDEO
16:12 22.09.2026
Şəki kəndində gizlənən tarix: Qərbi Azərbaycanın hansı sirləri buradadır? - VİDEO
Sabahdan metronun bu stansiyalarına giriş pulsuz olacaq
16:00 22.09.2026
Sabahdan metronun bu stansiyalarına giriş pulsuz olacaq
Xəzər rayonunda 40 kiloqram narkotik vasitə aşkarlandı
15:57 22.09.2026
Xəzər rayonunda 40 kiloqram narkotik vasitə aşkarlandı
Şəmkirdə 13 il əvvəl törədilən qətlin üstü açıldı
15:48 22.09.2026
Şəmkirdə 13 il əvvəl törədilən qətlin üstü açıldı
Mbappe illər sonra danışdı: “Anam Kloppun fanatı idi”
15:45 22.09.2026
Mbappe illər sonra danışdı: “Anam Kloppun fanatı idi”
Yaşayış evindən 75500 manat pul oğurlayan şəxslər saxlanıldı
15:35 22.09.2026
Yaşayış evindən 75500 manat pul oğurlayan şəxslər saxlanıldı
Emin Əmrullayev uşaqların rəqəmsal təhlükəsizliyini müzakirə edən tədbirə qatıldı
15:29 22.09.2026
Emin Əmrullayev uşaqların rəqəmsal təhlükəsizliyini müzakirə edən tədbirə qatıldı
Mənzil əvəzinə obyekt: Binaların altı niyə obyektlərlə dolur?
15:03 22.09.2026
Mənzil əvəzinə obyekt: Binaların altı niyə obyektlərlə dolur?
Bakıda ev almaq istəyənlərin nəzərinə – Bu ərazilərdəki evlər...
14:46 22.09.2026
Bakıda ev almaq istəyənlərin nəzərinə – Bu ərazilərdəki evlər...
Brüsseldə alkoqol qadağası ilə bağlı YENİ QƏRAR
14:42 22.09.2026
Brüsseldə alkoqol qadağası ilə bağlı YENİ QƏRAR
“Beş mindən çox daimi iş yerlərinin açılması nəzərdə tutulur”
14:41 22.09.2026
“Beş mindən çox daimi iş yerlərinin açılması nəzərdə tutulur”
“Bunları etməsəydik, bəzi ölkələr kimi qapı-qapı gəzib gərək kiməsə ağız açaydıq”
14:26 22.09.2026
“Bunları etməsəydik, bəzi ölkələr kimi qapı-qapı gəzib gərək kiməsə ağız açaydıq”
“Onlara 2-3 həftə vaxt verilmişdi, santexnikanı aparmağı da yaddan çıxarmayıblar”
14:26 22.09.2026
“Onlara 2-3 həftə vaxt verilmişdi, santexnikanı aparmağı da yaddan çıxarmayıblar”
"Yeni proqram regionların sosial-iqtisadi inkişafına dair gündəliyimizi əks etdirir"
14:18 22.09.2026
"Yeni proqram regionların sosial-iqtisadi inkişafına dair gündəliyimizi əks etdirir"
BDU-nun qarşısında tələbə sıxlığı – Universitetdən AÇIQLAMA
14:03 22.09.2026
BDU-nun qarşısında tələbə sıxlığı – Universitetdən AÇIQLAMA
Dini inancları məsxərəyə qoyanlara münasibətiniz necədir? – VİDEOSORĞU
13:44 22.09.2026
Dini inancları məsxərəyə qoyanlara münasibətiniz necədir? – VİDEOSORĞU