"Fransa bu günə qədər törətdiyi soyqırımlara görə bəşəriyyətdən üzr istəməlidir" - Deputat

"Fransa bu günə qədər törətdiyi soyqırımlara görə bəşəriyyətdən üzr istəməlidir" - Deputat
SİYASƏT
13:37 17.05.2024
306
"Bildiyiniz kimi, Yeni Kaledoniyada insanların hüquqları pozulur. Fransa tərəfindən buradakı vətəndaşlara qarşı güc tətbiq edilir".
 
Bu sözləri AZXEBER.COM-a açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev Fransanın Yeni Kaledoniyada tətbiq etdiyi müstəmləkəçilik siyasətində ndanışarkən söyləyib.
 
Deputatın fikrincə, 21-ci əsrdə Fransa tərəfindən müstəmləkə siyasətinin həyata keçirilməsi qəbuledilməzdir:
 
"Təəssüflər olsun ki, onların vətəndaşlıq və suverenlik hüquqları əllərindən alınıb. 21-ci əsrdə Fransa tərəfindən müstəmləkə siyasətin həyata keçirilməsi qəbuledilməzdir. Azərbaycan Qoşulmama Hərəkatına rəhbərlik etdiyi dönəmdə məhz bu cür halların qarşısını almaq üçün neokolonial qarşı səylərin birləşdirilməsi üçün dəfələrlə təkidlərlə çıxış etdi. Fransanı və digər müstəmləkə siyasət həyata keçirən dövlətləri 21-ci əsrdə fərqli mövqe ortaya qoymağa çağırırdı. Xüsusilə də Fransanın bu cür hallara qarşı daha liberal münasibət sərgiləməsi, o cümlədən müstəmləkə siyasətindən əl çəkməsinin yaxşı olacağını dilə gətirdi. Düşünürəm ki, hazırda Makron hökuməti tərəfindən Yeni Kaledoniyada törədilən vəhşiliklər cinayətdir və bu birbaşa olaraq insan haqlarının pozulmasının əsas faktlarından biridir. Başqa ölkələrə gedib, insanların haqlarının pozulmasını monitorinq etməyə ehtiyac da yoxdur. Faktiki olaraq, burada baş verənlər misli görünməmiş vəhşilikdir, insan haqlarının kobud şəkildə pozulmasıdır".
 
Deputat hesab edir ki, Fransanın Daxili İşlər Nazirinin törədilən bu əməllərə haqq qazandırmaq üçün Azərbaycanı günahlandırması yersiz və əsassızdır:
 
"Hesab edirəm ki, Fransanın Daxili İşlər Naziri Jerard Darmaninin də törədilən bu əməllərə haqq qazandırmaq üçün başqa dövlətləri, o cümlədən Azərbaycanı günahlandırması yersizdir və əsassızdır. Onlar insanların haqlarını pozurlarsa və biz də bunun müdafiəsindən danışırıqsa, Fransa bu məsələdən dərs çıxarmalıdır. İnsanların hüquqlarını bərpa etmək lazımdır və onlara hörmət edilməlidir. Güman edirəm ki, biz bundan sonra da Fransanın bu uğursuz daxili və xarici siyasətinin iç üzlərini açmağa davam etməliyik. Çalışmalıyıq ki, bütün dünya bu ölkənin əsl simasını görsün. Fransa müstəmləkəçilik, soyqırımı siyasətindən əl çəkməlidir. Bu ölkə bu günə qədər törətdiyi soyqırımlara görə həmin ölkələrin vətəndaşlarından, dövlətlərdən, ümumən bəşəriyyətdən üzr istəməlidir".
 
Mikayıl Mirzəzadə
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
DİM apellyasiya müraciətlərini ödənişli edə bilər - “Bu, insanları müraciətdən çəkindirəcək” (RƏY)
16:01 25.06.2026
DİM apellyasiya müraciətlərini ödənişli edə bilər - “Bu, insanları müraciətdən çəkindirəcək” (RƏY)
Məzun gecəsi üçün verdikləri 50 minə yaxın pul ələ keçirildi - Rəsmi açıqlama
16:00 25.06.2026
Məzun gecəsi üçün verdikləri 50 minə yaxın pul ələ keçirildi - Rəsmi açıqlama
Prezidentin geri çağırdığı məşhur səfir kimdir? - DOSYESİ
15:53 25.06.2026
Prezidentin geri çağırdığı məşhur səfir kimdir? - DOSYESİ
“Nar”ın dəstəyi ilə inklüziv kulinariya master-klası keçirildi - FOTOLAR
15:52 25.06.2026
“Nar”ın dəstəyi ilə inklüziv kulinariya master-klası keçirildi - FOTOLAR
Azərbaycan universitetləri beynəlxalq reytinqlərdə uğurlarını davam etdirirlər
15:47 25.06.2026
Azərbaycan universitetləri beynəlxalq reytinqlərdə uğurlarını davam etdirirlər
FHN Aqşin Fatehin restoranını bağladı
15:43 25.06.2026
FHN Aqşin Fatehin restoranını bağladı
Prezident bu ölkədəki səfiri geri çağırdı
15:19 25.06.2026
Prezident bu ölkədəki səfiri geri çağırdı
Rövşən Rzayev 66 yaşlı Aparat rəhbəri ilə bağlı qərar verdi - FOTO
15:16 25.06.2026
Rövşən Rzayev 66 yaşlı Aparat rəhbəri ilə bağlı qərar verdi - FOTO
Azercell Silahlı Qüvvələr Günü münasibətilə “Əsgərcell” təklifini istifadəyə verir
15:10 25.06.2026
Azercell Silahlı Qüvvələr Günü münasibətilə “Əsgərcell” təklifini istifadəyə verir
Avropada istidən ölənlərin sayı artdı
14:49 25.06.2026
Avropada istidən ölənlərin sayı artdı
Kahramanmaraşda faciəvi yanğın: 3 nəfər həyatını itirdi
14:42 25.06.2026
Kahramanmaraşda faciəvi yanğın: 3 nəfər həyatını itirdi
Azərbaycanda hərbçilərlə bağlı qərar - Prezident təsdiqlədi
14:40 25.06.2026
Azərbaycanda hərbçilərlə bağlı qərar - Prezident təsdiqlədi
Mütəxəssislər xəbərdarlıq edir: Skoliozun ən kritik dövrü bu yaş arasıdır
14:38 25.06.2026
Mütəxəssislər xəbərdarlıq edir: Skoliozun ən kritik dövrü bu yaş arasıdır
Azərbaycanda Rəqəmsal İstehlak Vərdişləri və Mobil Mikro Maliyyələşmə
14:36 25.06.2026
Azərbaycanda Rəqəmsal İstehlak Vərdişləri və Mobil Mikro Maliyyələşmə
Həşəratların hücumuna məruz qalan aktyor xəstəxanalıq oldu
14:20 25.06.2026
Həşəratların hücumuna məruz qalan aktyor xəstəxanalıq oldu
"Santa Barbara"nın ulduzunun müalicəsi üçün pul toplanır
14:11 25.06.2026
"Santa Barbara"nın ulduzunun müalicəsi üçün pul toplanır