Fuad Əsgərov: Qan donorluğunun təbliği və qan xəstəliklərini əhatə edən video proqramlar hazırlanıb

GƏNCLİK
17:23 01.12.2020
1407

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi eyni zamanda "Qan Donorları Assosiasiyası” ictimai birliyinin təşkilatçılığı ilə həyata keçirilən #ağrıyaqarşı #nəfəsal layihəsi çərçivəsində qan donorluğunun təbliği istiqamətində maarifləndirici videoproqramlar hazırlanıb.

"Qan Donorları Assosiasiyası” İctimai Birliyinin sədri Fuad Əsgərov AZXEBER.COM-a bildirib ki, artıq iki aya yaxın bir zamandır layihə üzərində fəaliyyət göstəririk, amma maarifləndirici proqramların çəklişləri müharibə dövrünə təsadüf etdiyi üçün fəaliyyəti işıqlandırmadıq.

 

Hazırda qan xəstəlikləri və qan donorluğunu əhatə edən maarifləndirici online video proqramlar hazırdır və ictimaiyyətə təqdim olunacaqdır. Çəkilən hər proqram özlüyündə əhəmiyyət kəsb edir.

OXŞAR XƏBƏRLƏR