Fuad Nəcəfli "Əshabi-Kəhf" dağından “yıxıldı” - Sahil Tahirli yazır

Fuad Nəcəfli "Əshabi-Kəhf" dağından “yıxıldı” - Sahil Tahirli yazır
SİYASƏT
13:56 12.11.2025
336
Cənab Prezidentimizin bu gün Fuad Nəcəflinin Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi vəzifəsindən azad edilməsi ilə bağlı sərəncamı yerində və vaxtında verilmiş bir qərar kimi təqdirəlayiq və gözlənilən idi.

İlk növbədə ona görə ki, səlahiyyətli nümayəndə lk ayarda müəyyən qədər səmərəli işləsə də, ötən 2 il ərzində ona göstərilən böyük etimadı doğrultmadı (baxmayaraq ki, ona həm rəhbərlik, həm də naxçıvanlılar tərəfindən inam və dəstək kifayət qədər idi), verilən tapşırıqları vaxtında yerinə yetirmədi, Naxçıvanın inkişafı ilə bağlı Dövlət Proqramlarını icra edə bilmədi, Naxçıvan kimi starateji əhəmiyyətli bölgənin inkişafını ləngitdi, beləliklə, işsizlik və kütləvi köçə yol açdı! Baxmayaraq ki, həm ümummilli lider Heydər Əliyev, həm də Prezident İlham Əliyev muxtar respublikanın inkişafına və çiçəklənməsinə, möhkəmlənməsinə  həmişə yüksək diqqət və qayğı göstəriblər...
 


Beləliklə, Nəcəflinin 3 illik fəaliyyəti və ya, fəaliyyətsizliyi ilə bağlı hadisələrin içində olan biri kimi dəqiq deyə bilərəm:

1.İş görmək əvəzinə şəkil çəkdirdi, daim özünüreklamla məşğul oldu;

2.Sosial-iqtisadi nəticəyə gedə bilmədi, şişirdilmiş statistik rəqəmlərlə oynadı;

3.Üst orqan və rəhbərliyi yalan məruzə və məlumatlarla aldatmağa çalışdı (buna nail ola bilmədi);

4.Öz məsuliyyətini, işlərin zəif gedişini nazir və komitə sədrlərinin adına yazıb onları gözdən salaraq özü həmişə məsuliyyətdən yayındı;

5.İllərdir Naxçıvanda dövlətin yetişdirdiyi peşəkar yerli kadrlar öncə vəzifədən, sonra Naxçıvandan uzaqlaşdırdı, beləcə, Gənclər-idman, Mədəniyyət, Əmək və Əhalinin Sosial Müdafiəsi, Rəqəmsal inkişaf və nəqliyyat nazirlikləri, Culfa icra hakimiyyəti, Naxçıvan dövlət televiziyası və digər mühüm qurumlar başsız buraxıldı. Bakıdan dəvət edilən bir çox qurum rəhbəri də eyni aqibəti yaşadı, bir il tamam olmamış şərlənib və ya təhqirlərə dözməyib vəzifələrindən uzaqlaşdırıldılar (bərbad kadr islahatları);

6.Kiçik və orta sahibkarlığın qarşısını öz maddi maraqları naminə aldı;

7.İdarəetmədə xaotik mühit yaradaraq dövləti insanların gözündən saldı;

8.Təmsil etdiyi orqanın güclənməsi və nüfuzunun artmasına çalışmadı;

9.Xüsusən, ən mühüm strateji sahələrin inkişafını blokladı;

10.Şəxsi nümunə göstərə bilmədi, əyyaşlıqdan, boş və mənasız iclaslar keçirməkdən başı ayırd olmadı.

Naxçıvanda dövlətin media siyasətini də böyrü üstə qoydu. Bu, ayrıca yazının mövzusu olduğundan, geniş danışmayacağam. Qısaca, onu deyə bilərəm ki, medianı şəxsi maraqları üçün istifadə etməyə çalşıdığından və lazımsız tapşırıqlar verdiyindən Naxçıvan televiziyası ilə 5 ay əvvəl yollarımı ayırdım. Ərizəmdə də konkret göstərmişdim: "xahiş edirəm, yaradıcılıq fəaliyyətimə yaradılan süni maneə və problemlərə görə məni tutduğum vəzifədən azad edəsiniz”…

Və "Əsahbi-Kəhf” ziyarətgahında jurnalist həmkarlarımızın içində mənə dediyi sözü də heç vaxt unutmayacağam: "Mən adamı belə cəzalandırıram”. Bəli, Fuad müəllim, belə… Cəzalandırmaq Allaha məxsusdur, sənin kimisinə yox!!! Əshabi-Kəhf dağından mən yox, sən yıxıldın. Mən yenə yazı-pozumla məşğulam!

P.s. Ceyhun Cəlilovu təbrik edirəm. Televiziyada işləyəndə dəfələrə görüşmüşəm. Baş nazir kimi, həm mediaya, həm də digər sahələrin inkşafına dəstəyini, məsələlərə kreativ yanaşmasını, dövlətə bağlılığını, bilik və təcrübəsini görmüşəm. Naxçıvanı layiq olduğu yerə gətirəcəyinə, Hörmətli Prezidentimizin etimadının doğruldacağına inanıram!

(Məqalələrin ardı olacaq)

Naxçıvana böyük sevgi ilə,

Sahil Tahirli 
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Crescent Mall-da nə baş verib? – Açıqlama
15:20 05.11.2026
Crescent Mall-da nə baş verib? – Açıqlama
Azərbaycanda saatlıq maaş tətbiq ediləcək – 1 saatın qiyməti bu qədər ola bilər
15:18 05.11.2026
Azərbaycanda saatlıq maaş tətbiq ediləcək – 1 saatın qiyməti bu qədər ola bilər
"Azərbaycan bu gün qalib, bütövləşən ölkə olaraq yeni hədəflərə doğru inamla addımlayır"
15:11 05.11.2026
"Azərbaycan bu gün qalib, bütövləşən ölkə olaraq yeni hədəflərə doğru inamla addımlayır"
Əhməd İsmayılov: Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir
14:56 05.11.2026
Əhməd İsmayılov: Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir
Metroda “Qarabağın Dirçəlişi: Azərbaycan İntibahının Hekayəsi” fotosərgisi keçirilir
14:49 05.11.2026
Metroda “Qarabağın Dirçəlişi: Azərbaycan İntibahının Hekayəsi” fotosərgisi keçirilir
Gürcüstanla bağlı təhlükəli ssenari: Avropa İttifaqı hansı addımı atmağa hazırlaşır?
14:37 05.11.2026
Gürcüstanla bağlı təhlükəli ssenari: Avropa İttifaqı hansı addımı atmağa hazırlaşır?
Daha bir marşrutun avtobusları yenilənir
14:19 05.11.2026
Daha bir marşrutun avtobusları yenilənir
“İşləməyən şəxslər də vəfat edəndə dəfn pulu ödənilsin”
14:08 05.11.2026
“İşləməyən şəxslər də vəfat edəndə dəfn pulu ödənilsin”
Gədəbəyin icra başçısı "Gəncə təndiri"ni ziyarət etdi, tənqid olundu
14:05 05.11.2026
Gədəbəyin icra başçısı "Gəncə təndiri"ni ziyarət etdi, tənqid olundu
Məzuniyyət günlərini pula dəyişmək tarixə qovuşur? - 32 ildə dəyişənlər
14:01 05.11.2026
Məzuniyyət günlərini pula dəyişmək tarixə qovuşur? - 32 ildə dəyişənlər
Siqaret, telefon, avtomobil... – Daha hansı mallara aksiz vergisi ödəyirik?
13:46 05.11.2026
Siqaret, telefon, avtomobil... – Daha hansı mallara aksiz vergisi ödəyirik?
Dünya ölkələri vətəndaşlarına xəbərdarlıq edir - “Hər şey birdən çökə bilər”
13:44 05.11.2026
Dünya ölkələri vətəndaşlarına xəbərdarlıq edir - “Hər şey birdən çökə bilər”
"İsmayıl məqamı" sənədli filmi təqdim olundu - FOTOLAR
13:40 05.11.2026
"İsmayıl məqamı" sənədli filmi təqdim olundu - FOTOLAR
Sosial ödənişlər artır - Bu yeniliklər gözlənilir
13:22 05.11.2026
Sosial ödənişlər artır - Bu yeniliklər gözlənilir
Ərdoğandan Azərbaycana səfəri barədə - Açıqlama
13:19 05.11.2026
Ərdoğandan Azərbaycana səfəri barədə - Açıqlama
Leysan, şimşək, dolu - Sabahın havası
13:14 05.11.2026
Leysan, şimşək, dolu - Sabahın havası