Futbol üzrə Azərbaycan yığması dünya reytinqində 97-ci yerdir

İDMAN
13:38 04.10.2011
1633

Azərbaycan milli komandasının FİFA-nın son reytinq cədvəlindəki mövqeyi dəyişib.

Yığmamız daha bir pillə irəliləyib. Sentyabrın 21-də açıqlanmış reytinq cədvəlində millimiz 14 pillə irəliləyərək 359 xalla 98-ci pillədə qərarlaşmışdı. Lakin FİFA-nın saytında millimizin reytinq cədvəlindəki mövqeyi ilə bağlı növbəti yenilənmə aparılıb. Hazırkı göstəricilərə əsasən, komandamız daha 1 pillə irəliləyərək 97-ci yerdə qərarlaşıb.

Növbəti reytinq cədvəli oktyabrın 19-da açıqlanacaq.

OXŞAR XƏBƏRLƏR