Gecə klubuna gedən modeli sevgilisi döydü, burnunu qırdı - VİDEO

Gecə klubuna gedən modeli sevgilisi döydü, burnunu qırdı - VİDEO
DÜNYA
14:49 22.07.2021
1140
İstanbulda əylənmək üçün gecə klublarından birinə gedən model Gizem Akbaş keçmiş sevgilisi Mücahit İsmail Ayta tərəfindən vəhşicəsinə döyülüb. Müxtəlif bədən xəsarətləri alan modelin hətta burnu da qırılıb. Hadisə anı təhlükəsizlik kameralarına da əks olunub.

AZXEBER.COM Milli.Az-a istinadən xəbər verir ki, model əyləncə yerindən fotoları sosial media hesabında paylaşıb. Gizem Akbaşın paylaşımlarını görən keçmiş sevgilisi həmin yerə gəlib və orada insident yaşanıb.

Gizem "təxminən bir il əvvəl məni aldatdığı üçün ayrılmağa qərar verdim. O isə qəbul etmədi. Hər dəfə də zorakılığa əl atdı. "Məni tərk edə bilməzsən' deyirdi, şikayət etdim, ona qarşı həbs qətimkan tədbiri seçilməsini istədim. Lakin heç bir tədbir görülmədi" deyib.
 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR