“Gənc Jurnalistlərin Yeni Media Məktəbi” başa çatdı - FOTOLAR

“Gənc Jurnalistlərin Yeni Media Məktəbi” başa çatdı - FOTOLAR
GƏNCLİK
03:17 20.07.2014
2677

İyul ayının 15-dən 18-dək davam edən “Gənc Jurnalistlərin Yeni Media Məktəbi” başa çatdı. Media Məktəbi Bakı şəhəri Divan Express otelində Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun dəstəyi və Azəri Gənclər Alyansı İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçib.

“Gənc Jurnalistlərin Yeni Media Məktəb”ində birinci gün Gənclər Fondunun layihələr və regionlarla iş sektorunun müdiri Vaqif Seyidbəyov, Mətbuat Şurasının sədri Əflatun Amaşov, BDU-nun professoru, İctimai Teleradio şurasının sədri Cahagir Məmmədli, BAMF sədri, Prezident yanında KİV-in inkişafına Dövlət Dəstəyi Fondunun Şura sədri Umud Mirzəyev gənc jurnalistlərə və layihənin təşkilatçılarına uğurlar arzuladılar.Tədbirin sonrakı sessiyalarında “Baymedia” İnternet portalının rəhbəri Elçin Mirzəbəyli, “Day.az” və “Trend” Media şirkətlərinin direktor müavini Sevda Həmidova, Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin rəhbəri Azər Həsrət, “Caspian Barrel” online jurnalının baş redaktoru İlham Şaban ekspert qismində çıxış etdilər.

Məktəbin ikinci günü Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin rəhbəri Azər Həsrət “Yeni media və cəmiyyət problemlərinin çözüm yolları”, Ortaq Dəyərlər İctimai Birliyinin sədri, “Türküstan” qəzetinin baş redaktoru Aqil Camal “Onlayn mediada etik kodeksin problemləri”,“Kanal 13” İnternet TV-nin rəhbəri Anar Orucov “İnternet televiziya və radionun inkişaf dinamikası, ölkəmizdə bu sahədəki durum” mövzusunda sessiya keçirib.Ekspertlər iştirakçıların yeni media ilə bağlı çoxsaylı suallarını da cavablandırıblar.

“Gənc Jurnalistlərin Yeni Media Məktəbi”nin üçüncü günü isə Demokratik Jurnalistlər Liqasinin sədri Yadigar Məmmədlinin moderatorluğu ilə “Azxeber.com” internet portalının rəhbəri Hacıbəy Heydərli “İnternet medianın sosial şəbəkələrdə rolu” mövzusunda, “Aznews” internet portalının rəhbəri Elçin Zahiroğlu “Onlayn mediada ilkin mənbədən informasiya əldə etmək imkanları” mövzusunda, Jurnalist Ekspert Mərkəzinin rəhbəri Ceyhun Musaoğlu isə “Yeni media və vətəndaş cəmiyyəti” mövzusunda çıxış edib.İyul ayının 18-i məktəbin sonuncu günündə “Klassik jurnalistika yeni mediadan necə yararlana bilər?” mövzusunda “Xəzər” TV-nin müxbiri Yelena Siderenko və Bakı Media Məktəbinin əməkdaşı Aynur Elgünəş çıxış edərək, gənc jurnalistlərlə maraqlı müzakirələr aparıb.Sonrakı sessiyalarda Jurnalist Araşdırmaları Mərkəzinin rəhbəri Seymur Verdizadə, Yeni Media Jurnalistləri icimai birliyinin sədri Xaqani Səfəroğlu və “Aktual.az” internet portalının rəhbəri Anar Yusifoğlu yeni medianın inkişaf dinamikası və internet portallarındakı mövcud durum mövzularında çıxış edərək, gənc jurnalistlərlə geniş müzakirələr aparıb.

Tədbirib sonunda təşkilatçı Leyla Məmmədli cıxış edərək Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fonduna layihəyə maliyyə dəstəyi göstərdiyinə, gənclərə isə göstərdikləri fəallığa və marağa görə dərin təşəkkürünü bildirib, onları gələcək layihələrdə də fəal iştirak etməyə dəvət edib.Sonda 100-ə yaxın iştirakçıya sertifikatlar təqdim edilib və xatirə şəkilləri çəkilib.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Paşinyan və Pezeşkian İrəvanda ikitərəfli münasibətləri müzakirə ediblər
14:52 16.10.2026
Paşinyan və Pezeşkian İrəvanda ikitərəfli münasibətləri müzakirə ediblər
Maddi çətinliklər ailə münasibətlərini necə sarsıdır? - Psixoloqdan AÇIQLAMA
14:50 16.10.2026
Maddi çətinliklər ailə münasibətlərini necə sarsıdır? - Psixoloqdan AÇIQLAMA
Park Yasamalda 2 otaqlı studiyalardan başlayaraq hazır mənzillər satışda!
14:47 16.10.2026
Park Yasamalda 2 otaqlı studiyalardan başlayaraq hazır mənzillər satışda!
“Azərbaycanda da uçan avtomobillərin olması bizi təəccübləndirməməlidir”
14:12 16.10.2026
“Azərbaycanda da uçan avtomobillərin olması bizi təəccübləndirməməlidir”
“Aktiv və sağlam uzunömürlülük: dövlət siyasəti və sosial innovasiyalar” mövzusunda dəyirmi masa keçirilib
14:09 16.10.2026
“Aktiv və sağlam uzunömürlülük: dövlət siyasəti və sosial innovasiyalar” mövzusunda dəyirmi masa keçirilib
Hərbçilərin maaş artımına 550 milyon manat ayrılacaq - Ədalət Verdiyev
13:45 16.10.2026
Hərbçilərin maaş artımına 550 milyon manat ayrılacaq - Ədalət Verdiyev
AZAL İsrail prezidentinin uçuşu barədə Türkiyəyə məlumat verməli idimi? - "Haber Global" detalları açıqlayıb
13:44 16.10.2026
AZAL İsrail prezidentinin uçuşu barədə Türkiyəyə məlumat verməli idimi? - "Haber Global" detalları açıqlayıb
Prezident fərman imzaladı
13:14 16.10.2026
Prezident fərman imzaladı
Hacıbəy Heydərli yeni vəzifəyə seçildi
13:09 16.10.2026
Hacıbəy Heydərli yeni vəzifəyə seçildi
Mətbuat Şurasının yeni sədrindən ilk - AÇIQLAMA
13:08 16.10.2026
Mətbuat Şurasının yeni sədrindən ilk - AÇIQLAMA
Azercell-dən “MiFi” və “Wi-Fi” cihazı əldə et, internetdən daha əlverişli şərtlərlə yararlan
13:08 16.10.2026
Azercell-dən “MiFi” və “Wi-Fi” cihazı əldə et, internetdən daha əlverişli şərtlərlə yararlan
Prezident Gürcüstanın yeni səfirini qəbul etdi - FOTOLAR
12:58 16.10.2026
Prezident Gürcüstanın yeni səfirini qəbul etdi - FOTOLAR
Prezident paralimpiya hərəkatının inkişafında xidməti olan bir qrup şəxsi təltif edib
12:57 16.10.2026
Prezident paralimpiya hərəkatının inkişafında xidməti olan bir qrup şəxsi təltif edib
Almaniya səfiri Göygöldə olub - FOTOLAR
12:56 16.10.2026
Almaniya səfiri Göygöldə olub - FOTOLAR
Prezident yeni səfiri qəbul etdi - Fotolar
12:53 16.10.2026
Prezident yeni səfiri qəbul etdi - Fotolar
Vakansiya adı altında qadınlara qeyri-etik təklif - Ekspert risklərdən danışdı
12:51 16.10.2026
Vakansiya adı altında qadınlara qeyri-etik təklif - Ekspert risklərdən danışdı