Gənclər prezidentin çıxışından danışdılar - MÜNASİBƏT

Gənclər prezidentin çıxışından danışdılar -  MÜNASİBƏT
GƏNCLİK
13:10 12.07.2014
3894

Xəbər verdiyimiz kimi,  iyulun 10-da Prezident İlham Əliyevin Nazirlər Kabinetinin 2014-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Azərbaycanın uğurlu inkişafının təmin edilməsi,  ölkənin valyuta ehtiyatlarının 54 milyard dollara çatması, əhalinin sosial müdafiəsi istiqamətində ciddi islahatların aparılması, ordu quruculuğu prosesinin uğurla həyata keçirilməsi, ölkədə kənd təsərrüfatının inkişafının dünyanın aparıcı təcrübəsinə əsaslanması ilə bağlı mühim fikirlər səsləndirib.

AZXEBER.COM portalı prezident İlham Əliyevin iclasda səsləndirdiyi fikirlərlə bağlı ölkə gənclərinin də mövqeyini öyrənib.

Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatının (AGAT) sədri Gülsel Səfərova Nazirlər Kabinetinin iclasında prezident İlham Əliyevin sənayenin inkişafının diqqət mərkəzində olmasını, investisiyaların xüsusilə sənaye istehsalının artırılmasına yönəldilməsi ilə bağlı söylədiyi fikirlərə münasibət bildirib:

“Müşavirədə əhatəli şəkildə bütün məqamlara toxunuldu. Sənayə ili çərçivəsində görülmüş işlər, sahibkarlarlıq fəaliyyətinin genişlənməsi, kənd təsərrüfatının inkişafı, əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması əsas mövzulardan oldu. Cənab prezident İlham Əliyev hələ də bu məsələlərdə həll olunmayan tərəflərinin qalmasını vurğuladı. Fermelərə kreditlərin verilməsində şəffaflığın qorunması, bankların bu sahədə məsuliyyətini dərk etməsi, eyni zamanda korrupsiya hallarının olmaması üçün bu sahədə fəaliyyətin güclənməsinə ehtiyyac olduğu vurğulandı. Ümumiyyətlə müşavirə ərzində daha çox vətəndaşların yaşayışının yaxşılaşdırılması istiqamətidə olması təqdirəlayiqdir. Çünki bu dövlət siyasətinin vətəndaşların sosial rifahının yaxşılaşmasına yönəlməsinin sübutudur.Dövlətin hər tərəfli inkişafı Azərbaycan vətəndaşının da arzusudur. Ona görə də müşavirədə ölkə başçısı tərəfindən deyilən fikirlər reallığı əks etdirdi”.

AZXEBER.COM informasiya portalının baş direktoru Əfsələddin Ağalarov da iclasda prezidentin iqtisadi sahədə aparılan islahatlar sayəsində Azərbaycanın dayanıqlı inkişafı ilə bağlı söylədiyi fikirləri yüksək qiymətləndirib:

“ Prezident İlham Əliyev öz çıxışında Azərbaycanın hər ötən gün artan siyasi və iqtisadi qüdrətindən, regionda reallaşdırdığı böyük layihələrdən, ölkəmizdə demokratik cəmiyyət quruculuğu istiqamətində görülən mühüm işlərdən  bəhs edib. Təsadüfi deyil ki, bu gün Azərbaycan investisiya qoyulan ölkədən çox investisiya qoyan ölkə kimi həm regionda, həm də dünyada tanınır. Bu isə ölkə iqtisadiyyatının nə qədər güclü olduğunu göstərir.  Bununla yanaşı bildirildiyi kimi, bu gün ölkəmizdə qeyri-neft sektorunun gəlirləri 7 faiz artıb. Vaxtıykən neft kapitalını insan kapitalına çevrilməsi ilə bağlı aparılan uğurlu siyasətin nəticəsi olaraq bu gün Azərbaycanda qeyri-neft sektoru inkişaf etməkdədir. Düşünürəm ki, Azərbaycan xalqının böyük etimadı və birmənalı dəsdəyini qazanan Cənab Prezidentin bu çıxışından hər kəs öz payına düşən nəticəni çıxarmalı və ölkəmizin inkişafı üçün əlindən gələni əsirgəməməlidir”.

Qan Donorlar Assosiasiyasının sədri Fuad Əsgərov Nazirlər Kabinetinin iclasında prezidentin Azərbaycanda sosial sahədə vəziyyətla bağlı söylədiyi fikirləri yüksək qiymətləndirdiyini söyləyib. O, əhalinin sosial müdafiəsi istiqamətində ciddi islahatların aparıldığını, əlilliyi olan insanlara dövlət tərəfindən qayğı göstərildiyini deyib:

“Bu iclasda cənab prezidentin çıxışı tam səmimiyyəti ilə etiraf edim ki, mənim üçün çox böyük qürur hissi yaşatdı və ən vacibi bir gənc olaraq təminatlı gələcəyimə inamımı daha da artırdı. Ölkə başçısının rəhbərliyi altında Azərbaycanda uğurla həyata keçirilən sosial-iqtisadi islahatların öncəki illərlə müqayisədə ildən-ilə artmasını, ölkəmizin dünyada mövqeyinin möhkəmlənməsi və xalqımızın sosial-iqtisadi vəziyyətinin davamlı olaraq yaxşılaşmasını görmək və bu dəyişiklikləri öz üzərində hiss etmək hər bir vətəndaşımızın dövlətinə olan sevgi və inamını təbii ki artırır. Mən hər şeydən əvvəl sağlamlıq məhdudiyyətli olduğumdan 2014-cü ilin birinci yarısında respublikada əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyası, onlara göstərilən diqqət və qayğı eyni zamanda reabilitasiya xidmətləri keyfiyyətinin yüksədilməsi istiqamətində görülən işlərin şahidiyəm və aparılan islahatlar mənim və mənim kimi minlərlə sağlamlıq məhdudiyyətli vətəndaşımın rifah halına müsbət təsirini görürəm. Bu mənzərə məndə bir gənc olaraq cəmiyyət qarşısında məsuliyyətimi sözsüz ki, artırır” .

YAP Gənclər Birliyi Ağdam rayon təşkilatının sədri Amil Cavadov iclasda prezidentin adambaşına düşən valyuta ehtiyatlarına görə Azərbaycanın dünyada  ən qabaqcıl yerdə olması, ölkədə yeni iş yerlərinin açılması və gənclərə yaradılan şəraitlə bağlı söylədiyi fikirlərə münasibət bildirib:

“Cənab prezidentin ötən gün Nazirlər Kabinetinin 2014-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında söylədiyi fikirlər təqdirəlayiqdir. İclasda da qeyd edildiyi kimi bu gün Azərbaycanda gənclərə bütün imkanlar yaradılıb. İşsizliyin səviyyəsi hər gün aşağı endirilir. Ölkə gənclərinin potensialından istər dövlət idarəçiliyində, istərsə də özəl sektorda geniş istifadə olunur. Bu xüsusda gənc kadrların yerli idarəetmə orqanlarında yüksək təyinatlar alması təsadüfi sayıla bilməz. Eyni zamanda gəncliyimizə ölkəmizdə və xaricdə təhsil almaq şəraiti yaradılıb. Son illərdə Azərbaycanda milyondan artıq yeni iş yeri açılıb ki, bunun da əksəriyyətinə gənclər sahib olub. Məhz elə bu səbəbdən ölkə gəncliyi öz seçimini edib. Bu mənada bütün gənclər cənab prezidentin ətrafına sıx birləşməli və bütün gücümüzlə dövlətimizə xidmət etməliyik”

Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının sədri Səbuhi Mübarizoğlu prezidentin ötən günkü çıxışında bank sektorunda yaradılan suni problemlərə toxunmasını yüksək qiymətləndirib:

“Bu iclasda biz bir daha Cənab Prezidentin qətiyyətinin şahidi olduq. Dünyanın heç bir ölkəsində ilin 1-ci yarısında bu qədər sosial-iqtisadi inkişaf, quruculuq işləri həyata keçirilməyib. Cənab Prezident toxunduğu istənilən sahənin uğurlarına və konkret problemlərini peşəkarcasına təhlil etdi. Hətta ölkədə bank sektorunda yaranan bəzi süni problemlərə toxunaraq bunun tez bir zamanda aradan qaldırılması üçün öz tövsiyyə və tapşırıqlarını verdi. Bütövlükdə belə hesab edirəm ki, Cənab Prezidentin əsas hədəfi gənclik üçün sağlam gələcək qurmaqdır. Məhz paytaxda və regionlarda aparılan irimiqyaslı yenidənqurma layihələri buna bariz nümunədir”.

Günel Şükürova

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Paşinyan və Pezeşkian İrəvanda ikitərəfli münasibətləri müzakirə ediblər
14:52 16.10.2026
Paşinyan və Pezeşkian İrəvanda ikitərəfli münasibətləri müzakirə ediblər
Maddi çətinliklər ailə münasibətlərini necə sarsıdır? - Psixoloqdan AÇIQLAMA
14:50 16.10.2026
Maddi çətinliklər ailə münasibətlərini necə sarsıdır? - Psixoloqdan AÇIQLAMA
Park Yasamalda 2 otaqlı studiyalardan başlayaraq hazır mənzillər satışda!
14:47 16.10.2026
Park Yasamalda 2 otaqlı studiyalardan başlayaraq hazır mənzillər satışda!
“Azərbaycanda da uçan avtomobillərin olması bizi təəccübləndirməməlidir”
14:12 16.10.2026
“Azərbaycanda da uçan avtomobillərin olması bizi təəccübləndirməməlidir”
“Aktiv və sağlam uzunömürlülük: dövlət siyasəti və sosial innovasiyalar” mövzusunda dəyirmi masa keçirilib
14:09 16.10.2026
“Aktiv və sağlam uzunömürlülük: dövlət siyasəti və sosial innovasiyalar” mövzusunda dəyirmi masa keçirilib
Hərbçilərin maaş artımına 550 milyon manat ayrılacaq - Ədalət Verdiyev
13:45 16.10.2026
Hərbçilərin maaş artımına 550 milyon manat ayrılacaq - Ədalət Verdiyev
AZAL İsrail prezidentinin uçuşu barədə Türkiyəyə məlumat verməli idimi? - "Haber Global" detalları açıqlayıb
13:44 16.10.2026
AZAL İsrail prezidentinin uçuşu barədə Türkiyəyə məlumat verməli idimi? - "Haber Global" detalları açıqlayıb
Prezident fərman imzaladı
13:14 16.10.2026
Prezident fərman imzaladı
Hacıbəy Heydərli yeni vəzifəyə seçildi
13:09 16.10.2026
Hacıbəy Heydərli yeni vəzifəyə seçildi
Mətbuat Şurasının yeni sədrindən ilk - AÇIQLAMA
13:08 16.10.2026
Mətbuat Şurasının yeni sədrindən ilk - AÇIQLAMA
Azercell-dən “MiFi” və “Wi-Fi” cihazı əldə et, internetdən daha əlverişli şərtlərlə yararlan
13:08 16.10.2026
Azercell-dən “MiFi” və “Wi-Fi” cihazı əldə et, internetdən daha əlverişli şərtlərlə yararlan
Prezident Gürcüstanın yeni səfirini qəbul etdi - FOTOLAR
12:58 16.10.2026
Prezident Gürcüstanın yeni səfirini qəbul etdi - FOTOLAR
Prezident paralimpiya hərəkatının inkişafında xidməti olan bir qrup şəxsi təltif edib
12:57 16.10.2026
Prezident paralimpiya hərəkatının inkişafında xidməti olan bir qrup şəxsi təltif edib
Almaniya səfiri Göygöldə olub - FOTOLAR
12:56 16.10.2026
Almaniya səfiri Göygöldə olub - FOTOLAR
Prezident yeni səfiri qəbul etdi - Fotolar
12:53 16.10.2026
Prezident yeni səfiri qəbul etdi - Fotolar
Vakansiya adı altında qadınlara qeyri-etik təklif - Ekspert risklərdən danışdı
12:51 16.10.2026
Vakansiya adı altında qadınlara qeyri-etik təklif - Ekspert risklərdən danışdı