Hamiləliyini sonlandırmaq istəyən 24 yaşlı qadın xəstəxanada öldü - Foto

Hamiləliyini sonlandırmaq istəyən 24 yaşlı qadın xəstəxanada öldü - Foto
SOSİAL
12:30 21.08.2026
609
Bakıda 24 yaşlı hamilə qadın dünyasını dəyişib.

AZXEBER.COM "Bakupost”a istinadən xəbər verir ki, hadisə Sabunçu Tibb Mərkəzində baş verib.

Belə ki, Tovuz rayon sakini Lalə Quliyevanın 5 aylıq hamiləliyi zamanı bətnindəki dölün qüsurlu olduğu müəyyən edilib. Bundan sonra qadın abort etdirmək qərarına gəlib.

Məlumata görə, abortdan sonra qadında güclü qanaxma baş verib və o həyatını itirib.

Qeyd olunub ki, bu, Lalə Quliyevanın ikinci hamiləliyi olub.
 
TƏBİB-dən bildirilib ki, dünən saat 22:30 radələrində 2003-cü il təvəllüdlü şəxs (qadın) Sabunçu Tibb Mərkəzinə ölü vəziyyətdə daxil olub:

"Meyit təşrih üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib".
 

OXŞAR XƏBƏRLƏR