“Hantavirus” nə qədər təhlükəlidir? – İnfeksionistdən açıqlama

“Hantavirus” nə qədər təhlükəlidir? – İnfeksionistdən açıqlama
SAĞLAMLIQ
17:41 12.05.2026
383
"Hantavirus” infeksiyasının artıq bir neçə ölkədə yayılması narahatlıq yaradıb. Gəmiricilər vasitəsilə yayılan bu virus yüksək hərarət, nəfəs darlığı və böyrək çatışmazlığı kimi ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. Bir sıra ölkələrdə yoluxma hallarının artması səbəbindən səhiyyə qurumları əhaliyə ehtiyatlı olmağı tövsiyə edir.

Həkim-infeksionist Mərdan Əliyev AZXEBER.COM xəbər verir ki, "Hantavirus”un epidemik hadisələrə səbəb olma potensialı yoxdur:

""Hantavirus”un COVID-19 kimi yüksək epidemiya, yaxud da pandemiya yaratmaq ehtimalı yoxdur.  Çünki bu, gəmiricilərdən, xüsusilə siçan və siçovulların ifrazatları vasitəsilə insana keçir. Buna görə də bu xəstəliyə daha çox sporadik şəkildə rast gəlinir, epidemik hallar müşahidə olunmur. Yalnız bu sonuncu hadisədə olduğu kimi, qapalı məkanda bir qrup insanın xəstəliyə, virusa yoluxma halları ola bilər. Amma bunun digər pandemik, yaxud da epidemik hadisələrə səbəb olma potensialı yoxdur”. 


O qeyd edib ki, bu virus koronavirus kimi sürətlə yayılmır:

"”Hantavirus” koronavirusda olduğu kimi sürətlə yayılmır və koronavirus hava-damcı yolu ilə yoluxurdu. Buna görə də insandan insana sürətlə keçirdi”.

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR