Qışqırıqla önə çıxanlar və şou üçün yardım edən "qəhrəmanlar" - KÖŞƏ

Qışqırıqla önə çıxanlar və şou üçün yardım edən "qəhrəmanlar" - KÖŞƏ
SOSİAL
14:47 04.02.2026
2176
Əfsələddin Ağalarov 
 
Bir az da Allahın almışlığıdır. Adam var, üstündən səliqə, dilindən gözəllik asılıb. Abırlıdır, yerini bilir, duruşu dəyərdir. Amma görən yox. Bir öləndə yada düşüləcək.

Bir də var, ortalıqda bir şey yox, amma qürrələnmək üçün az qala basıb göz çıxardır. Qışqırır, çığırır.

İlahi, nə adamların varmış?!

Bu gün yadıma düşdü: Qənirə Paşayeva, "Show TV”, Ali Kırca moderator, erməni tarixçi yalanlar danışır, Qənirə xanım sözünü kəsir, erməni susur, erməninin dili topuq vurur. Qarabağ mövzusunda ilk böyük televiziya debatı o veriliş idi. Və ilk dəfə əks-hücum əməliyyatına o verilişlə başlamışdıq. Vəfat etdi, torpaq oldu, unuduldu. İllərdir bir yerdə nə etdiklərini nümunə çəkən var, nə də adını.

Çox olar, az olmaz. On üç il öncə İsmayıllının ucqar kəndində bir məktəbli qıza uzatmışdım mikrofonu. Dedi: "Qənirə Paşayeva olmaq istəyirəm. Bilmirəm necə, amma olacağam”. Yığdım, danışdılar. Qız ağladı, sevindi, boynumu qucaqladı.

Görəsən, indi o qız nə edir?!

İki variantdan biridir.

Ya ər evində qızına bu xatirəsini danışıb hörüyünü açır. Ya da bir sinif otağında şagirdini dizinin üstünə oturdub saçını hörür.

Kim bilər, bir Allahdan savayı.

***

Birinci "reels”ə baxırsan:

İndi də debat gedir. Ağız deyəni qulaq eşitmir, qulaq eşidəni də beyin qəbul eləmir. Qaraguruh, qışqırıq, nifrət nitqi. Baxış kəllə-çarx. Partiya sədri danışmaq istəyir, opponenti aparıcı danışır. Qışqırır, barmaq yelləyir, "stəkanı ataram” deyir. Baxış kəllə-çarx.

Sürüşdürüb ikinci "reels”ə baxırsan:

Bir trans əlil uşağa yardım edir. Canlı yayımda 60 min adam. Pul yığılır, trans olur qəhrəman. Qoca kişilər alqış tutur, qadınlar yalvarır ki, mənə də kömək et.

Üçüncüsü alışıqdı. ATV-nin səhər verilişidi. Rəqsanənin qızı yenə ordadı. Bu dəfə atasının səsinə kövrəlib hönkürür.

***
 
On il qabaq bir ümid vardı. Bir "bəlkə” vardı. Bu gün o ümidə sarılıb deyə bilirsən. Deyə bilirsən ki, indi sinif otağında şagirdinə hörük vuran müəllimə arada uşaqlara Qənirə olmaq mübarizəsindən danışır.

Bəs on il sonra?

O qızlar kim olmaq üçün xəyal quracaqlar? Və ya oğlan uşaqları?

Kim bilər, bir Allahdan savayı.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Qara dənizdə yük gəmisi dron hücumuna məruz qalıb - iki Azərbaycan vətəndaşı ölüb
13:36 10.09.2026
Qara dənizdə yük gəmisi dron hücumuna məruz qalıb - iki Azərbaycan vətəndaşı ölüb
Qolları olmayan körpəsindən imtina etdi: Ana və uşağı bundan sonra nə gözləyir? – VƏKİL
13:34 10.09.2026
Qolları olmayan körpəsindən imtina etdi: Ana və uşağı bundan sonra nə gözləyir? – VƏKİL
Qolları olmayan körpə və cavabsız qalan suallar…
13:25 10.09.2026
Qolları olmayan körpə və cavabsız qalan suallar…
İspaniya tarixinin ən isti yayını yaşadı: 61 günlük isti hava dalğası
13:24 10.09.2026
İspaniya tarixinin ən isti yayını yaşadı: 61 günlük isti hava dalğası
Qolları olmayan körpədən imtina edən ana: Psixoloq səbəbləri açıqladı
13:17 10.09.2026
Qolları olmayan körpədən imtina edən ana: Psixoloq səbəbləri açıqladı
Evdəki qatıq 1-2 günə turşuyur, market qatığı isə yox – SƏBƏB
13:06 10.09.2026
Evdəki qatıq 1-2 günə turşuyur, market qatığı isə yox – SƏBƏB
Bank of Baku-dan SOCAR işçilərinə 80.000 AZN-dək kredit – özəl faizlərlə və komissiyasız
13:00 10.09.2026
Bank of Baku-dan SOCAR işçilərinə 80.000 AZN-dək kredit – özəl faizlərlə və komissiyasız
Xocalıda minaya düşən şəxsin ayağı amputasiya olundu
12:50 10.09.2026
Xocalıda minaya düşən şəxsin ayağı amputasiya olundu
Azərbaycanlı dənizçilərin olduğu gəmiyə zərbə endirildi - Ölənlər var
12:46 10.09.2026
Azərbaycanlı dənizçilərin olduğu gəmiyə zərbə endirildi - Ölənlər var
Velosipedçilərə xəbərdarlıq: Avtobus zolağına girsəniz...
12:15 10.09.2026
Velosipedçilərə xəbərdarlıq: Avtobus zolağına girsəniz...
Prezident Qaradağda açılışda iştirak etdi - FOTOLAR
12:09 10.09.2026
Prezident Qaradağda açılışda iştirak etdi - FOTOLAR
Azercell-in innovativ həlləri ABŞ-in Silikon Vadisində və Çində mükafatlar qazandı - FOTOLAR
11:50 10.09.2026
Azercell-in innovativ həlləri ABŞ-in Silikon Vadisində və Çində mükafatlar qazandı - FOTOLAR
Trampa İranla bağlı xəbərdarlıq: Müharibə illərlə davam edə bilər
11:35 10.09.2026
Trampa İranla bağlı xəbərdarlıq: Müharibə illərlə davam edə bilər
Dövlət işçilərinə maaş əlavələri və mükafatlar belə veriləcək - Prezidentdən Fərman
11:27 10.09.2026
Dövlət işçilərinə maaş əlavələri və mükafatlar belə veriləcək - Prezidentdən Fərman
Cekpotdan sonra nə etdilər? - Milyon qazananların ən maraqlı qərarları
11:14 10.09.2026
Cekpotdan sonra nə etdilər? - Milyon qazananların ən maraqlı qərarları
“Unibank”ın İdarə Heyətində dəyişiklik
10:51 10.09.2026
“Unibank”ın İdarə Heyətində dəyişiklik