"Həmişə ürəkdən gülmək istəmişəm, demisən "şitlik eləmə" - Polis əri tərəfindən öldürülən qadının son məktubu

"Həmişə ürəkdən gülmək istəmişəm, demisən "şitlik eləmə" - Polis əri tərəfindən öldürülən qadının son məktubu
SOSİAL
16:41 07.01.2022
577
Xəbər verdiyimiz kimi, Bakıda 24-cü polis şöbəsində əri İsmayıl Məmmədov tərəfindən öldürülən Xanım Məmmədovanın gizli məktubu üzə çıxıb.
 

O,  Bakı Dövlət Universitetinin Tətbiqi Riyaziyyat fakültəsinin məzunu olub. Tələbə olduğu dövrdə İsmayıl Məmmədovla ailə həyatı qurub. Lakin ərinin qadağalarına görə heç vaxt işləməyib. Polis əməkdaşı olan İ.Məmmədov Xanım Məmmədovaya geyim və başqa insanlarla ünsiyyətlə bağlı qadağalar qoyulub.

Cinayətdən sonra Xanım Məmmədovanın çantasından gizlicə yazdığı məktub üzə çıxıb. Məktubda həyat dolu, şən bir qadın olduğunu qeyd edən X.Məmmədova ərinin ona qoyduğu qadağalara görə heç vaxt ürəkdən gülməyi belə bacarmadığını yazıb.

Cinayət işinin istintaqı zamanı X.Məmmədovanın əl çantasındakı pul qabıdan əlyazma mətn çıxıb.

"Haradan başlayım, nə deyim bilmirəm. Ama bir şeyi bilirəm ki, öz həyatımın içində boğuluram, öz qaranlığımda batıram. Kaş ki, sən də mənim səni qəbul etdiyim kimi qəbul edəydin. Bir söz varee, deyirlər ki, hər şeyi olduğu kimi qəbul et, olmağını istədiyin kimi yox. Bax, mən səni olduğun kimi qəbul etmişəm. Ama sən məni olduğum kimi yox, olmağımı istədiyin kimi qəbul etmisən. Beynində başqa bir Xanım yaratmısan, öz istəklərinə uyğun... Mənim hisslərimi, arzularımı, duyğularımı, xəyallarımı heçə sayaraq. Mən də özümü sənin beynində yaratdığın Xanıma görə uyğunlaşdırmışam, özümü və mənliyimi heçə sayaraq. Ama sən bunu heç görmürsən, bəlkə də görə bilmirsən.

Artıq çox yorulmuşam içimdəki deyən, gülən, şən, şıltaq Xanımı sıxıb, sənin beynindəki o Xanım kimi olmaqdan. Bilirəm bu çox axmaqca bir hərəkətdir, çox səhvdir. Sanki özümü, mənliyimi qurban etmişəm. Heç vaxt imkan verməmisən ki, sənin yanında rahat olum, sərbəst olum. Həmişə gülmək istəmişəm ürəkdən, demisən "şitlik eləmə”, nəsə söz demək istəmişəm, demisən "özünü yaxın hiss elədin deyəsən”, "...əldən getdi deyəsən”. Axı sən mənim ailəmsən, mən ən rahat, ən yaxın sənin yanında olmalıyam. Heç vaxt məni başa düşməmisən. Desəm ki, "İsmayıl evdə ürəyim sıxılır, bir az havaya çıxaq”, öz istəyini fikirləşmisən, sənə uyğundursa qoymusan, uyğun deyilsə qoymamısan.

Mənim hisslərim, istəklərim sənin üçün mənasızdır. İnan ki, heç istəməzdim bunu deyim, ama bu belədir həqiqətən. Mənim həyatım ikiyə bölünüb. Anamın, atamın yanında tam rahat olduğum kimi oluram. Ama sənin yanında başqa, tam başqa biri və bunu sən yaratmısan. Sənin yanında nə ürəkdən gülə bilirəm, nə ürəkdən üzülə bilirəm, nə də ürəyimdən keçən sözü deyə bilirəm. Küçə sözlərini, q...ə, cındır, fahişə sözlərini nə qədər demisənsə, artıq psixologiyam pozulub. Özümdən şübhə etməyə başlamışam. Deyirəm görəsən həqiqətən belədi? Bəlkə mən həqiqətən onun dediyi kimiyəm? Sən bilirsən bu hisslər necə qorxuncdu? İnsanın özündən şübhə etmək qədər faciəli bir hiss ola bilməz.

Həyat mənim üçün çox mənasız və sıxıcıdır. Artıq mənəvi və ruhən çox yorğunam. Hələ bu vaxta qədər səninlə ürəkdən söhbət də etməmişik, edə bilməmişik. Çünki həmişə ağzımdan çıxan kəlimələri güdmüsən, Xanım nəsə bir söz desin, problem çıxsın, vurum onu. Boğuluram nəfəs aldıqca. Artıq məni olduğum kimi qəbul et. İnan ki, mən sənin beynində yaratdığın Xanımdan daha da yaxşı, hər şeyi anlayan, xoş, gülərüz, şən biriyəm. Mən pis insan deyiləm İsmayıl, bəsdir artıq məni pis biri kimi tanıtdın hamıya. İçimdəki məni, uşaq kimi, şıltaq, şən, uyumlu Xanımı öldürmə. Məni tanımağa, anlamağa, qəbul etməyə çalış. Sıxmağa, boğmağa, öldürməyə yox. Məni özündən uzaqlaşdırma, yalvarıram. Xəyalımdakı o xoşbəxt ailəni məhv etmə. Çox xoşbəxt anayam, şükür yaradana. Amma xoşbəxt qadın deyiləm. Kömək elə, yardımçı ol ki, mən də xoşbəxt qadın olum...”.

Qeyd edək ki, hadisə 2021-ci il sentyabrın 30-da Nizami rayonundakı 24-cü polis şöbəsində baş verib. Belə ki, əri tərəfindən döyülən qadın onun iş yerinə şikayətə gəlib. Arvadının onun iş yerinə gəlməsini utancverici hal kimi qəbul edən İ.Məmmədov azyaşlı övladlarının gözü qarşısında xidməti silahla 15 dəfə atəş açaraq həyat yoldaşını qətlə yetirib. 

Cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bir sıra publik hüquqi şəxslərin əsasında büdcə təşkilatları yaradılıb - FƏRMAN
16:08 25.06.2026
Bir sıra publik hüquqi şəxslərin əsasında büdcə təşkilatları yaradılıb - FƏRMAN
DİM apellyasiya müraciətlərini ödənişli edə bilər - “Bu, insanları müraciətdən çəkindirəcək” (RƏY)
16:01 25.06.2026
DİM apellyasiya müraciətlərini ödənişli edə bilər - “Bu, insanları müraciətdən çəkindirəcək” (RƏY)
Məzun gecəsi üçün verdikləri 50 minə yaxın pul ələ keçirildi - Rəsmi açıqlama
16:00 25.06.2026
Məzun gecəsi üçün verdikləri 50 minə yaxın pul ələ keçirildi - Rəsmi açıqlama
Prezidentin geri çağırdığı məşhur səfir kimdir? - DOSYESİ
15:53 25.06.2026
Prezidentin geri çağırdığı məşhur səfir kimdir? - DOSYESİ
“Nar”ın dəstəyi ilə inklüziv kulinariya master-klası keçirildi - FOTOLAR
15:52 25.06.2026
“Nar”ın dəstəyi ilə inklüziv kulinariya master-klası keçirildi - FOTOLAR
Azərbaycan universitetləri beynəlxalq reytinqlərdə uğurlarını davam etdirirlər
15:47 25.06.2026
Azərbaycan universitetləri beynəlxalq reytinqlərdə uğurlarını davam etdirirlər
FHN Aqşin Fatehin restoranını bağladı
15:43 25.06.2026
FHN Aqşin Fatehin restoranını bağladı
Prezident bu ölkədəki səfiri geri çağırdı
15:19 25.06.2026
Prezident bu ölkədəki səfiri geri çağırdı
Rövşən Rzayev 66 yaşlı Aparat rəhbəri ilə bağlı qərar verdi - FOTO
15:16 25.06.2026
Rövşən Rzayev 66 yaşlı Aparat rəhbəri ilə bağlı qərar verdi - FOTO
Azercell Silahlı Qüvvələr Günü münasibətilə “Əsgərcell” təklifini istifadəyə verir
15:10 25.06.2026
Azercell Silahlı Qüvvələr Günü münasibətilə “Əsgərcell” təklifini istifadəyə verir
Avropada istidən ölənlərin sayı artdı
14:49 25.06.2026
Avropada istidən ölənlərin sayı artdı
Kahramanmaraşda faciəvi yanğın: 3 nəfər həyatını itirdi
14:42 25.06.2026
Kahramanmaraşda faciəvi yanğın: 3 nəfər həyatını itirdi
Azərbaycanda hərbçilərlə bağlı qərar - Prezident təsdiqlədi
14:40 25.06.2026
Azərbaycanda hərbçilərlə bağlı qərar - Prezident təsdiqlədi
Mütəxəssislər xəbərdarlıq edir: Skoliozun ən kritik dövrü bu yaş arasıdır
14:38 25.06.2026
Mütəxəssislər xəbərdarlıq edir: Skoliozun ən kritik dövrü bu yaş arasıdır
Azərbaycanda Rəqəmsal İstehlak Vərdişləri və Mobil Mikro Maliyyələşmə
14:36 25.06.2026
Azərbaycanda Rəqəmsal İstehlak Vərdişləri və Mobil Mikro Maliyyələşmə
Həşəratların hücumuna məruz qalan aktyor xəstəxanalıq oldu
14:20 25.06.2026
Həşəratların hücumuna məruz qalan aktyor xəstəxanalıq oldu