Hərbçilərin görüntüləri ilə bağlı cinayət işi açıldı

SOSİAL
15:52 21.11.2020
14338
2020-ci ilin 27 sentyabr - 10 noyabr müddətində davam edən silahlı münaqişə zamanı Ermənistan silahlı qüvvələri tərəfindən müharibə qanunlarının və adətlərinin pozulması faktlarına dair Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanaraq hazırda ibtidai istintaq davam etdirilir, cinayət törətmiş şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilməsi istiqamətində zəruri tədbirlər görülür. 

Baş Prokurorluqdan AZXEBER.COM-a bildirilib ki, bununla yanaşı, bəzi kütləvi informasiya vasitələri və sosial media səhifələrində Azərbaycanın hərbi qulluqçularının torpaqlarımızın işğaldan azad edilməsi istiqamətində aparılan döyüş əməliyyatları zamanı həlak olmuş erməni hərbçilərinin meyitləri üzərində təhqiredici hərəkətlər etmələrini, habelə əsir götürülmüş erməni hərbçiləri ilə qeyri-insani rəftarı əks etdirən videogörüntülər yayılıb. 

Həmin videogörüntülər Azərbaycan Respublikasının Baş Prokurorluğu və Hərbi Prokurorluq tərəfindən təhlil edilərək öyrənilmiş, bir çox videoçarxların saxta olması müəyyən edilsə də, bəzilərinin doğru olmasına və reallığı əks etdirməsinə ciddi şübhələr yaranıb. 

Qeyd edilən məlumatlarla bağlı toplanmış materiallar əsasında Hərbi Prokurorluq tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 115.2 (işgəncə vermə, onlarla qəddar və ya qeyri-insani rəftar etmə) və  245-ci (qəbir və ya meyit üzərində təhqiredici hərəkət)  maddələri ilə cinayət işi başlanmış, hazırda həmin videogörüntülərlə bağlı zəruri istintaq-əməliyyat tədbirləri həyata keçirilməklə təqsirli şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilməsi istiqamətində tədbirlər davam etdirilir. 

Bu kimi qanunsuz əməllərə yol vermiş şəxslər müəyyən edilib məsuliyyətə cəlb edilməklə, istintaqın gedişatı və nəticəsi barədə  ictimaiyyətə ətraflı məlumatın verilməsi təmin ediləcəkdir. 

Baş Prokurorluq Azərbaycan Respublikasının vətəndaşlarını və hərbi qulluqçularını yuxarıda qeyd olunan qanun pozuntularının yolverilməzliyi barədə bir daha xəbərdar edir. 

Həmçinin bildirilir ki, 1992-ci ildən başlayaraq Ermənistan tərəfindən işğal olunmuş ərazilərimizdə arxeoloji qazıntıların aparılması, tarixi maddi və mədəni irs abidələrinin talanması, ekoloji cinayətlərlə bağlı Baş Prokurorluğun İstintaq İdarəsində başlanmış cinayət işləri üzrə istintaq aparılır, artıq işğaldan azad edilmiş ərazilərimizdə hadisə yerinə baxış da daxil olmaqla, zəruri istintaq-əməliyyat tədbirləri həyata keçirilir və həmin istintaq hərəkətləri zamanı tarixi abidələrin ermənilər tərəfindən məhv edilməsinə dair əsaslı sübutlar əldə olunur . 

Lakin Ermənistandan fərqli olaraq, Azərbaycan Respublikası müxtəlif mədəniyyətlərin qovuşduğu məkan olaraq, milli-mədəni rəngarənglik mühitinin formalaşdığı, ayrı-ayrı millətlərin və müxtəlif konfessiyaların sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma və dialoq şəraitində yaşadığı ölkə kimi dünyada tanınmışdır. 

Vətəndaşlarımız tolerant və multikulturalizm dəyərlərini əsas tutmaqla mədəniyyətimizə və mentalitetimizə uyğun olmayan hərəkətlərdən çəkinməlidir. Bir daha qeyd edilməlidir ki, işğaldan azad edilmiş ərazilərimizdə hazırda mövcüd olan tarixi, dini və mədəni abidələrin məhv edilməsi və ya onlara hər hansı formada zərər yetirilməsi yolverilməzdir. 

Baş Prokurorluq bəyan edir ki, oxşar xarakterli qanun pozuntularına yol vermiş hərbi və mülki şəxslər barəsində qanunla nəzərdə tutulmuş tədbirlərin görülməsi təmin ediləcəkdir.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

03:00 24.09.2021

Dövlət başçısı: "BMT Təhlükəsizlik Şurasının bəzi qətnamələri bir neçə gündə icra edildiyi halda, bizə gəldikdə 27 il icra olunmamış qaldı"

02:53 24.09.2021

Prezident: "Zəngəzur dəhlizi regionumuz üçün yeni imkanlar yaradacaq"

02:49 24.09.2021

Dövlət başçısı: "Ermənistan transsərhəd Oxçuçay çayını kəskin şəkildə çirkləndirir"

02:48 24.09.2021

İlham Əliyev: "Azərbaycanda artıq Dağlıq Qarabağ adında inzibati ərazi vahidi yoxdur"

02:46 24.09.2021

İlham Əliyev: "Azad olunmuş ərazilərin 7 200 meqavat günəş enerjisi və 2 000 meqavat külək enerjisi potensialı var"

02:45 24.09.2021

Prezident: "BMT Nizamnaməsinə əsasən, Ermənistan Azərbaycana qarşı ağır cinayətlərə görə məsuliyyət daşımalıdır"

02:42 24.09.2021

Prezident: "Azərbaycan tolerantlıq və sülh şəraitində yaşama nümunəsidir"

02:40 24.09.2021

İlham Əliyev: "Azərbaycanda pandemiya ilə bağlı vəziyyət nəzarətə götürülüb"

23:50 23.09.2021

Hikmət Hacıyev İranın XİN başçısının müavini ilə görüşüb - FOTO

23:20 23.09.2021

Həkim-pediatr: “Koronavirusdan sağalan uşaqlarda çoxsistemli iltihab sindromuna daha çox rast gəlinir”

23:05 23.09.2021

Azərbaycan Ermənistanı Beynəlxalq Ədliyyə Məhkəməsinə verdi

22:55 23.09.2021

Husilər Yəmənin bir əyalətini nəzarətə götürüblər

22:38 23.09.2021

Medianın İnkişafı Agentliyində görüş keçirilib - Fotolar

22:31 23.09.2021

BMT-nin Əfqanıstana yardım missiyasının rəhbəri Kabilə qayıdıb

22:12 23.09.2021

Moskvada Azərbaycana qarşı təxribat məzmunlu film – VİDEO

21:46 23.09.2021

Avropa İttifaqı Əfqanıstanda nümayəndəliyinin açılması üzərində işləyir