Astrologiya ilə bağlı yazılarda bəzi bürclərin digərlərinə nisbətən daha çox çətinlik və emosional sınaqlarla üzləşdiyi iddia edilib. Məlumata görə, həyatın "imtahanını daha çətin verdiyi” düşünülən 3 bürc Balıq, Xərçəng və Oğlaqdır.
Balıq bürcü
Balıq bürclərinin həyatı daha çox duyğularla yaşadığı, buna görə də tez-tez məyusluq və emosional sarsıntılarla üzləşdiyi qeyd edilir. Onların insanlara tez güvəndiyi, lakin çox vaxt eyni qarşılığı görə bilmədiyi bildirilir. Buna baxmayaraq, Balıq bürclərinin çətinliklərə baxmayaraq ümid etməyə davam etdiyi vurğulanır.
Xərçəng bürcü
Xərçəng bürclərinin ailə, sevgi və bağlılığa böyük önəm verdiyi, bu səbəbdən də ən çox emosional zərbələri yaxın münasibətlərdən aldığı iddia olunur. Onların hadisələri dərindən yaşadığı və keçmişi unutmaqda çətinlik çəkdiyi qeyd edilir.
Oğlaq bürcü
Oğlaq bürclərinin isə xaricdən güclü və soyuqqanlı görünsə də, həyatın onlara daha çox məsuliyyət və çətinlik yüklədiyi bildirilir. Uğura gedən yolda daha çox əmək sərf etdikləri, lakin zamanla daha güclü və dayanıqlı hala gəldikləri qeyd olunur.