Hikmət Hacıyev: Mediamız qlobal informasiya məkanında mövqeyini gücləndirəcək

Hikmət Hacıyev: Mediamız qlobal informasiya məkanında mövqeyini gücləndirəcək
MEDIA
11:59 22.07.2026
1055
"Bu gün cəmiyyətimiz Azərbaycan milli mətbuatı növbəti ildönümünü qeyd edir. 1875-ci il iyulun 22-də böyük maarifçi Həsən bəy Zərdabi tərəfindən əsası qoyulmuş mətbuatımızın inkişaf yolu əsl vətənpərvərliyin, dövlətçilik ideyalarına sədaqətin və milli tərəqqi uğrunda yorulmaz mübarizənin bariz nümunəsidir".

AZXEBER.COM xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" hesabındakı paylaşımda qeyd edib.

"1990-cı illərin ortalarından başlayaraq Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən media siyasəti ölkəmizdə söz və məlumat azadlığının, fikir plüralizminin təmin edilməsi ilə yanaşı, güclü, peşəkar medianın formalaşması və inkişafı üçün etibarlı zəmin yaratdı. Sonrakı dövrdə Ulu Öndər tərəfindən əsası qoyulmuş siyasətin uğurla davam etdirilməsi, bu istiqamətdə ardıcıl şəkildə həyata keçirilən islahatlar mediamızın müasir çağırışlara uyğun inkişafınıtəmin etdi, qlobal informasiya məkanında təsir imkanlarını genişləndirdi.

44 günlük Vətən müharibəsi dövründə mediamız əsl vətənpərvərlik, həmrəylik nümunəsi ortaya qoyaraq haqq səsimizin dünya ictimaiyyətinə çatdırılmasında, ölkəmizə qarşı həyata keçirilən informasiya təxribatlarının ifşa edilməsində mühüm rol oynadı. Prezident İlham Əliyev Azərbaycan mediasının fəaliyyətini qiymətləndirərək bildirib: "Bu gün bizim mediamız nəinki ölkə daxilində, hətta beynəlxalq müstəvidə çox böyük nüfuz qazanıb və bunu tam səmimiyyətlə deyirəm... Bu gün Azərbaycan mediası dövlət maraqlarını qorumağa qadirdir.

Azərbaycana qarşı olan əsassız ittihamları arqumentlərlə, ciddi təhlillə və faktlar əsasında ifşa etməkdə də böyük uğurlar əldə edib. Bizim mediamız nəinki dövlət maraqlarını müdafiə edir, eyni zamanda, lazım gəldikdə hücuma da keçir”.

Dünyada və regionumuzda mürəkkəb proseslərin cərəyan etdiyi, müharibələr və qarşıdurmaların səngimədiyi bir dövrdə Azərbaycan təhlükəsizliyi, inkişaf dinamikası ilə seçilir, müstəqil və prinsipial siyasətini, güc mərkəzləri ilə bərabərhüquqlu tərəfdaşlıq əlaqələrini daha da genişləndirir. Sevindirici haldır ki, mediamız öz fəaliyyətini mövcud reallığa uyğunlaşdırmağı bacarır, qlobal informasiya məkanında müasir trendləri nəzərə alır, qabaqcıl texnologiyaların tətbiqi, rəqəmsallaşma, süni intellekt və digər bu kimi inkişaf perspektivini müəyyənləşdirən vacib məsələlərin həllində fəallığı ilə seçilir. Əminik ki, mediamız qlobal informasiya məkanında əldə etdiyi mövqeləri daha da genişləndirəcək, eyni zamanda, öz fəaliyyət prinsiplərinə sədaqət nümayiş etdirərək cəmiyyətimizdə vətənpərvərliyin, milli həmrəyliyin daha da güclənməsi, milli maraqlarımızın müdafiəsində səylərini əsirgəməyəcək.

Azərbaycan mediasını, əziz jurnalistlərimizi peşə günü münasibətilə səmimi qəlbdən təbrik edir, sizə cansağlığı və dəyərli fəaliyyətinizdə uğurlar arzulayıram", - Prezidentin köməkçisi qeyd edib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Övladınızın məktəb alış-verişinə nə qədər pul xərclədiniz? – VİDEOSORĞU
16:14 09.09.2026
Övladınızın məktəb alış-verişinə nə qədər pul xərclədiniz? – VİDEOSORĞU
Məşhur aparıcılar televiziyadan “Youtube”yə keçir - Orada verilişlərə kim nəzarət edəcək?
16:05 09.09.2026
Məşhur aparıcılar televiziyadan “Youtube”yə keçir - Orada verilişlərə kim nəzarət edəcək?
Paşinyan Fransaya gedib
16:01 09.09.2026
Paşinyan Fransaya gedib
Yasamalda hazır mənzil almaq istəyənlər üçün 3 fərqli ödəniş imkanı
15:47 09.09.2026
Yasamalda hazır mənzil almaq istəyənlər üçün 3 fərqli ödəniş imkanı
Birbank Taksit kartı sentyabrda daha çox qazandırır: 3% əlavə bonus
15:24 09.09.2026
Birbank Taksit kartı sentyabrda daha çox qazandırır: 3% əlavə bonus
Havalar soyuyur, balıq mövsümü başlayır – Küçədə satılan balıqlarla bağlı XƏBƏRDARLIQ
15:16 09.09.2026
Havalar soyuyur, balıq mövsümü başlayır – Küçədə satılan balıqlarla bağlı XƏBƏRDARLIQ
Prezident Şarovskinin vəfatı ilə bağlı nekroloq imzaladı
15:14 09.09.2026
Prezident Şarovskinin vəfatı ilə bağlı nekroloq imzaladı
"WhatsApp" istifadəçilərinə xəbərdarlıq: Bunu mütləq bilməlisiniz
15:13 09.09.2026
"WhatsApp" istifadəçilərinə xəbərdarlıq: Bunu mütləq bilməlisiniz
Gürcüstandan qalxan təyyarə Türkiyədə dənizə məcburi eniş etdi: 2 nəfər axtarılır
15:12 09.09.2026
Gürcüstandan qalxan təyyarə Türkiyədə dənizə məcburi eniş etdi: 2 nəfər axtarılır
"Smart" televizorlar haqda şok iddia: Sönülü olduğu halda belə danışıqlarınızı qeydə alır
15:10 09.09.2026
"Smart" televizorlar haqda şok iddia: Sönülü olduğu halda belə danışıqlarınızı qeydə alır
Futbol tarixində ilk: 22 yaşlı qız bu klubun baş məşqçisi təyin edildi
15:07 09.09.2026
Futbol tarixində ilk: 22 yaşlı qız bu klubun baş məşqçisi təyin edildi
Madriddə MAMA “Ana təbiət” beynəlxalq incəsənət sərgisinin açılışı olub - FOTOLAR
15:02 09.09.2026
Madriddə MAMA “Ana təbiət” beynəlxalq incəsənət sərgisinin açılışı olub - FOTOLAR
“Əmanətə Sədaqət” layihəsi çərçivəsində şəhid övladları üçün Bilik Günü tədbiri keçirildi - FOTOLAR
14:42 09.09.2026
“Əmanətə Sədaqət” layihəsi çərçivəsində şəhid övladları üçün Bilik Günü tədbiri keçirildi - FOTOLAR
Yaxın günlərdə Coşqunun toyu olacaqmış...
14:38 09.09.2026
Yaxın günlərdə Coşqunun toyu olacaqmış...
Kanat yollarında gizli təhlükə: Tros nə vaxt istifadədən çıxarılmalıdır?
14:29 09.09.2026
Kanat yollarında gizli təhlükə: Tros nə vaxt istifadədən çıxarılmalıdır?
“Şagird oxuya bilir, amma oxuduğunu anlamır” - Təhsildəki bu problem necə həll ediləcək?
14:18 09.09.2026
“Şagird oxuya bilir, amma oxuduğunu anlamır” - Təhsildəki bu problem necə həll ediləcək?