Hindistanda təhlükəli virus can almağa davam edir: 22 uşaq ölüb

Hindistanda təhlükəli virus can almağa davam edir: 22 uşaq ölüb
DÜNYA
13:54 05.08.2026
212
Hindistanda Chandipura virusu səbəbindən 22 uşağın həyatını itirməsindən sonra hökumət milli müdaxilə qrupunu səfərbər edib.

AZXEBER.COM xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Hindistanın Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, virusla mübarizədə yerli səhiyyə əməkdaşlarına dəstək göstərmək məqsədilə Qucarat və Racastan ştatlarına milli müdaxilə qrupu göndərilib.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, Chandipura virusu əsasən musson mövsümündə qumsinekləri, ağcaqanadlar və gənələr vasitəsilə yayılır.

Virus yoluxduğu şəxslərdə beyin iltihabına səbəb olur və ağır hallarda ölümlə nəticələnə bilir.
 
Gülay
OXŞAR XƏBƏRLƏR