Hökməli dairəsində piyadaların keçidi üçün şərait yoxdur? - VİDEO

Hökməli dairəsində piyadaların keçidi üçün şərait yoxdur? - VİDEO
SOSİAL
00:38 18.09.2026
70

Bakı-Şamaxı avtomobil yolunun Abşeronun Hökməli qəsəbəsi ərazisindən keçən hissəsində piyada zolağı yoxdur. Sakinlər bu səbəbdən sürətli yolda özlərini təhlükəyə atırlar.

AZXEBER.COM-un Xezerxeber.az-a istinadən məlumatına görə, sakinlər deyirlər ki, avtomobillərin intensiv hərəkət etdiyi Hökməli dairəsində ciddi çətinlik yaşayırlar.

Yoldan keçmək istəyən sakinlər uzun müddət gözləməli olur. Çünki nəqliyyat vasitələri yüksək sürətlə hərəkət edir və piyadaların keçməsi üçün kifayət qədər şərait yaranmır.

AYNA-dan verilən məlumata görə, piyada təhlükəsizliyinin təmin edilməsi və dairəvi qovşaq ətrafında sıxlıq hallarının yaranmasının qarşısının alınması məqsədilə piyada keçidi sözügedən qovşaqdan 30 metr məsafədə təşkil edilib. Hərəkət iştirakçıları ərazidə mövcud olan nişanların tələblərinə riayət etməlidirlər.

OXŞAR XƏBƏRLƏR