Baku TV-nin "Yekunlaşdıraq" verilişinin yeni buraxılışı yayımlanıb.
Bakıda keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun beynəlxalq münasibətlər sistemində rolu nədən ibarətdir?
Azərbaycanın daxili işlərinə müdaxilə cəhdləri, Türkiyəyə və Azərbaycana münasibətdə ikili standartlar hansı məqamları üzə çıxarır?
Qarşıdakı geosiyasi çağırışlar fonunda Türk dünyasının birliyi nə dərəcədə əhəmiyyətlidir? Regionda yeni münaqişə təhlükəsi hansı nəticələrə səbəb ola bilər?
İran ətrafında yarana biləcək hərbi gərginlik Hörmüz boğazından keçən internet kabellərinə və qlobal iqtisadiyyata necə təsir göstərə bilər?
Verilişdə bu və digər aktual məsələlər ətrafında müzakirələr aparılıb.











































