İcra başçılarının maaşları açıqlandı - 4500, 5600 və 7650 manat ...

İcra başçılarının maaşları açıqlandı - 4500, 5600 və 7650 manat ...
SİYASƏT
16:19 13.11.2025
912
İqtisadçı-ekspert Natiq Cəfərli Azərbaycanda icra başçılarının maaşlarının bölgülərinə və real gəlirləri ilə həyat tərzləri arasındakı uyğunsuzluğa diqqət çəkib.

AZXEBER.COM-un məlumatına görə, ekspert inzibati-ərazi vahidləri üzrə icra başçılarının aylıq maaşlarını paylaşıb.

Bakı şəhər icra başçısı – 7650 manat

Gəncə və Sumqayıt şəhərlərinin icra başçıları – 5625 manat

Əhalisi 100 mindən çox olan rayonlar – 4587,5 manat (Abşeron, Masallı, Şəmkir və s.)

Əhalisi 50–100 min arası olan rayonlar – 4225 manat (Ucar, Lerik, Beyləqan və s.)

Əhalisi 50 minə kimi olan rayonlar – 3837,5 manat (Xızı, Sədərək, Daşkəsən və s.)

Natiq Cəfərlinin sözlərinə görə, bu məbləğlərdən 14% gəlir vergisi, 3% DSMF, 2% icbari tibbi sığorta, 0,5% işsizlik sığortası və YAP-a üzvlük haqqı tutulur.

Natiq Cəfərli bildirib ki, icra başçılarının maaşları 1 mart 2022-ci ildən artırılıb. Həmin tarixdən onların əsas maaşına 1,5 misli əlavə tətbiq olunur. Məsələn, 2022-ci ilə qədər Bakı şəhər icra başçısının maaşı cəmi 3060 manat idi:

"Məsələn, Xızı rayonunun icra başçısı 2012-ci ildən bu vəzifədədir. 2012–2022-ci illər arasında bütün tutulmalardan sonra ayda təxminən 1700 manat maaş alırdı. Hazırda isə bu məbləğ 3000 manat civarındadır. Amma sual yaranır: həmin şəxs bu gəlirlə necə dolanıb? Yaşadığı ev, sürdüyü avtomobil bu maaşa uyğundurmu?”

N.Cəfərli vurğulayıb ki, söhbət təkcə Xızı rayonundan getmir, istənilən rayonun icra başçısı ilə bağlı eyni suallar meydana çıxır. 
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycanda saatlıq maaş tətbiq ediləcək – 1 saatın qiyməti bu qədər ola bilər
15:18 05.11.2026
Azərbaycanda saatlıq maaş tətbiq ediləcək – 1 saatın qiyməti bu qədər ola bilər
"Azərbaycan bu gün qalib, bütövləşən ölkə olaraq yeni hədəflərə doğru inamla addımlayır"
15:11 05.11.2026
"Azərbaycan bu gün qalib, bütövləşən ölkə olaraq yeni hədəflərə doğru inamla addımlayır"
Əhməd İsmayılov: Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir
14:56 05.11.2026
Əhməd İsmayılov: Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir
Metroda “Qarabağın Dirçəlişi: Azərbaycan İntibahının Hekayəsi” fotosərgisi keçirilir
14:49 05.11.2026
Metroda “Qarabağın Dirçəlişi: Azərbaycan İntibahının Hekayəsi” fotosərgisi keçirilir
Gürcüstanla bağlı təhlükəli ssenari: Avropa İttifaqı hansı addımı atmağa hazırlaşır?
14:37 05.11.2026
Gürcüstanla bağlı təhlükəli ssenari: Avropa İttifaqı hansı addımı atmağa hazırlaşır?
Daha bir marşrutun avtobusları yenilənir
14:19 05.11.2026
Daha bir marşrutun avtobusları yenilənir
“İşləməyən şəxslər də vəfat edəndə dəfn pulu ödənilsin”
14:08 05.11.2026
“İşləməyən şəxslər də vəfat edəndə dəfn pulu ödənilsin”
Gədəbəyin icra başçısı "Gəncə təndiri"ni ziyarət etdi, tənqid olundu
14:05 05.11.2026
Gədəbəyin icra başçısı "Gəncə təndiri"ni ziyarət etdi, tənqid olundu
Məzuniyyət günlərini pula dəyişmək tarixə qovuşur? - 32 ildə dəyişənlər
14:01 05.11.2026
Məzuniyyət günlərini pula dəyişmək tarixə qovuşur? - 32 ildə dəyişənlər
Siqaret, telefon, avtomobil... – Daha hansı mallara aksiz vergisi ödəyirik?
13:46 05.11.2026
Siqaret, telefon, avtomobil... – Daha hansı mallara aksiz vergisi ödəyirik?
Dünya ölkələri vətəndaşlarına xəbərdarlıq edir - “Hər şey birdən çökə bilər”
13:44 05.11.2026
Dünya ölkələri vətəndaşlarına xəbərdarlıq edir - “Hər şey birdən çökə bilər”
"İsmayıl məqamı" sənədli filmi təqdim olundu - FOTOLAR
13:40 05.11.2026
"İsmayıl məqamı" sənədli filmi təqdim olundu - FOTOLAR
Sosial ödənişlər artır - Bu yeniliklər gözlənilir
13:22 05.11.2026
Sosial ödənişlər artır - Bu yeniliklər gözlənilir
Ərdoğandan Azərbaycana səfəri barədə - Açıqlama
13:19 05.11.2026
Ərdoğandan Azərbaycana səfəri barədə - Açıqlama
Leysan, şimşək, dolu - Sabahın havası
13:14 05.11.2026
Leysan, şimşək, dolu - Sabahın havası
Zelenski: ABŞ yardımı artsa, Putin geri çəkilə bilər
12:59 05.11.2026
Zelenski: ABŞ yardımı artsa, Putin geri çəkilə bilər