İdman xadimindən açıqlama: "İllərlə göstərilən diqqət və qayğını unutmaq və danmaq olmaz"

İdman xadimindən açıqlama: "İllərlə göstərilən diqqət və qayğını unutmaq  və danmaq olmaz"
MANŞET
10:46 31.07.2017
2953
Son günlər güləşçilərlə federasiya arasında yaşanan maaş qalmaqal daha da böyüyüb.
 
Ölkənin gündəm mövzusuna çevrilən bu məsələ haqda Azərbaycanın Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi, MOK-un üzvü Cavanşir Qurbanov AZXEBER.COM-a geniş açıqlama verib.
 
O son günlər yaşananlardan narahat olduqlarını deyib: "Son günlər güləş ailəsində baş verən xoşagəlməz olaylar, məni güləşə doğma bir insan olaraq hədsiz dərəcədə narahat etdi. Güləş elə bir idman növüdür ki, çətinliklərə sinə gəlib həmişə. İllərlə bu idman növünün quruculuğunda olmuş bir vətəndaş kimi, onu deyə bilərəm ki, müstəqilliyimizin ilk çağlarında maliyyə çətinliklərinə, təlim-məşq toplantılarının olmamasına, maaşların çox az miqdarda verilməsinə, maddi texniki bazanın zəif olmasına, lazımi idman inventarının azlığına baxmayaraq, güləş idman növü həmişə yüksək və stabil nəticələri ilə fərqlənir və ən əsası Azərbaycanımızın milli idman növü olduğunu dünyaya sübut edib.
 
Federasiya rəsmisi deyib ki, Azərbaycanda idmana dövlət qayğısı var: "Bu gün biz güclü dövlətik. Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin rəhbəri, cənab İlham Əliyevin idmana xüsusi diqqət və qayğısı var. Və bu dəstək nümunəsi heç bir digər dövlətlərdə yoxdur. Bu da idmanı, vətəni, bayrağı sevən vətənpərvər idmançı üçün yetərlidir.
 
Cavanşir Qurbanov idmançıların etirazına da münasibət bildirib və buna görə məşqçi korpusunu qınayıb: "Amma çox təəssüf ki, güləş ailəsində baş verən anlaşılmamazlıqlar məşqçi korpusunun ideoloji işinin tam peşəkarcasına aparılmamasının nəticəsidir ki, güləşçilər sosial şəbəkələrdə ictimai qınağa çevrilmişdir. Mən bir idman xadimi kimi, illərlə güləşdə zəhməti olan bir Azərbaycan vətəndaşı olaraq bir ata kimi idmançılarımıza onu tövsiyyə edirəm ki, hər kəs onun üzərinə düşən öz işi ilə məşğul olmalı və qarşıdan gələn Güləş üzrə Dünya Çempionatına məsuliyyətlə hazırlaşaraq ölkəmizə yüksək nəticələrlə qayıtmalıdırlar. Məşqçilərimizə onu tövsiyə edirəm ki, idmançıları diqqətlə dinləyib, növbəti dövr üçün konseptual sənəd hazırlasınlar. Biz bu gün Mübariz İbrahimov kimi qəhrəmanlarla öyünürük. Sizi də gənclərimiz bu qəhrəmanlar sırasında qəbul edərək, sizdən nümunə götürürlər. Sizin əməlləriniz gənclərimizə örnək olmalıdır.
 
Cavanşir Qurbanov mətbuat nümayəndələrinə də müraciət edib: "Mediadakı dostlarımıza onu tövsiyə edirəm ki, biz həmişə birləşməyi bacaran, çətinliklərdən düzgün çıxış yolu tapa bilən insanlarıq. Vaxtilə Rəsul Çunayevin erməni idmançısına məğlubiyyətini tənqid və təhqirlər deyil, əksinə dəstək olub onu ruhlandıran və yenidən erməni və digər rəqiblərə qalib gəlməsi üçün zəmin yaradan bizim sizlərlə birliyimiz oldu və olacaq.
 
O idmançıların şəraitindən də danışıb və deyib ki, idmançılara hər cür qayğı göstərilir: "Onu da xatirladım ki, bu gün hər bir yığma üzvü, məşqçilərimiz və hakimlərimiz idmanla yanaşı bu və ya digər sahələrdə işlə təmin olunmaqla yanaşı sosial məişət problemləri öz həllini tapır. Böyük əksəriyyəti isə Dövlət qulluğunda mühüm vəzifələrdə çalışırlar. İllərlə göstərilən diqqət və qayğını unutmaq və danmaq olmaz! Əminliklə deyə bilərəm ki, Gənclər və İdman Nazirliyimiz, Milli Olimpiya Komitəsi, Fedrasiyalar, İdman Cəmiyyətlərinin və klubların birgə fəaliyyəti hələ uzun illər müstəqil Azərbaycanımıza yeni-yeni idmançı adlarını bəxş edəcək, yüksək nəticələrlə ölkə Prezidentinin bu qayğısı müqabilində cavab olaraq xalqımızı qalibiyyət himni ilə sevindirəcək. Sonda isə Sizə bir atalar sözünü xatırladım: "Gözü toxa, ağzındakı yetər, ac gözə dünya yetməz!”
 
AZXEBER.COM 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bakıda şagirdin saçı qırxıldı - Dərsdə saqqız çeynədiyinə görə - VİDEO
23:01 08.06.2026
Bakıda şagirdin saçı qırxıldı - Dərsdə saqqız çeynədiyinə görə - VİDEO
Arazda batan 11-ci sinif şagirdinin axtarışları davam edir: Suyun səviyyəsi endirildi
22:56 08.06.2026
Arazda batan 11-ci sinif şagirdinin axtarışları davam edir: Suyun səviyyəsi endirildi
Vurulan gəmidə olan azərbaycanlıdan hələ də xəbər yoxdur: Yaxınları DANIŞDILAR - VİDEO
22:53 08.06.2026
Vurulan gəmidə olan azərbaycanlıdan hələ də xəbər yoxdur: Yaxınları DANIŞDILAR - VİDEO
Qəbul imtahanında gözlənilməz mənzərə: kənarlaşdırılanlar arasında müəllim var
22:48 08.06.2026
Qəbul imtahanında gözlənilməz mənzərə: kənarlaşdırılanlar arasında müəllim var
Azərbaycan və Suriya arasında ilk konsulluq məsləhətləşmələri keçirilib
22:42 08.06.2026
Azərbaycan və Suriya arasında ilk konsulluq məsləhətləşmələri keçirilib
Amsterdamda “Qırmızı bağ” filmi nümayiş etdirildi - VİDEO
22:40 08.06.2026
Amsterdamda “Qırmızı bağ” filmi nümayiş etdirildi - VİDEO
Bakının iki rayonunda işıq kəsiləcək
22:37 08.06.2026
Bakının iki rayonunda işıq kəsiləcək
Avtobusa minənləri SEVİNDİRƏN QƏRAR - Yeni qaydalar açıqlandı
22:26 08.06.2026
Avtobusa minənləri SEVİNDİRƏN QƏRAR - Yeni qaydalar açıqlandı
Pensiya və sosial müvinətlərlə bağlı ŞAD XƏBƏR
22:16 08.06.2026
Pensiya və sosial müvinətlərlə bağlı ŞAD XƏBƏR
Paytaxtın bu ərazilərində qaz kəsiləcək
22:08 08.06.2026
Paytaxtın bu ərazilərində qaz kəsiləcək
DÇ-2026: Türkiyənin oyunları bu saatda başlayacaq - TƏQVİM
22:00 08.06.2026
DÇ-2026: Türkiyənin oyunları bu saatda başlayacaq - TƏQVİM
Pulsuz təhsil alan məzunlar işləməyə regionlara göndərilə bilər - AÇIQLAMA
21:52 08.06.2026
Pulsuz təhsil alan məzunlar işləməyə regionlara göndərilə bilər - AÇIQLAMA
"Yaxşı edib üstünə sürürəm, ağıllı ol" - İşıqforda başlayan dava qəza ilə bitdi - VİDEO
21:47 08.06.2026
"Yaxşı edib üstünə sürürəm, ağıllı ol" - İşıqforda başlayan dava qəza ilə bitdi - VİDEO
Həftənin dörd şanslı BÜRCÜ: Pul sel kimi axacaq
21:37 08.06.2026
Həftənin dörd şanslı BÜRCÜ: Pul sel kimi axacaq
Toyları səhv salıb yarım saat pulsuz oxudu - Video
21:34 08.06.2026
Toyları səhv salıb yarım saat pulsuz oxudu - Video
İran hava məkanındakı bütün uçuş məhdudiyyətləri aradan qaldırıldı
21:22 08.06.2026
İran hava məkanındakı bütün uçuş məhdudiyyətləri aradan qaldırıldı