İdmana gedən şəxslər bunu bilməlidir - Kardioloqdan açıqlama

İdmana gedən şəxslər bunu bilməlidir - Kardioloqdan açıqlama
ÖZƏL
16:51 30.09.2025
923
Son vaxtlar infarkt səbəbindən dünyasını dəyişənlərin sayı artmaqdadır. Dünən 49 yaşlı Cabir İmanov da infarkt nəticəsində vəfat edib. 

Həkimlər bildirirlər ki, infarkt artıq gənc yaşlarda da müşahidə olunur və bu səbəbdən "gəncləşmiş” xəstəlik kimi qiymətləndirilir. 

Kardioloq Sevinc Quliyeva AZXEBER.COM-a açıqlamasında bildirib ki, gənclər səhhətlərini yoxlamadan ağır idman rejimi götürürlər: 

"İdman zallarında heç vaxt nə kardioloqdan, nə də terapevtdən istifadə olunduğunu eşitməmişəm. Bizə xəstələr müraciət edərkən ilk olaraq onların kardioloji vəziyyətini, qandakı xolesterin səviyyəsini öyrənir, daha sonra qaçışa icazə veririk. Müayinə etmədən qaçışa icazə verən həkimlər təcrübəsizdir. 

İdman zalına gələn insanlardan heç vaxt sağlamlıq haqqında arayış tələb olunmur. Sadəcə olaraq müəyyən dərəcədə hovuzlara gedəndə göbələk xəstəliyinin olmaması ilə bağlı sənəd istənilir. Amma yüngül atletika salonlarında heç bir müayinə kağızı tələb edilmir”.

Həkim deyib ki, infarktın digər səbəbləri isə yağlı yeməklər və hərəkətsizlikdir:

"İnsanlar daha çox hərəkət etməlidirlər. Eyni zamanda stressdən uzaq olmaq vacibdir. Sosial şəbəkələrdən çox istifadə belə stressə səbəb olur. İnsanlar bacarmadıqları yükləri üzərlərinə götürürlər – məsələn, ailə məsuliyyəti, ağır iş və sair. Hər kəs bahalı həyat yaşamaq üçün ağır yükün altına girir. Bundan başqa, insanlar siqaretdən də uzaq durmalıdırlar. Siqaret çəkən insanla çəkməyən arasında çox böyük fərq var”.

"Televiziya, radio, sosial şəbəkələr və məktəblərdə bu barədə maarifləndirici təbliğatlar olmalıdır”-, kardioloq qeyd edib. 

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Akkreditasiya Şurasından qərar: 6 universitetə müsbət, birinə mənfi rəy
17:56 22.07.2026
Akkreditasiya Şurasından qərar: 6 universitetə müsbət, birinə mənfi rəy
Qızılca və suçiçəyinə yoluxanların sayı açıqlandı - RƏSMİ
17:52 22.07.2026
Qızılca və suçiçəyinə yoluxanların sayı açıqlandı - RƏSMİ
Bu şəxslər üçün ödənişsiz avtobuslar ayrıldı
17:37 22.07.2026
Bu şəxslər üçün ödənişsiz avtobuslar ayrıldı
Dələduzluqda ittiham olunan şəxs Azərbaycana ekstradisiya edildi
17:30 22.07.2026
Dələduzluqda ittiham olunan şəxs Azərbaycana ekstradisiya edildi
Ev dustaqlığında sosial şəbəkə qadağası: Qanun nə deyir? – Vəkildən açıqlama
17:06 22.07.2026
Ev dustaqlığında sosial şəbəkə qadağası: Qanun nə deyir? – Vəkildən açıqlama
Rəşad Məcid: "Yeni dövr mətbuatın qarşısında yeni vəzifələr qoyur"
16:58 22.07.2026
Rəşad Məcid: "Yeni dövr mətbuatın qarşısında yeni vəzifələr qoyur"
151 il, bir missiya: Milli mətbuatın yubileyinə dövlət qurumlarından baxış
16:50 22.07.2026
151 il, bir missiya: Milli mətbuatın yubileyinə dövlət qurumlarından baxış
Prezident Fərman imzaladı
16:28 22.07.2026
Prezident Fərman imzaladı
Gələcəyin rəhbərləri üçün ideal seçim – ADNSU Biznes Məktəbinin MBA proqramının üstünlükləri – FOTO
16:26 22.07.2026
Gələcəyin rəhbərləri üçün ideal seçim – ADNSU Biznes Məktəbinin MBA proqramının üstünlükləri – FOTO
Nazirlər Kabineti iki ay müddətində müəllimlər üçün geyimlə bağlı tələbləri təsdiqləyəcək
15:50 22.07.2026
Nazirlər Kabineti iki ay müddətində müəllimlər üçün geyimlə bağlı tələbləri təsdiqləyəcək
Rüfət Əhmədzadə vəfat etdi
15:32 22.07.2026
Rüfət Əhmədzadə vəfat etdi
Ev, avtomobil, torpaq - Vətəndaşlar kredit üçün banklara ən çox hansı əmlakı girov qoyur?
15:26 22.07.2026
Ev, avtomobil, torpaq - Vətəndaşlar kredit üçün banklara ən çox hansı əmlakı girov qoyur?
“Qarabağ”- “CSKA SOFIA” oyunundan əvvəl fan zona təşkil olunacaq
15:12 22.07.2026
“Qarabağ”- “CSKA SOFIA” oyunundan əvvəl fan zona təşkil olunacaq
Buraxılış imtahanında xarici dildən hansı model tətbiq olunacaq?
15:02 22.07.2026
Buraxılış imtahanında xarici dildən hansı model tətbiq olunacaq?
Aydın Tağıyev Həsən bəy Zərdabi adına mükafata layiq görülüb
14:58 22.07.2026
Aydın Tağıyev Həsən bəy Zərdabi adına mükafata layiq görülüb
Bir “CNBC” və “Statista” tərəfindən “Dünyanın aparıcı fintexləri” sırasına daxil edilib
14:47 22.07.2026
Bir “CNBC” və “Statista” tərəfindən “Dünyanın aparıcı fintexləri” sırasına daxil edilib