İlginc olay: Trans hamilə qaldı, həm ana, həm də ata oldu

İlginc olay: Trans hamilə qaldı, həm ana, həm də ata oldu
DÜNYA
00:06 24.01.2023
926

Amerikalı trans Denni Wakefield kişi olmaq üçün keçirdiyi əməliyyatlara baxmayaraq hamilə qalıb və uşaq dünyaya gətirib.

AZXEBER.COM xəbər verir ki, ABŞ-ın Sietl şəhərində yaşayan trans Denni Wakefield hamilə qalıb və uşaq dünyaya gətirib.

Qız doğulan, lakin bir sıra cinsiyyət dəyişdirmə əməliyyatları keçirən 36 yaşlı Wakefield 2 il əvvəl hamilə qaldıqda böyük sürprizlə üzləşib. 9 illik cinsiyyət dəyişdirmə prosesində testosteron dərmanlarına ara verərkən bir gecəlik münasibət zamanı hamilə qaldığını açıqlayan Wakefield açıqlamasında "Özümü qadın kimi hiss etmirəm, amma orqanlarımın mənə təklif etdiyi bu surprizi rədd etmək istəmədim”, - deyə bildirib.

Hamilə qaldıqda şoka düşdüyünü, daha sonra həm ana, həm də ata olmağa hazırlaşmağa başladığını bildirən Denni Wakefield sosial şəbəkədə bütün yaşadıqlarını izləyiciləri ilə paylaşıb. 

Wakefield1 milyondan çox izləyicisi olduğu sosial mediada çox müsbət şərhlər aldığını bildirib. O, həkimlərin də bu hadisədən şoka düşdükərini bildiriblər.

Ayşən

 


OXŞAR XƏBƏRLƏR