İlham Əliyev: “Sevan gölü yoxdur, Göyçə gölü var”

İlham Əliyev: “Sevan gölü yoxdur, Göyçə gölü var”
SİYASƏT
15:16 03.11.2025
210

Azərbaycanlılar heç vaxt "separatizm xəstəliyindən” əziyyət çəkməyiblər, əksinə, yaşadıqları ölkələrin dövlətçiliyinin inkişafına töhfə veriblər.

AZXEBER.COM xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının 80 illiyinə həsr olunmuş tədbirdə çıxışı zamanı bildirib.

"Qarabağdan və Şərqi Zəngəzurdan danışarkən Azərbaycanın tarixini də xatırlamamaq mümkün deyil.

Təəssüf ki, uzun illər ərzində erməni tərəfi və diasporu tariximizi saxtalaşdırıb, bu təbliğat hələ də davam edir. Biz buna qarşı öz elmi həqiqətlərimizi qoymalıyıq.

Azərbaycanlılar öz zəngin tarixini, qədim dövlətçilik ənənələrini bilməlidirlər. Xalqımız hər zaman geniş ərazilərdə yaşayıb və bu gün də mövcud sərhədlərimizin hər iki tərəfində azərbaycanlılar yaşayırlar. Azərbaycanlılar heç vaxt "separatizm xəstəliyinə” tutulmayıblar — əksinə, yaşadıqları ölkələrin dövlətçiliyinə töhfə veriblər.

Buna görə də azərbaycanlıların tarixi torpaqlarına — indiki Ermənistan ərazisinə — qayıdışı erməni xalqını qorxutmamalıdır. Mən artıq demişəm: biz ora tanklarda yox, avtomobillərlə qayıtmalıyıq. Bunun üçün həm dövlət qurumları, həm ictimai təşkilatlar, həm də, əlbəttə, alimlər fəaliyyət göstərməlidirlər.


Alimlər bu mövzuda çoxsaylı əsərlər hazırlayıblar, amma bunların sayı daha da artmalıdır — elmi tədqiqatlar, sərgilər, nəşrlər, tarixi xəritələr. XX əsrin əvvəllərinə aid çar Rusiyasının xəritələrində açıq şəkildə görünür ki, indiki Ermənistan ərazisindəki demək olar bütün toponimlər Azərbaycan mənşəlidir: Sevan gölü deyil, Göyçə gölü yazılıb.

Bu xəritələri biz tərtib etməmişik — bunları çar Rusiyası hazırlayıb. Həmin dövrdə Rusiya İran və Şərqi Anadoludan erməniləri Qarabağa köçürüb, bölgənin etnik tərkibini dəyişmək istəyib. Bu xəritələr tarixi həqiqətin əksidir. Biz onları öyrənməli və dünyada tanıtmalıyıq”, — deyə İlham Əliyev vurğulayıb.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Crescent Mall"da nə baş verib? – Açıqlama
15:20 05.11.2026
"Crescent Mall"da nə baş verib? – Açıqlama
Azərbaycanda saatlıq maaş tətbiq ediləcək – 1 saatın qiyməti bu qədər ola bilər
15:18 05.11.2026
Azərbaycanda saatlıq maaş tətbiq ediləcək – 1 saatın qiyməti bu qədər ola bilər
"Azərbaycan bu gün qalib, bütövləşən ölkə olaraq yeni hədəflərə doğru inamla addımlayır"
15:11 05.11.2026
"Azərbaycan bu gün qalib, bütövləşən ölkə olaraq yeni hədəflərə doğru inamla addımlayır"
Əhməd İsmayılov: Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir
14:56 05.11.2026
Əhməd İsmayılov: Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir
Metroda “Qarabağın Dirçəlişi: Azərbaycan İntibahının Hekayəsi” fotosərgisi keçirilir
14:49 05.11.2026
Metroda “Qarabağın Dirçəlişi: Azərbaycan İntibahının Hekayəsi” fotosərgisi keçirilir
Gürcüstanla bağlı təhlükəli ssenari: Avropa İttifaqı hansı addımı atmağa hazırlaşır?
14:37 05.11.2026
Gürcüstanla bağlı təhlükəli ssenari: Avropa İttifaqı hansı addımı atmağa hazırlaşır?
Daha bir marşrutun avtobusları yenilənir
14:19 05.11.2026
Daha bir marşrutun avtobusları yenilənir
“İşləməyən şəxslər də vəfat edəndə dəfn pulu ödənilsin”
14:08 05.11.2026
“İşləməyən şəxslər də vəfat edəndə dəfn pulu ödənilsin”
Gədəbəyin icra başçısı "Gəncə təndiri"ni ziyarət etdi, tənqid olundu
14:05 05.11.2026
Gədəbəyin icra başçısı "Gəncə təndiri"ni ziyarət etdi, tənqid olundu
Məzuniyyət günlərini pula dəyişmək tarixə qovuşur? - 32 ildə dəyişənlər
14:01 05.11.2026
Məzuniyyət günlərini pula dəyişmək tarixə qovuşur? - 32 ildə dəyişənlər
Siqaret, telefon, avtomobil... – Daha hansı mallara aksiz vergisi ödəyirik?
13:46 05.11.2026
Siqaret, telefon, avtomobil... – Daha hansı mallara aksiz vergisi ödəyirik?
Dünya ölkələri vətəndaşlarına xəbərdarlıq edir - “Hər şey birdən çökə bilər”
13:44 05.11.2026
Dünya ölkələri vətəndaşlarına xəbərdarlıq edir - “Hər şey birdən çökə bilər”
"İsmayıl məqamı" sənədli filmi təqdim olundu - FOTOLAR
13:40 05.11.2026
"İsmayıl məqamı" sənədli filmi təqdim olundu - FOTOLAR
Sosial ödənişlər artır - Bu yeniliklər gözlənilir
13:22 05.11.2026
Sosial ödənişlər artır - Bu yeniliklər gözlənilir
Ərdoğandan Azərbaycana səfəri barədə - Açıqlama
13:19 05.11.2026
Ərdoğandan Azərbaycana səfəri barədə - Açıqlama
Leysan, şimşək, dolu - Sabahın havası
13:14 05.11.2026
Leysan, şimşək, dolu - Sabahın havası