İlqar Rəhimov: "Vətən müharibəsindəki zəfər paralimpiyaçıların çıxışına təsir etdi"

İlqar Rəhimov: "Vətən müharibəsindəki zəfər paralimpiyaçıların çıxışına təsir etdi"
İDMAN
12:14 07.09.2021
754
"Bizim komandamız çox güclüdür. Yarışdan əvvəl də bunu demişdim. Hətta proqnoz verəndə bildirdim ki, Tokioya yollanan komanda əvvəlki heyətlərdən daha yaxşıdır".
 
Bu fikirləri Azərbaycan Milli Paralimpiya Komitəsinin (MPK) prezidenti İlqar Rəhimov Tokio-2020 Yay Paralimpiya Oyunlarındakı nəticələrlə bağlı jurnalistlərə açıqlamasında deyib.

O, komandadakı hər idmançının nəyə qadir olduğunu bildiklərini vurğulayıb: "Bu məlumatlar bizə əsas verirdi ki, düzgün proqnoz irəli sürək. Yarışdan əvvəl neçə qızıl medal qazana biləcəyimizi dilimizə gətirmirdik. Amma paralimpiyaçıların Tokioda layiqli çıxış edəcəklərini gözləyirdik. Bəzi proqnozlarımız isə baş tutmadı. Qızıl medal gözlədiyimiz idmançılar güclərindən aşağı səviyyədə çıxış etdilər. Digərləri isə gözləmədiyimiz halda paralimpiya çempionu oldu. Çünki uşaqlarda qələbə və zəfər ruhu var idi. Azərbaycan xalqına, paralimpiyaçıların dostu olan cənab Prezident İlham Əliyevə təşəkkür edirik. Onun zəhməti nəticəsində bizim uşaqlar Vətənə zəfərlə dönüblər".

Rəhimov Vətən müharibəsindəki zəfərin paralimpiyaçıların çıxışına təsir etdiyini sözlərinə əlavə edib: "Qələbəmiz bizim uşaqları çox ruhlandırdı. Söz verirəm ki, idmançılarımız bundan sonra daha məsuliyyətli hazırlaşacaq. Fransanın paytaxtı Parisdəki paralimpiadaya cəmi 3 il qalıb. Çox qısa müddətdə hazırlıqlarımızı görməliyik. Yeni komanda formalaşdırılmalıdır. Təbii ki, bu heyətdə qalan idmançılar olacaq. Çünki komandamız çox gəncdir. Biz seleksiya işlərini davam etdirməli və yeni idmançıları da cəlb etməliyik. Bu istiqamətdə işlər görülür. Əsas işlərimizdən biri Vətən müharibəsində sağlamlığını itirən qazilərimizin paralimpiadaya cəlb edilməsidir. Çox sayda gənc paralimpiyaçılarımız var. Onlar istənilən idman növü ilə məşğul ola bilirlər. Biz seleksiya işlərini aparacağıq və çalışacaq ki, Parisə bundan daha güclü heyətlə yollanaq".

Qeyd edək ki, Azərbaycan Tokio paralimpiadasını 14 qızıl, 1 gümüş və 4 bürünc medalla başa vurub. Komanda medal sıralamasında 10-cu yeri tutub.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Reuters": Uitkoff Ukrayna üzrə danışıqlar üçün Norveçə gedib
18:19 20.10.2026
"Reuters": Uitkoff Ukrayna üzrə danışıqlar üçün Norveçə gedib
Zelenski Ukraynanın NATO-ya üzvlükdən imtinasının şərtini açıqlayıb
17:54 20.10.2026
Zelenski Ukraynanın NATO-ya üzvlükdən imtinasının şərtini açıqlayıb
“Qarabağ” – “Neftçi” oyununa görə 8700 manatlıq cərimə
17:49 20.10.2026
“Qarabağ” – “Neftçi” oyununa görə 8700 manatlıq cərimə
Bu marşrutlarının hərəkət sxemi dəyişdirildi
17:35 20.10.2026
Bu marşrutlarının hərəkət sxemi dəyişdirildi
Bu yolda hərəkət məhdudlaşdırılacaq
17:32 20.10.2026
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Şagirdlər buraxılış imtahanından niyə narazıdır? – Ekspertdən AÇIQLAMA
17:22 20.10.2026
Şagirdlər buraxılış imtahanından niyə narazıdır? – Ekspertdən AÇIQLAMA
Qışda bu məhsullar bahalaşa bilər – İqtisadçıdan xəbərdarlıq
17:22 20.10.2026
Qışda bu məhsullar bahalaşa bilər – İqtisadçıdan xəbərdarlıq
TƏBİB-lə bağlı qərar büdcəyə necə təsir edəcək - Qənaət, yoxsa əlavə xərc?
17:06 20.10.2026
TƏBİB-lə bağlı qərar büdcəyə necə təsir edəcək - Qənaət, yoxsa əlavə xərc?
Əhliman Əmiraslanov Bişkekdə TÜRKPA-nın iclasında çıxış etdi
16:55 20.10.2026
Əhliman Əmiraslanov Bişkekdə TÜRKPA-nın iclasında çıxış etdi
Fransanın cənub-şərqində güclü yağışlar daşqınlara səbəb oldu
16:52 20.10.2026
Fransanın cənub-şərqində güclü yağışlar daşqınlara səbəb oldu
“375 oturacaqlı qatarda 9 yer fərq yaratmır” – ADY-dən VIP yerlərlə bağlı AÇIQLAMA
16:44 20.10.2026
“375 oturacaqlı qatarda 9 yer fərq yaratmır” – ADY-dən VIP yerlərlə bağlı AÇIQLAMA
20 Oktyabr – Zəngilan şəhəri günü: Tarixi Zəfərin qürur səhifəsi
16:32 20.10.2026
20 Oktyabr – Zəngilan şəhəri günü: Tarixi Zəfərin qürur səhifəsi
Mourinyo: “Arda Gülər oynasaydı, bizə 5 qol vurardılar”
16:28 20.10.2026
Mourinyo: “Arda Gülər oynasaydı, bizə 5 qol vurardılar”
Bakı-Sumqayıt qatarında sıxlıq: Sərnişinlər ayaq üstə, VIP yerlər isə boş – VİDEO
16:25 20.10.2026
Bakı-Sumqayıt qatarında sıxlıq: Sərnişinlər ayaq üstə, VIP yerlər isə boş – VİDEO
Mədəniyyət Nazirliyinin tabeliyində yeni Kompleks yaradılır
16:18 20.10.2026
Mədəniyyət Nazirliyinin tabeliyində yeni Kompleks yaradılır
She’s Next layihəsinin dördüncü dalğası üçün qeydiyyat başladı
16:12 20.10.2026
She’s Next layihəsinin dördüncü dalğası üçün qeydiyyat başladı