İran - Azərbaycan münasibətlərində yeni mərhələ: Əraqçi Bakıya niyə gəlir?

İran - Azərbaycan münasibətlərində yeni mərhələ: Əraqçi Bakıya niyə gəlir?
SİYASƏT
14:46 05.12.2025
209
Xəbər verdiyimiz kimi, İran xarici işlər naziri Abbas Əraqçi dekabrın 7-i Azərbaycana səfər edəcək. 

Səfər çərçivəsində onun Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və digər bir sıra rəsmilərlə görüşü nəzərdə tutulur.

Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Sədrəddin Soltan AZXEBER.COM-a açıqlamasında deyib ki, bu səfər iki ölkə arasında münasibətlərin normallaşması istiqamətində növbəti addımdır:

"İranın xarici işlər naziri Abbas Əraqçinin Azərbaycana nəzərdə tutulan səfəri iki ölkə arasında münasibətlərin normallaşması istiqamətində növbəti cəhddir.
Son zamanlar hər iki ölkə arasında bir sıra istiqamətlərdə əlaqələrin inkişaf etdirilməsi və əməkdaşlığın genişləndirilməsinə dair görüşlər keçirilib. İran Prezidenti Məsud Pezeşkianın Azərbaycan Respublikasına səfəri, burada dövlət başçısı Prezident İlham Əliyevlə keçirdiyi görüşlər və digər məsələlər iki ölkə arasında əməkdaşlıq və münasibətlərin normallaşması istiqamətində atılmış addımlardır”.

Ekspert deyib ki, 12 günlük müharibə səbəbindən müəyyən hadisələrin təxirə salındı:

"Məsud Pezeşkian Bakıya səfəri zamanı yenidən gələcəyini də bildirmişdi. Sadəcə olaraq 12 günlük müharibə səbəbindən müəyyən hadisələrin təxirə salındı. Hesab edirəm ki, Əraqçinin Azərbaycana səfəri Pezeşkianın gələcəkdə Bakıya edəcəyi səfər üçün bir hazırlıq və ya bir anons xarakteri daşıyır”.

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Əhməd İsmayılov: Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir
14:56 05.11.2026
Əhməd İsmayılov: Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir
Metroda “Qarabağın Dirçəlişi: Azərbaycan İntibahının Hekayəsi” fotosərgisi keçirilir
14:49 05.11.2026
Metroda “Qarabağın Dirçəlişi: Azərbaycan İntibahının Hekayəsi” fotosərgisi keçirilir
Gürcüstanla bağlı təhlükəli ssenari: Avropa İttifaqı hansı addımı atmağa hazırlaşır?
14:37 05.11.2026
Gürcüstanla bağlı təhlükəli ssenari: Avropa İttifaqı hansı addımı atmağa hazırlaşır?
Daha bir marşrutun avtobusları yenilənir
14:19 05.11.2026
Daha bir marşrutun avtobusları yenilənir
“İşləməyən şəxslər də vəfat edəndə dəfn pulu ödənilsin”
14:08 05.11.2026
“İşləməyən şəxslər də vəfat edəndə dəfn pulu ödənilsin”
Gədəbəyin icra başçısı "Gəncə təndiri"ni ziyarət etdi, tənqid olundu
14:05 05.11.2026
Gədəbəyin icra başçısı "Gəncə təndiri"ni ziyarət etdi, tənqid olundu
Məzuniyyət günlərini pula dəyişmək tarixə qovuşur? - 32 ildə dəyişənlər
14:01 05.11.2026
Məzuniyyət günlərini pula dəyişmək tarixə qovuşur? - 32 ildə dəyişənlər
Siqaret, telefon, avtomobil... – Daha hansı mallara aksiz vergisi ödəyirik?
13:46 05.11.2026
Siqaret, telefon, avtomobil... – Daha hansı mallara aksiz vergisi ödəyirik?
Dünya ölkələri vətəndaşlarına xəbərdarlıq edir - “Hər şey birdən çökə bilər”
13:44 05.11.2026
Dünya ölkələri vətəndaşlarına xəbərdarlıq edir - “Hər şey birdən çökə bilər”
"İsmayıl məqamı" sənədli filmi təqdim olundu - FOTOLAR
13:40 05.11.2026
"İsmayıl məqamı" sənədli filmi təqdim olundu - FOTOLAR
Sosial ödənişlər artır - Bu yeniliklər gözlənilir
13:22 05.11.2026
Sosial ödənişlər artır - Bu yeniliklər gözlənilir
Ərdoğandan Azərbaycana səfəri barədə - Açıqlama
13:19 05.11.2026
Ərdoğandan Azərbaycana səfəri barədə - Açıqlama
Leysan, şimşək, dolu - Sabahın havası
13:14 05.11.2026
Leysan, şimşək, dolu - Sabahın havası
Zelenski: ABŞ yardımı artsa, Putin geri çəkilə bilər
12:59 05.11.2026
Zelenski: ABŞ yardımı artsa, Putin geri çəkilə bilər
Rəcəb Tayyib Ərdoğan Azərbaycana gələcək
12:41 05.11.2026
Rəcəb Tayyib Ərdoğan Azərbaycana gələcək
DTX Biləsuvarda dron vasitəsilə narkotik qaçaqmalçılarını saxladı
12:38 05.11.2026
DTX Biləsuvarda dron vasitəsilə narkotik qaçaqmalçılarını saxladı