İran XİN onları terrorçu kimi tanıyıb

İran XİN onları terrorçu kimi tanıyıb
DÜNYA
01:38 02.11.2026
198
İran Xarici İşlər Nazirliyi (XİN) Böyük Britaniyanın Xarici Kəşfiyyat Xidməti (MI6), Hərbi Dəniz Qüvvələri (Royal Navy) və Kral Hərbi Hava Qüvvələrini (Royal Air Force - RAF) terror təşkilatları kimi tanıyıb.

AZXEBER.COM İran mediasına istinadən xəbər verir ki, bu barədə İslam Respublikasının XİN-i bəyanat yayıb.

"Bu bəyanatın dərc edildiyi vaxtdan Britaniyanın Xarici Kəşfiyyat Xidməti (MI6) milli təhlükəsizlik və maraqlara qarşı casusluq, İsrail və düşmən ölkələrlə əməkdaşlığa görə cəzanın sərtləşdirilməsi haqqında qanunun 1-ci maddəsinin 2-ci bəndinə əsasən düşmən qrup kimi qəbul edilir.

Bu bəyanatın dərc edildiyi vaxtdan Kral Hərbi Dəniz Qüvvələri (Navy Royal) və Kral Hərbi Hava Qüvvələri (Royal Air Force – RAF) İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Amerika Birləşmiş Ştatları tərəfindən terror təşkilatı elan edilməsinə qarşı cavab tədbiri haqqında qanuna tabe edilir və buna əsasən bu iki qurum terror təşkilatları kimi tanınır", - bəyanatda vurğulanıb.

İran bu addımı BMT Nizamnaməsinin prinsipləri və beynəlxalq hüquqla əsaslandırıb.

OXŞAR XƏBƏRLƏR